Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-429/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-13-1249 saylı məktubla ərizəçinin doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir.
2. Məhkəmənin sorğusu əsasında AR ƏN yanında AR Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-18/2-176/2024 saylı yazılı məlumatda ərizəçinini nikahı, qohumları və övladları barədə Əhalinin Dövlət Reyestri Avtomatlaşdırılmış İnformasiya sistemində hər hansı məlumatın aşkar edilməməsi qeyd edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
3. Ərizəçi anası Ərizəçi tərəfindən xx.xx.2006-cı il tarixdə doğulmuş, qız cinsindən olan Əzizə adlı uşağın doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, o, xx.xx.2006-cı il tarixdə rəsmi nikahdan kənar olaraq, həmin zamanadək müvvəqəti yaşadığı ünvan 1 ünvanda X3 adında qız uşağını doğmuşdur. Uşaq qəflətən doğuduğu üçün, təcili yardıma müraciət etməyə belə macal tapmamışdır. Uşağın həmin evdə doğulduğu faktını evin sahibləri X2 və X4 da təstiq edə bilərlər. Uşaq anadan olandan sonra o, yaşadığı yer üzrə qeydiyyat şöbəsinə uşağına doğum haqqında şəhadətnamə alınması üçün müraciət etmişdir. Lakin uşağın doğulmasını təsdiq edən tibbi arayış olmadığı üçün, doğum faktını qeydiyyata almaqdan imtina etmişlər, poliklinika da tibbi arayış verməkdən imtina etmişdir. Tibbi sənəd ala bilmədiyi üçün bu halla barışmış, savadsız olduğu üçün bu məsələnin necə həll oluna biləcəyini də bilməmişdir. Bundan sonra o, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək imtina məktubu almışdır.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
5. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:
6. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında Əzizə İskəndərova izahatında bildirdi ki, adını anası qoyub. Anası deyir ki, xx.xx.2006-cı ildə anadan olub. O, hər il eyni vaxtda ad günün qeyd edir
9. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, o, ərizəçi ilə 2006-cı ildə qonşuluqda kirayədə qalırdı. O zaman ərizəçi hamilə idi, bir oğlanla yaşayırdı, sonra həmin oğlan getdi və onu görmədi. Həmin vaxtlar Tamillanın maddi vəziyyəti yaxşı olmadığı üçün ona yardım göstərdi, evə gətirdi, bundan sonra münasibətləri yarandı. Uşaq evdə doğulmuşdu, hətta uşağın göbəyini evdə qonşu kəsmişdi. Uşaq körpə olanda onun ad günlərində iştirak edib. Uşaq 2006-cı ilin payız aylarında doğuldu. Dəqiq ay yadında deyil amma, həmin vaxt havalar soyuq idi. Uşaq körpə yaşlarında olanda onu ad günlərində iştirak edib.
10. İzahatından sonra şahid X1 qucağında uşaq olan şəxsin foto şəkili təqdim edildi, o təqdim edilmiş fotoşəkildəki şəxsin özü olduğunu, qucağındakı uşağın isə Əzizə olduğunu bildirdi.
11. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçini 2005-2006-cı illərdən arvadı vasitəsi ilə tanıyır. Həmin vaxtlar qonşuluqda yaşayıblar. O, zavodda işləyirdi, axşam evə gələndə, təxminən 2006-cı ilin noyabr ayı idi, yoldaşı ona dedi ki, Tamilanın uşağı olub, qonşuluqda olan yaşlı qadınlar uşağın doğumuna kömək etdilər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
13. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
17. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
18. 4.3-cü bənd: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
20. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə Bakı şəhəri Maraqlı şəxs müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-1249 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, doğum faktını təsdiq edən tibbi sənəd mövcud deyil.
21. Bu səbədən, ərizəçi övladının doğum faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
22. Hazırkı iş üzrə ərizəçinin tibb müəssisəsindən kənarda doğulması halı şahid ifadələri əsasında öz təsdiqini tapır. Həmçinin, iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin 818/2023-MTBŞ saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunmuş qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim edilmiş Əzizə adlı uşağın Ərizəçi və Konşin Tahir olan cütlükdən törənməsi mümkündür. Belə olan halda Ərizəçi təqdim olunmuş uşağın anası olması inkar olunmadı.
23. Eyni zamanda, Əzizə adlı uşağın yaşının müəyyən edilməsi ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının gəldiyi nəticə belədir: xx.xx.2024-cü il tarixli, 11 saylı rentgenoloji rəyindən görünür ki, Əzizə (adı şərtidir) adına təqdim edilmiş xx.xx.2023cü il tarixdə çəkilmiş sağ dirsək və mil-bilək oynaqlarının əl barmaqları əhatə olunmaqla iki proyeksiyalı R-qrammalarında qısa və uzun borulu sümüklərin boyatma zonaları qapanmışdır. Sinastoz kölgəliklər sorulmuş və bəzi yerlərdə hissəvi kölgəliyin izlənməsi müşahidə edilir. Beləliklə, 8 ədəd formalaşmış bilək sümüklərinin və birinci barmağın daraq-falanqa arası oynaq nahiyəsində sesomovid sümükcüyün kölgəliyi tam şəkildə təyin edilir. müayinə olunan sümük yaşı 17-18 ilə uyğun gəlir. Əzizə (adı şərtidir) sümük inkişafı yaşı 17-18 ilə uyğun gəlir.
24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, şahid ifadələrini, ekspert rəyini məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin Əzizə adlı qız övladının xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulması faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
25. Məhkəmə hesab edir ki, Əzizə adlı uşaq nikahı olmayan Tamilla İskəndorovadan doğulduğundan uşağın soyadı və ata adı Ailə Məcəlləsinin 46.3-cü maddəsinin müəyyən etdiyi qaydada yazılmalıdır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. Qadın cinsindən olan Əzizənin xx.xx.2006-cı il tarixdə Bakı şəhərində xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə uşağın adı “Əzizə”, soyadı “İskəndərova”, anası qrafasında “Ərizəçi” (ata adı anasının deməsinə əsasən) yazılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı