Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4163/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bəhmən oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Bəhmən oğlunun xx.xx.1968-ci il tarixdə anadan olması, anasının X2, atasının X3 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 29.06.2021-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ərizəçi Bəhmən oğlunun xx.xx.1968-ci il tarixdə anadan olması, anasının X4, atasının X3 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur, doğum haqqında şəhadətnamə ona bu rayonda verilmişdir, lakin Ermənistan Respublikasından qaçqın olaraq Azərbaycana gələrkən sənədlərinin çox hissəsi Ermənistanda qalmışdır, bəziləri isə itmişdir, bir müddət öncə həmin doğum haqqında şəhadətnamənin də itdiyini aşkar etmişdir, doğum haqqında şəhadətnaməsi olmadığı üçün ona bir sıra sənədləşmə işlərində, o cümlədən vərəsəlik, alqı-satqı ilə bağlı işlərdə müxtəlif problemlər yaranır, onun bərpa edilməsi üçün ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi bildirmişdirlər. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında 25.11.1973-cü il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır, onlar Ermənistan Basarkeçər rayonunda anadan olmuşdurlar, bir müddət ailəsi ilə birlikdə orada yaşamış, lakin yaranmış vəziyyətdən asılı olaraq qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdirlər, atasının adı X3, anasının adı X1r. Məhkəmə iclasında 02.02.1971-ci il təvəllüdlü X6 şahid Ç.B.Bayramovun ifadəsinə oxşar ifadə verərək əlavə olaraq bildirmişdir ki, ərizəçi onun qardaşıdır, onlar Ermənistan Respublikasında, Vardenis rayonu, Xırda Məzrə kəndində anadan olmuşdurlar, 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın olaraq Azərbaycana gəlmişdirlər, bu zaman sənədlərinin bir çoxu Ermənistanda qalmışdır, bəziləri isə itmişdir, atasının adı X3, anasının adı X1r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli 018-8273-1221 saylı məktubuna əlavə edilmiş şəxsiyyət vəsiqəsinin fərdi uçot vərəqəsinin surətində, Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan, Basarkeçər rayonu, milliyəti azərbaycanlı olduğu göstərilmişdir. İş materiallarında olan 387339 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 25.11.1973-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 25.11.1973-cü il tarixdə 108 saylı aktla qeydiyyat aparılmışdır, onun atası X3, anası X1r, millliyyəti azərbaycanlıdır. İş materiallarında olan 102655 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 02.02.1971-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.02.1971-ci il tarixdə 14 saylı aktla qeydiyyat aparılmışdır, onun atası X3, anası X1r, millliyyəti azərbaycanlıdır. İş materiallarında olan AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli 018-8273-1221 saylı məktubdan görünür ki, Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas verən sənədlərin saxlama müddəti bitdiyinə görə məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün deyil. İş materiallarında olan AZE seriyalı 05636131 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 19.05.1938-ci ildə Ermənistan rayonu, Vardenis rayonu, Pokr-Məzrə kəndində anadan olmuşdur. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən Ərizəçi ünvanlanmış 18.03.2021-ci il tarixli, 05/63/68 saylı məktubdan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunda doğulmuşdur, atası X3, anası X1r, doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır, Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğum yeri isə Ermənistan, Vardenis (Basarkeçər) rayonudur, milliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olması, anasının X4, atasının X3 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1968-ci il”, doğum yeri “Ermənistan, Vardenis rayonu”, ata qrafasında “X3”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4163/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4163/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver