Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4280/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 vəkili X3, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X1, X8, X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi və paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus sahənin iddiaçılara təhvil verilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X1, X8, X2 Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi və paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus sahənin iddiaçılara təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.500 manat pulun alınıb iddiaçılara ödənilməsi, Cavabdeh Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi, Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində paylara uyğun naturada bölgü aparılaraq, iddiaçılara məxsus sahənin iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İlham Zeynalovdan aldığı 30.000 manatdan aldığı pulun 20-də 19 hissəsi olan 28.500 manatın alınıb onlara ödənilməsi, Cavabdeh payını satmasına baxmayaraq hazırda reyestrdə qeyddə olan Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində 84.84 kv.m-dən bir hissənin payçılığına xitam verilməsi, Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus 84.84 kv.m sahənin ayrılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X5, X13, X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İlham Zeynalovdan aldığı 30.000 manatdan aldığı pulun 20-də 19 hissəsi olan 28.500 manatın alınıb onlara ödənilməsi, Cavabdeh payını satmasına baxmayaraq hazırda reyestrdə qeyddə olan Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində 84.84 kv.m-dən bir hissənin payçılığına xitam verilməsi, Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus 84.84 kv.m sahənin ayrılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 vəkili X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X5, X13, X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş ümumi yurisdiksiyalı məhkəməyə aid deyildir. Buna görə də iş aidiyyatı məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, hazırkı mübahisə həm subyektiv tərkibinə görə həm də mübahisənin predmetinə görə hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. İş Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi və paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus sahənin iddiaçılara təhvil verilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X1, X8, X2 Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi və paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus sahənin iddiaçılara təhvil verilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4280/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4280/2021
24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver