Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4306/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Məhkəmə iclas katibi Səfərzadə Kanan Muxtar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə Bakı şəhəri, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşə evə iddiaçının və 10.02.2010-cu il təvəllüdlü oğlu X1 dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 1992-ci ildə nikahını rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahdan 08.05.1993-cü il təvəllüdlü X10, 12.06.1994-cü il təvəllüdlü X11 və 11.02.2010-cu il təvəllüdlü X12 adlı üç övladı anadan olmuşdur. Tərəflər nikah dövründə, yəni 1997-ci ildə Bakı şəhəri, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşən içərisində bir otaq yarımtikili olan torpaq sahəsini almışdırlar. 2000-ci ildə isə həmmin torpaq sahəsində birgə nikah dövründə əldə olunmuş gəlirlər hesabına 3 otaq, mətbəx, hamam və sanitar qovşağından ibarət ümumi sahəsi 60 kv.m. olan ev tikmişdirlər. Həmin evə dair kommunal, qaz, su, işıq cavabdehin adına rəsmiləşdirilmişdir. Ev tikiləndən sonra tərəflər bir müddət həmin evdə yaşamışlar və birgə təsərrüfat aparmışdırlar. Lakin tərəflərin 2018-ci ildə rəsmi nikahı pozulmuşdur. 2020-ci ilin avqust ayınadək iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışdırlar. Həmin ayda baş verən münaqişə nəticəsində cavabdeh iddiaçını və övladlarını evdən qovmuşdur. Tərəflərin birgə yaşamağı mümkün olmamışdır. Belə ki, cavabdeh iddiaçıya və övladlarına mübahisəli evə yaşamağa imkan vermir. Hal-hazırda iddiaçı kirayə qalır. İddiaçı hesab edir ki, məhkəmə iddiaçını birgə nikah dövründə əldə edilmiş vəsait hesabına mübahisəli mənzilə köçürə bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən təqdim edilmiş 875 nömrəli, 24.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, həqiqətən, Aşıq Qurban küçəsində yerləşən 25 saylı özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-İİ seriyalı 417476 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 11.02.2010-cu il tarixində doğulmuşdur, onun atası Cavabdeh, anası isə İddiaçııdır. İş materiallarında olan və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən 2003-cü ildə təsdiq edilmiş Aşıq Qurban küçəsi, 25 saylı evin planında görünür ki, fərdi yaşayış evi 3 otaqlıdır. Evin sahəsi 53,75 kvadrat metrdir. Evin sahibi Cavabdehdur, evdə X4, İddiaçı, X11 və X14 yaşayır. Mülki iş materiallarında olan AZ-İ seriyalı, 351277 nömrəli “Nikahın pozulması haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05.06.2020-c il tarixində 162 nömrə ilə qeyd edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, iddiaçı ilə cavabdehin qonşusudur. O, 15.09.2005-ci il tarixində ünvan 1 ünvanında yerləşən evə köçmüşdür. İddiaçı və cavabdehlə bir həyətdə yaşayırdılar. İlk vaxtlar mübahisəli ev 1 otaqdan ibarət olmuşdur. Daha sonra tərəflər evi təmir elədilər, əlavə 4 otaq da tikdirlər. Hal-hazırda onların evi 1 zal, 2 otaqdan və mətbəxdən ibarət təmirli evdir. Evin həyəti də metlaxla döşənilib. Lakin buna baxmayaraq, iddiaçı həmin evdə yaşaya bilmir, cavabdeh isə evə yad insanları dəvət edir, alkoqollu içkilərdən suiistifadə edir. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o iddiaçının bacısıdır, cavabdehin isə keçmiş baldızıdır. İddiaçı ilə Cavabdeh 1993-cü ildə ailə qurublar. Həmin vaxtlar onlar digər bacılarının evində qalırdılar. Belə ki, onun bir bacısı da 90-ci illərdə Rusiya Federasiyasında yaşayırdı. Aşıq Qurban küçəsində yerləşən 25 saylı evi tərəflər 1993-1994-cü illərdə almışdırlar. Sonradan evdə əlavə tikinti işlərini də aparmışdılar. Bacısı həmin evi illər ərzində zəhməti ilə tikib. Lakin buna baxmayaraq bir ildir ki, kirayələrdə, qapılarda qalıb. Belə ki, cavabdeh iddiaçını və övladlarını evdən qovub. Beləliklə, məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı ilə X6 nikahda olduqları dövrdə, yəni 1993-cü ildə özbaşına tikili olan Bakı şəhəri, Aşıq Qurban küçəsində yerləşən 25 nömrəli evi alıb, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində heç kəsin adına qeydiyyatdan keçməmiş və tərəflərin nikahları pozulduqdan sonra, cavabdeh iddiaçı və övladlarını evdən qovmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə iddia tələbini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli tikili ilk İddiaçı və onun oğlu yetkinlik yaşına çatmamış X3 yaşayış yeridir. Cavabdehin İddiaçı və X7 qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1992-ci ildə nikaha daxil olmaqla, ailə münasibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından Cavabdeh İddiaçı və onların övladı olan 11.02.2010-cu il təvəllüdlü X8 qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək İddiaçı və onun övladı 11.02.2010-cu il təvəllüdlü X6 Bakı şəhəri, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşən fərdi evə köçürülməlidirilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi : İddia təmin edilsin. İddiaçı və 10.02.2010-cu il təvəllüdlü oğlu X12 Bakı şəhəri, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşə evə köçürülsünlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4306/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4306/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver