Məhkəmə qərarları › İş №2(011)-4183/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4183/2023

07.08.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4183/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “şəxsin ölmüş elan edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1966-cı il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X16 17 avqust 1954-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından atası X7, 20 dekabr 1966-cı il təvəllüdlü X9 və digər uşaqları anadan olmuşdur. Ərizəçinin əmisi X9 nikaha daxil olmamış və övladları olmamışdır. 20 dekabr 1966-cı il təvəllüdlü əmisi X9 1988-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan əmisi Mübariz Aydəmirovdan heç bir xəbər ala bilməmişdir. Daha sonra X3 ölməsi barədə məlumat almışdır. X1 19 mart 2012-ci il tarixdə vəfat etmişdir. X2 29 iyul 2009-cu il tarixdə, nənəsi X13 isə 11 aprel 2006-cı il tarixdə vəfat etmişlər. O, atasının, nənəsinin və babasının qanun üzrə vərəsəsidir. Bununla bağlı Quba regional Asan Xidmət Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Mübariz Aydəmirovun ölümü ilə bağlı bağlı Rusiya Federasiyasında axtarış ilə bağlı müraciət edilmişdir. Həmin vaxt əmisi Mübariz Aydəmirov barəsində axtarışlar aparılmışdır. Lakin heç bir məlumat əldə edilməmişdir. O, əmisi Mübariz Aydəmirovun axtarışı ilə bağlı Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin bu günə kimi əmisi Mübariz Aydəmirovdan heç bir xəbər yoxdur. Artıq uzun illərdir ki, əmisi itkin düşmüşdür. Bu günə kimi onu görən olmamışdır. Ona görə də X3 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 10 avqust 2022-ci tarixli, 05/Q-419 nömrəli məktubu ilə 20 dekabr 1966-cı il təvəllüdlü X5 ölümünün qeydə alınmasının mümkün olmaması barədə imtina verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda əmisi Mübariz Aydəmirovun ölmüş elan edilməsi vərəsəlik məsələsinin həlli üçün lazımdır. X3 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyinə görə göstərilənləri nəzərə alaraq, 20 dekabr 1966-cı il təvəllüdlü X10müş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq suallara cavab verərkən o bildirmişdir ki, X5 barəsində axtarışın elan edilməsi üçün Quba rayon Polis Şöbəsinə müraciət etdiyi dəqiq tarixi xatırlamır, lakin həmin müraciət 5 il bundan əvvəlki dövrə təsadüf etmir. X5 Rusiya Federasiyasında və ya Azərbaycanda barəsində axtarış işinin açılması və nəticələri barədə məlumatlı deyil və bununla bağlı hazırda sənədləri yoxdur. Onun itkin düşməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. X4 yaşayış yeri Rusiya Federasiyasının ərazisində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, tələblərə etiraz etməməklə işin həllini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 1.6-cı bəndinin mənasına görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Bu Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1 maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Məhkəmə xüsusi vurğulayır ki, X5 hər hansı dövlətin ərazisində vəfat edibetməməsi, vəfat etdiyi təqdirdə buna dair müvafiq qeydiyyatın aparılıb-aparılmaması, ümumiyyətlə onun hansı dövlətin ərazisində yaşaması və həmin ərazidə son beş il ərzində onun harada olması barədə məlumatın olmaması ilə bağlı hallar iş materialları ilə müəyyən edilmir. X5 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Məhkəmə qeyd edir ki, son beş il ərzində yaşayış yeri üzrə X9 barədə məlumatın olmamasını əks etdirən axtarış işinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, ərizəçidə X14 Rusiya Federasiyasına getməsi barədə məlumat olsa da, son 5 il ərzində onun nə ölkə ərazisində axtarışı, nə də ki Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsi baxılmamış saxlansın. Ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar