Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4253/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi əmək kitabçasında aparılan qeydlərlə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarın tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 1-ci maddəsinə əsasən “əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olması haqqında qərarın” tələblərinə uyğun olaraq, ИЕ-1 ******* nömrəli əmək kitabçasında aparılan qeydlərlə, o cümlədən də güzəştli iş stajı barəsində olan qeydlərlə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizə, əmək kitabçasında aparılan qeydlərlə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbi barədə olsa da, orada müəyyən olunması nəzərdə tutulan faktlar dəqiq göstərilməmişdir. Bundan başqa, ərizəçi həmin sənədlərlə əlaqədar əvvəllər işlədiyi Bakı şəhəri X1 Tresti və onun tabeliyində olan 300 və 302 nömrəli Tikinti İdarələrinə müraciətinə, həmçinin həmin müəssisələrin ləğv edilməsi və arxiv sənədlərinin saxlanılmamasına dair sübutlar ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin tələbi aydın göstərilmədiyindən, həmçinin ərizəçi hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədlərin başqa qaydada əla bilməsi barədə sübut təqdim etmədiyindən ərizə qanunvericiliklə müəyyən olunmuş formaya riayət edilməməklə verilmişdir və ona görə də ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarın tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 1-ci maddəsinə əsasən “əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olması haqqında qərarın” tələblərinə uyğun olaraq, ИЕ-1 ******* nömrəli əmək kitabçasında aparılan qeydlərlə, o cümlədən də güzəştli iş stajı barəsində olan qeydlərlə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4253/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4253/2020
07.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver