Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4237/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Şəxiyyət vəsiqəsindəki məlumatlara əsasən X7 xx.xx.1972-ci il tarixdə Ermənistan rayonu, Razdan şəhərində doğulmuşdur.
2. Ərizəçi Vahid Vəliyevin oğludur. X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
3. Ərizəçi atasının doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxsnə müraciət etmiş, onun müraciətindən həmin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, 3-16-5/8-15- 4xx-xx/2023 saylı məktubu ilə ərizəçinin atasının doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi atası X3 xx.xx.1972-ci ildə doğulduğunu hüquqi fakt kimi müəyyən edilməsi və X3 doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Razdan şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X2. Atası X3 valideynləri Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 9 saylı evin 15-ci mənzilində yaşamışlar. X8 "Qızıl ulduz" X11 montajçı vəzifəsində çalışmış və xidməti işi ilə əlaqədar olaraq dəfələrlə xarici ölkələrə ezam edilmişdir. Növbəti dəfə babası Ermənistana uzun müddətə ezam edilmiş, nənəsini də özü ilə Ermənistana aparmışdır və atası 1972-ci ildə Ermənistanın Razdan şəhərində anadan olmuşdur. Atasının 2 yaşı olanda valideynləri Bakı şəhərinə qayıtmışlar və Bakı şəhəri, Neapol küçəsi, 9 saylı evin 15-ci mənzilində yaşamaqda davam etmişlər. Atası Bakı şəhəri Xətai rayoni 138 saylı məktəbdə təhsil almış, məktəbi bitirdikdən sonra Azərbaycan Neft İnstituna (AZİ) daxil olmuşdur, institutu bitirdikdən sonra müxtəlif yerlərdə işləmişdir. xx.xx.1994-cü ildə atasıyla anası rəsmi nikaha girmişlər və onların birgə nikahından o doğulmuşdur. xx.xx.2017-ci ildə atası X7 vəfat etmişdir və Hövsan qəbristanlığında dəfn edilmişdir. Bu yaxınlarda o, iş yerini dəyişmək istəmiş və bu məqsədlə ondan bir çox sənədlər, eyni zamanda atasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsi itirilmişdir, ona görə də o, Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət edərək şəhadətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, o, ərizəçini tanıyır, onun qonşusudur. Onun ata və anasını da tanıyır. Atası öləndən sonra ərizəçi anasının himayəsində qaldı. Onlar ərizəçinin baba və nənəsi ilə bir işləmişlər.
11. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, o, ərizəçi ilə qonşuluqda yaşayır. İmranın atasını da tanıyırdı, 5-ci mərtəbədə yaşayıblar. Onlar hamısı bir şirkətdə işləmişlər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
15. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin nümayəndəsininizahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
17. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin atasının doğum haqqında şəhadətnamənin alınması barədə Bakı şəhər Maraqlı şəxs müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, 3-16-5/8-15-4xx-xx/2023 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür.
18. Bu səbədən, ərizəçi atasının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır (§ 16).
19. İş materiallarında olan ərizəçinin atasına məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X7 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Razdan şəhərində doğulmuşdur.
20. İş materiallarında olan AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidməti və Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş fərdi uçot kartoçkasında olan məlumatlar əsasında müəyyən edilir ki, X3 doğulduğu tarix xx.xx.1972-ci il, doğulduğu yer isə Ermənistan Respublikası Razdan şəhəri qeyd edilmişdir.
21. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Razdan şəhərində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X3 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Razdan şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X3 atası X4, anası X10 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı