Məhkəmə qərarları › İş №2(011)-4187/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4187/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4187/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin ayrılması və paylı mülkiyyət münasibətlərinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı – Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 kv.metr olan mənzilin paylı mülkiyyətdən ayrılması və paylı mülkiyyət münasibətlərinə xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv.metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 kv.metr olan mənzil əldə etmiş, xüsusi mülkiyyət hüququ ilə həmin mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlərlə yanaşı iddiaçının da mülkiyyətində olan mənzilə iddiaçının giriş-çıxışı ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdikləri hər hansı bir ortaq əmlak yoxdur. Paylı mülkiyyətçilər və iddiaçı eyni yaşayış binasında ayrı-ayrı giriş çıxışları olan sahələrdən istifadə edirlər. Buna baxmayaraq mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla iddiaçının mülkiyyətində olan əmlakdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. İddiaçı hesab edir ki, paylı mülkiyyətdə olan ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanda 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 kv.metr olan mənzilin ayrılmasını tələb etməkdə haqlıdır. Çıxarışdan da görünür ki, hər bir mülkiyyətçinin payı dəqiq müəyyən edilmiş, mərtəblər və paylı mülkiyyətində olan sahələr dəqiq qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X15, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbədən 2 otaqlı mənzil (ü/s – 61,0 kv.metr) İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Həmin yaşayış binasından digər pay sahibləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X15, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14dur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X35, X36, Cavabdeh3, X3, X16, X12, X22, X30, Cavabdeh10, X23, X8, X31, X1, Cavabdeh13, X24, X32, X13, X5, X25, X2, X6, X17, X39, X26, X33, X9, X18, X34, Cavabdeh5, X27 və X19 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı evində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4933 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olaraq digər mənzillərdən təcrid şəkildə yerləşdiyi, dəhliz, hamam-ayaqyolu, mətbəx, eyvan, 2 yaşayış otaqları mənzilin daxilində yerləşdiyi, ayrıca giriş-çıxış qapısının olduğu, həmin qapının pilləkan qəfəsinə tərəf açıldığı nəzərə alındıqda, paylı mülkiyyətdə olan İddiaçı payına düşən ünvan 2 ünvanında olan 0.02 ha torpaq sahəsinin üzərində yerləşən 1397.97 kv.metr 4 mərtəbədən ibarət yaşayış binasının 2-ci mərtəbəsində 2 otaq olmaqla ümumi sahəsi 61 kv.metr olan mənzilin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə uyğun qaydada naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1397.97 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Qeyd edilən Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Yenə həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Məhkəmə həmçinin iddiaçı tərəfin razılığına əsasən, hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci iddiaçıya aid edilməli və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, ekspert rəyilərındən göründüyü kimi, tədqiqatın dəyəri 50 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar