Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4206/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, nümayəndələri X2 və X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 3912 saylı əmək müqaviləsində müqavilənin müddətsiz müqaviləyə keçməsini nəzərə almaqla, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılan əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və 5 saylı Tikinti Quraşdırma bölümünün xidmət ququpunda təmirçi-çilingər vəzifəsində işləmiş, Çilov adasına təyin olunarkən rəhbəri Yadigar Məmmədov olmuş, quruda isə tabe olduğu adam Nazim Nəsirov olmuşdur, işdən çıxarılmağına səbəb dənizə getməməyi olmuş, bu səbəbdən Yadigar Məmmədovun göstərişləri olmuşdur, belə ki, Yadigar Məmmədov ona quru ərazidə icra olunmalı bir sıra tapşırıq vermişdir, bu tapşırıqlar iş üçün müvafiq sənədlərin, o cümlədən poçt göndərişlərinin təhkim olunduğu əraziyə göndərilməsi olmuşdur, bui tapşırıqları da yüksək səviyyədə icra etmişdir, bu işlər də dənizdə olan işlərin tərkib hissəsidir, tapşırıq üzrə material alaraq anbardan helekopterlə dənizə göndərdirdir, gəmi ilə materialları mədənlərə yola salırmış, quruda olanda şəhərdə bir xanımla dava etmiş, iş üzrə polisə məlumat verilmiş, bəraət almışdır, buna görə də şirkət araşdırma aparmışdır, daha sonra onu işdən çıxarmışlar, Çilov adasında işləyən zaman Yadigar Məmmədov onun etibarlı bir adam olduğunu görmüş, ona görə də qurudakı işlərin hamısını ona tapşırmışdır, bütün qaimələrdə onun imzası var, Yadigar Məmmədov ona icazə verdiyinə görə peşiman olduğunu bildirmişdir, gördüyü işlər vəzifə təlimatında olmasa da, çilingər işindən başqa işlər də gördürmüş, Çilov adalarına quru yolu olmadığına görə helekopter və gəmi ilə gedirmiş, 2010-cu ildən 2019-cu ilə kimi Çilov adalarında hər gün 8 saat işləmişdir, işdən çıxmaq ilə bağlı izahatını almışlar, amma imza çəkməmişdir, Nazim Nəsirov zəng edərək onunla maraqlanmaq istəsə də quruda olanda zəng edib məlumat verməmək üçün telefonu açmırmış, dənizdə olmadığı halda dənizdə olduğunu deyirmiş, quruya gələndə bu barədə Nazim Nəsirova demirmiş, əgər desə idi, N.Nəsirov Y.Məmmədova bu barədə irad bildirə bilərdi, bu proses 6-7 ay davam etmişdir, əvvəllər adada qeydiyyatda olmaqla yaşadığı üçün də iş yeri kimi dəniz müəyyən olunmuşdur, sonradan isə qeydiyyatı Bakı şəhəri Xətai rayon ərazisi olduğundan quru ərazidə fəaliyyətini davam etdirmişdir, sonuncu dəfə yanvarın 24-də dənizdə olmuşdur, Həmkarlar İttifaqı Komitəsində iclas keçirilmiş, iclasda Yadigar Məmmədov onun icazə verdiyini demişdir. Sonda o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək və iddiaçının izahatına uyğun izahat varərək əlavə olaraq bildirdi ki, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 3912 nömrəli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, “heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi ilə əlaqədar olaraq” qeydi edilməklə ləğv olunmuşdur, İddiaçı həmin əmrlə razılaşmır və onu qanunsuz hesab edir, belə ki, cavabdeh İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir, əmrin surətini aldıqdan sonra mediasiya təklifinin tətbiqi barədə təklif cavabdehin ünvanına poçt vasitəsi ilə göndərilmiş və cavab olaraq 03 aprel 2023-cü il tarixdə İddiaçı məktub göndərilmişdir, məktuba “əmək müqaviləsi kənarlaşmaya yol verilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsasla ləğv edildiyindən işə bərpa olunması üçün heç bir əsas olmaması” qeyd olunmuş və bu əsasla da mediasiya prosesinin tətbiqi barədə təklif qəbul edilməmiş, 11 saylı Mediasiya Təşkilatına dəvət olunsalar da iştirak etməmişlər, İddiaçı tərəfdən heç bir pozuntuya yol verilməmiş və həmin gün rəhbərliyin göstərişi əsasında ona tapşırılan iş icra olunmuşdur, bundan başqa müqavilənin müddətsiz əmək müqaviləsinə keçməsi nəzərə alınarsa, cavabdeh əmr verməklə əmək qanunvericiliyinin tələbini ciddi şəkildə pozmuşdur, cavabdeh tərəfindən qeyd olunan prosessual pozuntulara yol verildiyi üçün əmr ləğv olunmalı və iddiaçı işə bərpa olunmaqla buraxılmış müddətə görə əmək haqqı hesablanıb ona qaytarılmalıdır. İddiaçı vəzifə etibarı ilə ondan yüksək vəzifədə olan şəxsin göstərişi ilə şirkətin işini görmək üçün quruya getmişdir, əmək müqaviləsi müddətsizdir və əsassız ləğv oluna bilməz, o, Yadigar adlı şəxsdən xidməti vəzifədə ondan asılı şəxsdir, 6 ay - 1 il işə getməmiş, heç kimə heç nə deməmiş, şifahi göstərişlər olmuş, onları yerinə yetirmişdir. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək və etirazlarına uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, 5 saylı Tikinti Quraşdırma bölümünün xidmət qrupunda təmirçi-çilingər vəzifəsində işə başlamışdır, müəyyən edilmişdir ki, İddiaçı 2022-ci il ərzində iş qrafikinə uyğun olaraq təhkim olunduğu Çilov adasında iş yerində olmamış, 2022-ci il ərzində işçilərin qrafik üzrə Çilov adasına getməsi və gəlməsini təsdiq edən gəmilərin sərnişin sayı 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X16 tərəfindən saxtalaşdırılaraq İddiaçı adı həmin siyahılara əlavə edilmiş və NQTT-nin Personal və əmək haqqı şöbəsinə təqdim edildiyindən, İddiaçı əsassız olaraq 2022-ci il ərzində 25502,6 manat əmək haqqı ödənilmişdir, İddiaçı 2022-ci il ərzində Çilov adasında işdə olmamasına baxmayaraq ona ödənilmiş əmək haqqına, həmçinin Çilov adasında işləməsinə görə də (dəniz əmsalı) 75% əlavə olaraq pul hesablanmış və ödənilmişdir, 3 saylı TQS-nin rəisi Yadigar Məmmədovun xx.xx.2023-cü il tarixli izahatından da görünür ki, o, İddiaçı Çilov adasında yerləşən obyektlərə getməməsinə razılaşmış, İddiaçı Çilov adasına getmədiyi üçün gəmi sərnişin siyahılarında İddiaçı adının olmadığı siyahının surətində İddiaçı adını qeyd edərək Bölüm Rəhbərinə göndərmiş, böyük mexanik Nazim Nəsirovla telefon vasitəsilə danışaraq İddiaçı işdə olmadığı halda işdə olmasını qeyd etmişdir, İddiaçı xx.xx.2023-cü il tarixli izahatı da qeyd edilənləri təsdiq etmişdir, həmçinin 5 saylı Tikinti Quraşdırma Bölümünün rəisi Balağa Həmidovun, 5 saylı Tikinti Quraşdırma Bölümünün rəis müavini Vasif Əhmədovun və böyük mexanik Nazim Nəsirovun xx.xx.2023-cü il tarixli ərizələrindən də görünür ki, dəniz obyektlərində işlərlə, işçilərlə bağlı məlumat sahə rəisi Yadigar Məmmədov tərəfindən bildirilmiş, İddiaçı növbəyə getməməsi və quruda çalışması barədə məlumatları olmamışdır, Cavabdeh rəisi Q.Seyfullayev xx.xx.2023-cü il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş peşə öhdəliklərini və əmək funksiyalarını, Trestin daxili intizam qaydalarını kobud şəkildə pozmasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə “Neftqaztikinti” X7 Komitəsinə müraciət etmişdir, İddiaçı da iştirakı ilə xx.xx.2023-cü il tarixdə iclas keçirilmiş, Cavabdeh müraciətinə baxılmış və İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir, Cavabdeh 02 mart 2023-cü il tarixli 14-2-14/3- 1K-88/2023 nömrəli əmri ilə 5 saylı TQB-nin xidmət qurupunun 5-ci dərəcəli təmirçi çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə 2022-ci il ərzində işə üzürlü səbəb olmadan gəlməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sonda Vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin cavabdehin digər nümayəndələri X3 və X19 da Vəkil1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış 3912 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 5 saylı Tikinti Quraşdırma bölümünün Xidmət qrupunda təmirçi-çilingər vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətində bağlanmışdır, əmək haqqı 791,05 manatdır, 75% (331,45 manat) dəniz əmsalıdır, işəgötürən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehdir. Həmçinin həmin müqavilənin 3-cü bəndinə əsasən işçinin əmək funksiyası tikinti meydançasında avadanlıqların, maşınların, mexanizmlərin və mühərriklərin mürəkkəb təmir işlərinin yerinə yetirilməsi, xüsusən mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması, tənzimlənməsi və təmirdən sonra təhvil verilməsi, detal və qovşaqların 6-7-ci kvalitetləri (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər emalı, gərgin və kip oturma şəraitində qovşaq və avadanlığın sökülməsi, təmiri və yığılmasıdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM**********46 saylı mədaxil qəbzinin surətindən görünür ki, X27 tərəfindən xx.xx.2023 tarixli 14-2-14/3-1i-663/2023 saylı əmrə əsasən X4, X11, X12 və X17 tərəfindən dəymiş ziyanın ödənişi təyinatı ilə 25502,60 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-14/3-1K-88/2023 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətindən görünür ki, 5 saylı Tikinti Quraşdırma bölümünün Xidmət qrupunda təmirçi-çilingər vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan “İntizam məsuliyyətinə cəlb olunma və digər məsələlər haqqında” 14-2/3-1i-22/2023 saylı xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, NQTT-nin bütün struktur bölmələrində işə davamiyyət hallarının uyğunluğunun araşdırılmasının və 2 ay müddətində təkliflərlə birlikdə SOCAR-ın Prezidentinə təqdim edilməsinin SOCAR-ın Baş ofisinin Daxili Nəzarət Departamentinə (T.Rüstəmov) tapşırılması, bu əmrin preambula hissəsində adları keçən şəxslərin (X13, X20, X21, X14 və İddiaçı) əmək qanunvericiliyinin tələblərinə uyğun intizam məsuliyyətinə cəlb edilməsi və 15 gün müddətində görülmüş tədbirlərlə bağlı SOCAR-ın Baş ofisinə məlumat verilməsi, 2022-ci il ərzində iş vaxtının uçotu tabellərində əsassız olaraq iş vaxtının qeyd edilməsi nəticəsində İddiaçı hesablanmış 25502,60 manat məbləğində dəymiş zərərin qanunvericiliyə uyğun pozuntuya yol vermiş şəxslərdən tutulması və NQTT-nin xeyrinə bərpa edilməsi ilə bağlı tədbirlərin görülməsi, işçilərin işə davamiyyətinin, iş vaxtının uçotu tabellərinin yazılmasına nəzarət, eləcə də düzgün qeydiyyatın aparılması proseduruna və işçilərin dəniz obyektlərinə göndərilməsi proseslərinə nəzarətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin Cavabdehnə (Q.Seyfullayev) tapşırılması, əmrin icrasına nəzarətin vitseprezident X.Məmmədova tapşırılması, bu əmrin qüvvəyə minmə tarixinin onun elektron sənəd dövriyyəsi sistemində təsdiq olunduğu tarix olmasının müəyyən edilməsi əmr edilmişdir. İş materiallarında olan 14-2-14/3-1i-663/2023 saylı, xx.xx.2023-cü il tarixli “İntizam məsuliyyətinə cəlb edilmə haqqında” Əmrdən görünür ki, Əmək və icra intizamını, Trestin daxili intizam qaydalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq üzrlü səbəb olmadan 2022-ci il ərzində təsdiq olunmuş iş qrafikinə uyğun olaraq təhkim olunduğu Çilov adasında yerləşən iş yerinə getmədiyinə görə 5 saylı TQB-nin xidmət qrupunun 5-ci dərəcəli təmirçi çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Əmək və icra intizamını, Trestin daxili intizam qaydalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq 2022-ci il ərzində işçilərin qrafik üzrə Çilov adasına getməsi və gəlməsini təsdiq edən gəmilərin sərnişin siyahılarına saxtakarlığa yol verməklə İddiaçı adını əlavə etdiyinə və ona iş vaxtının uçotu tabellərində əsassız olaraq iş günlərinin qeyd olunmasına şərait yaratdığına görə 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının 10%-i həcmində cərimə edilməsi, əmək və icra intizamını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq tabeliyində olan işçinin il ərzində işə davamiyyətinə zəif nəzarət etdiyinə və işçiyə iş vaxtının uçotu tabellərində telefonla məlumat alaraq iş günü qeyd etdiyinə görə 5 saylı TQB-nin böyük mexaniki X18 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, əmək və icra intizamını pozaraq bilavasitə rəhbərlik etdiyi sahəyə (dəniz sahəsi) nəzarəti zəiflətdiyinə görə 5 saylı TQB-nin rəis müavini X21 və işçilərin işə davamiyyətinə ümumi rəhbərliyi düzgün təşkil etmədiyinə və bu sahəyə zəif nəzarət etdiyinə görə 5 saylı TQB-nin rəisi X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi, 5 saylı TQB-nin rəisi B.Həmidova hazıkı əmrlə İddiaçı, Y.Məmmədov, N.Nəsirov, V.Əhmədovu tanış etməsinin, rəhbərlik etdiyi bölümdə əmək və icra intizamının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməsinin, habelə 25502,60 manat məbləğində dəymiş zərərin Trestin cari hesabına ödənilməsini təmin etməsinin tapşırılması, insan resursları şöbəsinin rəisi Aqşin Hüseynzadə və İqtisadiyyat və Uçot Departamentinin rəisi Mübariz Səfərova bu əmrdən irəli gələn məsələlərin həllini təmin etmələrinin tapşırılması, Y.Məmmədov, N.Nəsirov, V.Əhmədov və B.Həmidovun gələcəkdə bu cür halların təkrar olunacağı təqdirdə barələrində daha ciddi intizam tənbehi tətbiq olunacağının nəzərlərinə çatdırılması, əmrin icrasına nəzarətin baş mühəndis-müdir müavini Elmirzə Adgözəlova həvalə edilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış tərtib edilmişdir, imtina edən tərəf tərəf Cavabdeh, iştirak edən tərəf isə X5r. İş materiallarında olan 14-2-14/2-İ-xx-xx/2023-16 saylı, xx.xx.2023-cü il tarixli, İddiaçı ünvanlanmış məktubdan görünür ki, SOCAR Cavabdeh əmək müqaviləsi kənarlaşmaya yol verilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsasla ləğv edildiyindən işə bərpa olunması üçün heç bir əsas olmaması, buna görə də mediasiya prosesinin tətbiqi barədə təklifinin qəbul edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan 14-2-14/2-402/2023 saylı, xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ilə SOCAR Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3912 saylı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi ilə əlaqədar ləğv edilmişdir. İş materiallarında olan 14-2-14/3-11-2190/2023 saylı xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” təqdimatın surətindən görünür ki, Qağaməli Seyfullayev 5 saylı TQB-nin xidmət ququpunun təmirçi-çilingəri İddiaçı və 3 saylı TQS-nin rəisi X4 hərəkətlərini X15 Komitəsində müzakirə edilməsini və onlarla bağlanmış əmək müqavilələrinin həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmasına münasibət bildirilməsini “Neftqaztikinti” X7 Komitəsinin sədri Elşad Cəbrayılovdan xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” X7 Komitəsinin “təqdimata baxılmasının nəticəsi haqqında” məktubdan görünür ki, Həmikarlar İttifaqı Komitəsi 5 saylı TQB-nin xidmət qrupunun təmirçi çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir, 3 saylı TQS-nin rəisi X16 ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyyə olunması barədə qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” X7 Komitəsinin iclasının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı iştirakı ilə, 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X16 ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyə olunması, xidmət qrupunun təmirçi çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməsi qərara alınmışdır. İş materiallarına məhkəmənin sorğusu əsasında Cavabdeh tərəfindən daxil olan məktuba əlavə olunmuş İş Qrafiki və Stat Cədvəlindən görünür ki, 3 saylı Tikinti Quraşdırma Sahəsi Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibindədir, X1 böyük mexaniki vəzifəsində, X16 3 saylı Tikinti Quraşdırma Sahəsinin rəisi vəzifəsində, İddiaçı isə 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsində olmuşdur. İş materiallarında olan 5 saylı Tikinti Quraşdırma Bölümünün Xidmət qrupunun “Vəzifə Standartları”ndan görünür ki, təmirçi-çilingərin əmək funksiyası avadanlıq və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması və tənzimlənməsidir. İş materiallarında olan İddiaçı məxsus “Şəxsi Vərəqə”nin surətindən görünür ki, o, sonuncu dəfə SOCAR Cavabdeh 5 saylı Tikinti Quraşdırma bölümünün xidmət ququpunda təmirçi-çilingər vəzifəsində işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsi 14-2-14/3-1088/2023 saylı əmrə əsasən ləğv edilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2015-ci il tarixində əmək müqaviləsi əsasında Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibində olan Cavabdeh 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında bağlanmş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir, əmək müqaviləsinə xitam verilməsi əsası “heç bir üzrlü səbəb olmadan bütün günü ərzində işçinin işə gəlməməsidir”, işçinin əmək intizamına cəlb edilməsi barədə işəgötürənin əsaslandırılmış əmri vardır, işçinin işdən azad olunması zamanı Həmkarlar İttifaqının razılığı olmuşdur, işçinin əmək funksiyası “avadanlıq və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması və tənzimlənməsi”dir, böyük mexanikin vəzifə funksiyalarına “təmirçi çilingərlərin təlimatlandırılması və biliklərinin yoxlanması” daxildir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, işçi 2022-ci ildə 6-7 ay davamlı olaraq təhkim olunduğu iş yerində olmamışdır, işçinin tabe olduğu Bölümün buna hər hansı bir razılığı olmamış, o, bu barədə qəsdən məlumatlandırılmamışdır, iddia tələbi “əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsi” barədədir. Bununla belə, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması, iddiaçının işburaxmasının üzrlü səbəbləri, həmçinin cavabdehin iddiaçıya qarşı qərəzli olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Belə ki, mübahisəsiz hallardır ki, İddiaçı rəsmi iş yeri Çilov adasıdır, işçi 2022-ci ildə uzun müddət həmin iş yerində olmamışdır, onun bu müddət ərzində gördüyü işlər əmək funksiyasına aid deyil və işdə olmaması barədə məlumat nəzarət funksiyasını yerinə yetirən şəxsdən (X9) qəsdən yayındırılmışdır, onun bütün iş günü ərzində işdə olmaması qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəblərə aid deyildir, üzrlü səbəb olmadan işçinin bütün işgünü işdə olmaması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır, işçinin üzun müddət üzrsüz səbəbdən iş yerində olmaması ilə öz vəsifə öhdəliklərini yerinə yetirməməsi əmək intizamına və işəgötürənin hüquqlarına əhəmiyyətli dərəcədə təsir edir, işçinin işdən çıxarılması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir, bu barədə müvafiq təşkilatdan razılıq alınmışdır, əmrin forma və məzmununa dair tələblər gözlənilmişdir, həmçinin əmr əsaslandırılmışdır, işəgötürənin qərəzli davranışına dair işçinin hər hansı bir iradı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin Konstitusiyanın 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçilər əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələrini daşıyırlar. Həmin Məcəllənin 11-ci maddəsinin birinci hissəsinin “b” bəndinə əsasən, işəgötürən Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 11-ci maddəsinin birinci hissəsinin “c” bəndinə əsasən, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüququdur. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4206/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4206/2023
11.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver