Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4256/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – doğumun qeyd edilmə faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi atası - Dadaşov Babaş Həmid oğlu, anası - X3 olan Dadaşova Nuriyyə Babaş qızının xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Atası - Dadaşov Babaş Həmid oğlu, anası isə X2r. Onun doğumu Ermənistanın Qafan rayon qeydiyyat şöbəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Erməni işğalçılarının torpaqlarını işğal etməsi səbəbindən o və ailəsi məcburiyyət qarşısında qalaraq, Bakı şəhərinə köçməli olduq. Bakı şəhərində yaşadığı müddətdə naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Hal-hazırda sosial hüquqlarının həyata keçirilməsi üçün ondan doğum haqqında şəhadətnaməsi tələb olunur. Anasının şəxsiyyət vəsiqəsi, atasının ölüm haqqında şəhadətnaməsi, qardaş və bacılarının doğum haqqında şəhadətnaməsi qoşmaya əlavə edilmişdir. O, ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, №3-16-5/8-15- 8-15-588 saylı cavab məktubunda bildirilmişdir ki, qeyd olunan fakt məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qərarı olmadan doğum haqqında akt qeydinin bərpa edilməsinin və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə onun doğumunun qeydə alınma faktı təsdiq olunmalıdır. Tərəflərin izahatları Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 02227247 ömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1934-cü il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistanda doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. 4 nömrəli nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, xx.xx.1957-ci il tarixdə Dadaşov Babaş Həmid oğlu və X4 birgə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. 532 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə X1 və Dadaşova Nuriyyə Babaş qızı birgə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Sultanov, arvada Sultanova soyadı verilmişdir. 18 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dadaşova Tamam Babaş qızı xx.xx.1971-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ata adı qrafasında Dadaşov Babaş Həmid oğlu, ana adı qrafasında X3 göstərilmişdir. 8 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dadaşova Sadaya Babaş qızı 5.10.1974-cü ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ata adı qrafasında Dadaşov Babaş Həmid oğlu, ana adı qrafasında X3 göstərilmişdir. 13 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dadaşov Əliağa Babaş oğlu xx.xx.1976-cı ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ata adı qrafasında Dadaşov Babaş Həmid oğlu, ana adı qrafasında X3 göstərilmişdir. 9 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dadaşova Zenfira Babaş qızı xx.xx.1980-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ata adı qrafasında Dadaşov Babaş Həmid oğlu, ana adı qrafasında X3 göstərilmişdir. 12 nömrəli, xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Dadaşov Babaş Həmid oğlu xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində vəfat etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 87 saylı MKİS tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 24 saylı arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi G.Şıxlinski küçəsi, ev 30, mənzil 6 ünvanında qeydiyyatdadır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma bacısıdır. Bacısı xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Ata və anaları eynidir. Özünün doğum haqqında şəhadətnaməsi var, lakin bacısının yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. O, xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur.Ərizəçi atası Dadaşov Babaş Həmid oğlu, anası isə X2r. . Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçilər doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olması, atasının Dadaşov Babaş Həmid oğlu, anasının X3 olması ərizəçilərin izahatları ilə, şahidlərin ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğumun qeyd edilmə faktı müəyyən edilsin, doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında atasının Dadaşov Babaş Həmid oğlu, anasının X3 olması qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4256/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4256/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver