Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4147/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qızına qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızından onun mülkiyyətində olan Bakı şəhəri, Xətal rayonu, 1188ci məhəllə, Sabit Orucov küçəsi ev 17C, 192-263 saylı mənzillərə komunal haqqı kimi ödədiyi 1440 manatın məbləğində pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh qızının əri X3 onun yaxın qohumu X1 küllü miqdarda pul borclu olmuşdur, borcun əvəzi kimi Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi ev 17C, 192 və 263 saylı mənzillər baş etibaranəmə ilə Yaruxom İliyevə vermişdir, həmin dövrdə mənzildən o və Yaruxon istifadə etmişdir, mənzilin açarları onda olmuş, hazırda da həmin mənzillərin açarları ondadır, cavabdeh həmin mənzildən istifadə etməmişdir, o da Yaruxom İliyevin tapşırığı ilə 2017, 2018 və 2019-cu illər üzrə həmin mənzillərin kommunal haqlarını öz şəxsi vəsaitilə ödəmişdir, Rüfət Piriyev xx.xx.2017-ci il tarixli ərizəsində Yaruxom İliyevə olan borcunu etiraf etmişdir, həmçinin Cavabdeh Yaruxoma hər iki mənzilə baş etibarnamə vermişdir ki, bu da bu da onu sübüt edir ki, mənzillər İliyev Yaruxomun olduğu üçün kommunal xərcləri o ödəmişdir, göstərilən mənzilərin kommunal haqqı - işıq, qaz, telefon, internet və kirayə haqqı onun tərəfindən ödənilibdir, ödədiyi komunal haqqın məbləği 1440 manat təşkil edir, ödənişləri onda olan qəbzlər təsdiq edir, qəbzlərin surətləri də mülki iş materiallarına əlavə edilibdir. O, dəfələrlə cavabdehdən ödədiyi həmin pulu tələb etsə də, cavabdeh həmin pulu ona qaytarmaqdan imtina edir, bununla da cavabdeh həmin pulları ona geri qaytarmadığına görə mülkiyyət hüququnu kobud şəkildə pozubdur. Sonda o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan **********67-05301-093014 reyestr nömrəli texniki pasportdan görünür ki, mənzilin ünvanı ünvan 1yekti Cavabdeh qızıdır. İş materiallarında olan **********67-05301-093029 reyestr nömrəli texniki pasportdan görünür ki, mənzilin ünvanı ünvan 2byekti Cavabdeh qızıdır. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışlardan görünür ki, ünvan 3 ünvanında yerləşən 192 və 263 nömrəli mənzillər Cavabdeh qızının adına reyestrdə rəsmi qedə alımışdır. İş materiallarında olan ALYANS-NN” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 1005/23 nömrəli Arayışdan görünür ki, Ayans-NN MTK-da olan xx.xx.2013-cü il tarixli Dövlət Reystri xidmətinin sənədində (Texniki Pasport) ünvan 4 ünvanında yerləşən "xxxx" MTK-da 192 və 263 nömrəli mənzillər Cavabdeh qızının adındadır. Həmin tarixdən sonra yuxarıda göstərilən mənzillərin başqasına satılması və ya verilməsi haqqında Alyans-NN MTK-da heç bir dəqiq məlumat yoxdur. İş materiallarında olan kommunal ödənişlərin həyata keçirilməsi barədə qəbzlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən 192 və 263 nömrəli mənzillərin kommunal xidmətləri üçün ödənilmiş məbləğin miqdarı 2017-2019-cu illər üzrə 1399,02 manat təşkil edir, həmin qəbzlərdə göstərilən mənzillər üzrə ödəniş edən şəxsin ad qrafası qarşısında “Kamil Həsənov” və “Şövkət Rəsulova” qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 192 və 263 nömrəli mənzillər Cavabdeh qızının adına reyestrdə rəsmi qeydə alınmışdır, iddiaçı tərəfindən kommunal ödənişlərin yerinə yetirildiyi 2017-2019-cu illərdə həmin mənzillər mənzil sahibi olan cavabdehin ixtiyarında olmamaqla digər şəxslərin, o cümlədən iddiaçının istifadəsində olmuşdur, hazırda da həmin mənzilin açarları iddiaçıdadır, ödəniş qəbzlərində ödənişləri həyata keçirən şəxs kimi “Kamil Həsənov” və “Şövkət Rəsulova” göstərilmişdir, iddiaçı mənzilin kommunal xidmətlərinə görə 1440 manat cavabdehdən tələb edir. Bununla belə, 2017-2019-cu illər ərzində ünvan 3 ünvanında yerləşən 192 və 263 nömrəli mənzillər üçün kommunal ödənişlərin İddiaçı tərəfindən həyata keçirilməsi ilə bağlı, buna dair Cavabdeh qızının razılığının olması, kommunal xidmətlərin yaranması əsaslarına (kommunal xidmət müqavilələri və s.) dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 192 və 263 nömrəli mənzillər üçün kommunal ödənişlərin həyata keçirilməsinə dair qəbzlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilsə də, həmin qəbzlərdə kommunal ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsi, onların cavabdehə məxsus mənzillərə aidiyyəti öz əksini tapmır və buna görə də, onlar kommunal ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddiaçı, özünün dediyi kimi, həmin mənzilə görə ödənişləri digər şəxsin (X2) tələbi ilə yerinə yetirdiyindən, cavabdehin isə buna dair hər hansı bir razılığı olmadığından, mübahisə edilən dövrdə cavabdeh həmin mənzildən istifadə etməməklə mənzildən iddiaçının özü və digər şəxslər istifadə etdiklərindən, həmçinin kommunal xidmətlərin ödənilməsi əsasları da məhkəmə tərəfindən müəyyən olunmadığından onun hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur, ikincisi, iddiaçının həmin məbləğləri ödəməsinə dair mötəbər sübutlar da iş materiallarına əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur və ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən, işlərin (özgə işlərinin) aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qızından 1440 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh qızından onun mülkiyyətində olan Bakı şəhəri, Xətal rayonu, 1188ci məhəllə, Sabit Orucov küçəsi ev 17C, 192-263 saylı mənzillərə komunal haqqı kimi ödədiyi 1440 manatın məbləğində pulun ona geri qaytarılması barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş 36 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4147/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4147/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver