Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4258/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə 6 ay müddətli əmək müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən məşğulluq təsnifatı üzrə “qaynaqçı”, “yükqaldıran” vəzifəsinə işə qəbul olunmu və əmək müqaviləsi müfaviq qaydada elektron qaydada rəsmiləşdirilmişdir. Əmək haqqısı 300 manat müəyyən edilmişdir, sonradan 2020-ci ildə müəssisə bağlandıqdan sonra işdən çıxmışdır, lakin cavabdeh onun işdən çıxmasını rəsmiləşdirməmişdir. Daha sonra iş axtarərkən ona məlum olmuşdur ki, onunla ********** nömrəli VÖEN şəhadətnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi vardır. Hal-hazırda adına əmək müqaviləsi olsa da, əmək haqqı almır və digər əmək müqaviləsi bağlaya bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı adına Cavabdeh MMC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsi qüvvədədir. Azərbaycan Respublikası ƏƏSMN-nə xx.xx.2024-cü il tarixli müraciət vərəqindən görünür ki, İddiaçı Cavabdeh MMC bağlandığından və müəssisənin rəhbəri həbsdə olduğundan əmək müqaviləsinə xitam verilmədiyini bildirmiş və həmin müqavilənin xitam edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X1 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmiş, İddiaçı əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35.2. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35.3. Heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 9.1. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
69. 1. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
69. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Prezidentinin 2011-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnamə: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;. Məhkəmənin mövqeyi: İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sisteminə daxil edilmişdir. Daha sonra iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etsə də, əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında cavabdeh şirkətin hazırda fəaliyyət göstərmədiyini və iddiaçı ilə cavabdeh arasında faktiki olaraq əmək münasibələrinin mövcud olmadığını qeyd etmişdir. Cavabdeh şirkət tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tərəflər arasında faktiki əmək münasibətlərinin mövcud olmamasına baxmayaraq İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin qüvvədə olması iddiaçının özünə yeni iş yeri seçməsi hüququnu məhdudlaşdırır və əsas konstitusion hüquqlardan biri olan əmək hüququnu pozur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olan əmək müqaviləsinə (əmək münasibətlərinə) xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Leyla Şövkətli-Mənsimli