Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4134/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə, İddiaçı Mail oğlunun Cavabdeh2 və Bakı şəhəri, 26 saylı notariat kontorunun xüsusi notariusu X1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mail oğlu Cavabdeh2 və Bakı şəhəri, 26 saylı notariat kontorunun xüsusi notariusu X1 qarşı İddiaçı Mail oğlu və Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 saylı evin 14 nömrəli mənzilinin satılması barədə bağlanılmış və Bakı şəhəri 26 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Mail oğlu notarial təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 26 saylı notariat ofisinə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiadan imtina etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsi əsaslı hesab edilərək məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mail oğlunun Cavabdeh2 və Bakı şəhəri, 26 saylı notariat kontorunun xüsusi notariusu X1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4134/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4134/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver