Məhkəmə qərarları › İş №2(011)-414/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-414/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-414/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Məsuliyyətli Cəmiyyətindən müqavilədə sahəsi 81.3 kv.m göstərilən, çıxarışa əsasən sahəsi 67.8 kv.metr olan, lakin sahəsi 81.3 kv.metrdən hesablanmaqla X2 Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Yasamal rayonu X3 Bünyadzadə küçəsi 15 saylı evin 609 saylı ünvanında aldığı mənzilin 13 kv.metr sahəsi üçün dəyərini artıq ödədiyinə görə 13 kv.metr sahəsi üçün həmin mənzilin kvadratının hazırkı bazar dəyəri ilə kvadratı 1320 manatdan hesablanmaqla 17160 manat pulun, 18 noyabr 2006-cı il tarixdən bu günə kimi illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcunun, 2500 manat məbləğində maddi zərərin əvəzi kimi, cəmi 21660 manat pul vəsaitinin, həmçinin 193 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 18 noyabr 2006-cı ildə Kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Beliy Lebed Mənzil Tikinti Kooperativi sonradan Şirkət adlanan və şirkətin nizamnaməsi əsasında hərəkət edən şirkətin direktoru Zeynalov Şəmsəddin 2 otaqdan, sahəsi 81.3 kv.metrdən ibarət olan Bakı şəhəri Yasamal rayonu X3 Bünyadzadə küçəsi ev 15 ünvanında tikilməkdə olan 7-ci blok 11 -ci mərtəbə 609 saylı mənzili müqavilənin şərtlərinə əsasən payçı olaraq iddiaçıya verməyi öhdəsinə götürmüşdür, iddiaçı isə həmin mənzilin müqabilində Şirkətə 28617 manat pul ödəməli idi, həmin tarixdə də kvadratı manatla 935 manat 550 ABŞ dolları olmaqla təqribən 44550 ABŞ dollarını sahəsi 81.3 kv.metrdən ibarət olan mənzilin müqabilində şirkətin baş mühasibi Kərimov Nurəddinə ödəmişdir, həmin mənzili başqa adamdan iddiaçının adına rəsmiləşmişdir, tərəflər arasında rəsmiləşmə öz yanında həyata keçirilmişdir, pulu ABŞ dolları ilə ödəməyinə baxmayaraq mənzilin dəyəri olaraq 28617 manat pul ödəməyi barədə ona maliyyə arayışı verilmişdir, həmin mənzil təhvil verilmişdir, lakin iddiaçı ailəsi ilə birlikdə qeydiyyatda olduqları Lənkəran şəhərində yaşayırdı, hazırda da orada yaşayırlar, sonradan mənzildə təmir işləri aparılmış, 2021-ci ilin yanvar ayında sahəsi 81.3 kv.metrdən ibarət olan Bakı şəhəri Yasamal rayonu X3 Bünyadzadə küçəsi ev 15 ünvanında tikilməkdə olan 7-ci blok 11-ci mərtəbə 609 saylı mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir, reyestrə sənədləri şəxsən özü təqdim etmişdir, Reyestr Xidmətindən onlara Cavabdeh MMC-dən ona heç bir borcun olmaması barədə maliyyə arayışı alıb gətirilməsi bildirilmişdir, Beliy Lebed MMC-yə müraciət etdikdə MMC mənzilin tikintisi barədə müqavilənin əslini onlardan almış, müqavilədə onun xəbəri olmadan mənzilin sahəsində qələmlə düzəliş edərək 76.5 kv.m göstərməklə müqavilənin surətini və sahəsi 76.5 kv.m olan mənzilin pay dəyərinin ödənilməsi və MMC-yə borcun olmaması barədə maliyyə arayışını onlara təqdim etmişdir, əvvəl müqavilədə 81,3 kv.m yazılmışdı, xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin evə iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmışdır, mənzilin sahəsi 67.80 kv göstərilmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin mənzil barəsində xx.xx.2021-ci il tarixli Texniki Pasportunda da mənzilin sahəsi 67.80 kv.m göstərilmişdir, çıxarışı və Texniki pasportu aldıqdan sonra Beliy Lebed MMCdən aldıqları mənzilin sahəsinin 67.80 kv.m olduğunu və hüquqlarının Beliy Lebed MMC tərəfindən pozulduğunu bilmişdir, belə ki onlardan Cavabdeh MMC tərəfindən mənzilin dəyəri kvadratla hesablanaraq 81.3 kv.m sahənin dəyəri alınmışdır, həmin mənzili kvadratını bu günün bazar qiyməti ilə dəyərləndirərək özgəninkiləşdirməyi düşünmüşdür, lakin bu gün çıxarışa əsasən Beliy Lebed MMC-dən aldığı sahəsi 67.8 kv.metr olan mənzili özgəninkiləşdirməyi mümkün olduğundan, aldığı zaman haqqını ödədiyi həmin mənzili 13 kv.metr sahəyə görə bu günün bazar dəyəri məbləğində zərərə düşür, bu günün bazar dəyəri də hesablandıqda kvadratı 1320 manat olmaqla 17160 manat zərərə düşür, həmçinin cavabdeh 18 noyabr 2006-cı il tarixdə aldığ mənzilin 13 kv.metr çatışmayan sahəsinə görə ödədiyi pulu bilərəkdən ondan alaraq geri qaytarmamışdır, cavabdeh bu günə qədər özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmışdır, xx.xx.2021-ci il tarixdə cavabdeh X2 Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 3 gün ərzində həmin pulun qaytarılmasını xahiş etmişdir, lakin nəticəsi olmamışdır, əgər mənzil 76.5 kv.m olsa idi buna razı olardılar, ancaq sənəddə 67,8 kv.m yazılmışdır. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, ekspert rəyi şəhərsalma qaydaları nəzərə almadan aparılmışdır, əgər mənzilin sahəsi şəhərsalma qaydalarına uyğun aparılsa idi belə nəticə olmayacaqdı. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Zeynalov A.Ş və İddiaçı arasında bağlanmış 18 noyabr 2006-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, şirkət Bakı şəhəri, Yasamal rayou, Yeni Yasamal, Bünyadzadə 15 küçəsində tikilməkdə olan 7 blok, 11 mərtəbə, 609 №-li mənzil sahəsini payşıya verməyi, payçı isə həmin mənzil sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş ənzilin pay haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür, göstərilən mənzil 2 otaqdan ibarətdir, mənzilin sahəsi 76,5 kv.m-dir, göstəriləm mənzilin ümumi dəyəri 28617 manatdır. İş materiallarında olan 18 noyabr 2006-cı il tarixli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15 küçəsində yerləşən binanın 7-ci giriş, 11-ci mərtəbəsi, yaşayış sahəsi 81,3 kv.m olan 609 saylı mənzilin pay dəyərindən 28617 manat payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15 ünvanında olan 7-ci giriş, 11 mərtəbəsində 2 otaqlı 609 saylı mənzilin ümumi sahəsi 76,5 kv.m-dir, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 4 ünvanındakı, ümumi sahəsi 67,8 kv.m olan mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə ev 15, giriş 7, m 609-un hüquq subyekti İddiaçıdır, mənzilin tikildiyi il 2019, yerləşdiyi mərtəbə 11, otaqların sayı 2, ümumi sahəsi 67,8 kv.m, yaşayış sahəsi 37,3 kv.m-dir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə artıq ödədiyi pulun mənzilin kvadratının hazırki bazar dəyəri ilə hesablanaraq ona qaytarılması barədə Cavabdeh MMC-yə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/951 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 Bünyadzadə küçəsində inşa edilmiş 15 saylı evin 7-ci blokunda yerləşən 609 saylı mənzilin faktiki sahəsi 71,5 kv.m olduğu müəyyən olunmuş, mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsində göstərilən sahə ilə (81,3 kv.m) həmin mənzilin sahəsi (71,5 kv.metr) arasındakı fərq 9,8 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 18 noyabr 2006-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15, 7-ci giriş, 11-ci mərtəbəsində yerləşən 2 otaqlı 609 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır, həmin mənzil xx.xx.2021-ci il tarixdən tam paylı xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin ümumi sahəsi 76,5 kv.m, otaqların sayı 2-dir, mənzilin ümumi dəyəri 28617 manat vahid məbləğində müəyyən olunmuşdur, həmin mənzilin faktiki sahəsi 71,5 kv.m-dir. Bununla belə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra olunmamasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında mənzilə dair müqavilə imzalanarkən mənzili xarakterizə edən digər şərtlərlə bərabər, orada mənzilin 2 otaqlı olması və qiymətinin 28617 manat olmasını nəzərdə tutan bəndlər ifadə olunmuş və mənzilin alqı-satqısının və dəyərinin bilavasitə onun sahəsindən asılı edən şərtlər nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsaslı deyil və buna görə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilənin azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC–yə qarşı “müqavilədə sahəsi 81.3 kv.m göstərilən, çıxarışa əsasən sahəsi 67.8 kv.metr olan, lakin sahəsi 81.3 kv.metrdən hesablanmaqla X2 Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Yasamal rayonu X3 Bünyadzadə küçəsi 15 saylı evin 609 saylı ünvanında aldığı mənzilin 13 kv.metr sahəsi üçün dəyərini artıq ödədiyinə görə 13 kv.metr sahəsi üçün həmin mənzilin kvadratının hazırkı bazar dəyəri ilə kvadratı 1320 manatdan hesablanmaqla 17160 manat pulun, 18 noyabr 2006-cı il tarixdən bu günə kimi illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcunun, 2500 manat məbləğində maddi zərərin əvəzi kimi, cəmi 21660 manat pul vəsaitinin, həmçinin 193 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir Məhkəmə, çəkilmiş məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC–yə qarşı “müqavilədə sahəsi 81.3 kv.m göstərilən, çıxarışa əsasən sahəsi 67.8 kv.metr olan, lakin sahəsi 81.3 kv.metrdən hesablanmaqla X2 Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Yasamal rayonu X3 Bünyadzadə küçəsi 15 saylı evin 609 saylı ünvanında aldığı mənzilin 13 kv.metr sahəsi üçün dəyərini artıq ödədiyinə görə 13 kv.metr sahəsi üçün həmin mənzilin kvadratının hazırkı bazar dəyəri ilə kvadratı 1320 manatdan hesablanmaqla 17160 manat pulun, 18 noyabr 2006-cı il tarixdən bu günə kimi illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcunun, 2500 manat məbləğində maddi zərərin əvəzi kimi, cəmi 21660 manat pul vəsaitinin, həmçinin 193 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar