Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4244/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əmək və X1 Nazirliyinin nəzdində fəaliyyət göstərən Xətai rayonu üzrə Tibbi- sosial ekspert Komissiyası tərəfindən 01-xx xxxxx 2015-ci il tarixdə müayinədən keçməyi və buna uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi faktının 2015-ci ilin aprel ayından tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizə üzrə tələb Xətai rayonu üzrə TSEK tərəfindən müayinədən keçməsi və buna uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir, ərizə xüsusi icraat qaydasında verilmişdir, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Ə.Ə.S.M. yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ərizəçi anası Nurdanə Quliyevaya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubunda Ərizəçi əlillik vəziyyətinin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli Qərarın onun əlillik vəziyyətinə dair səhiyyə müəssisəsinin 4449003AAA3B saylı göndərişinin natamam doldurulması səbəbi ilə verilməsi bildirilmiş, onun səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyətinə dair müvafiq qərar veriləcəyi bildirilmişdir. Göründüyü kimi, əlillik dərəcəsinin qiymətləndirilməsi ərizəçinin əvvəlcə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edilməsindən asılı olaraq mümkün olması bildirildiyi halda, ərizəçinin həmin müəssisədə müayinədən keçməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəçi hazırkı tələb üzrə müvafiq icra hakimiyyəti orqanına (Əmək və X1 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidmətinə), onun qərarından asılı olaraq müvafiq məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir ki, bu da ərizənin məhkəmə qaydasında baxılmasını istisna edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin qiymətləndirilməsi qaydası”-nın 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Tibbi-Sosial Ekspertiza və X2 vasitəsi ilə aparılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Əmək və X1 Nazirliyinin nəzdində fəaliyyət göstərən Xətai rayonu üzrə Tibbi- sosial ekspert Komissiyası tərəfindən 01-xx xxxxx 2015-ci il tarixdə müayinədən keçməsi və buna uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi faktının 2015-ci ilin aprel ayından tanınması tələbinə dair ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçinin nəzərinə çatdırılır ki, hazırkı tələblə müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4244/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4244/2020
07.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver