Məhkəmə qərarları › İş №2(011)-4306/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4306/2022

09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4306/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X5, Maraqlı şəxs2, tərcüməçi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum akt qeydində xx.xx.1941-ci il tarixdə Cəlilabad rayonu, Petrovka kəndində anadan olması faktının müəyyən edilməsi, atasının 1900-cü il təvəllüdlü X9ması, anasının 1907-ci il təvəllüdlü X4ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1941-ci il tarixdə Cəlilabad rayonunun Petrovka kəndində anadan olmuşdur. 1959-cu ildə orta məktəbin doqquzuncu sinifini bitirmişdir. H3 № ******* nömrəli hərbi bileti var. Bakı Şin zavodunda xx.xx.1963-cü il (Əmr №288-k, xx.xx.1963) tarixdən xx.xx.1968-ci il tarixinədək Yığma sexində 5-ci dərəcəli çıxarıcı asıcı, xx.xx.1968-ci il (Əmr №04-k, xx.xx.1999) tarixinədək Nəzarət ölçü cihazları və Avtomatika sexində 4.5.6-cı dərəcəli elektrik cilingəri işləmişdir. Atası, 1900-cu il təvəllüdlü X12 heç vaxt görməmişdir. Atası böyük vətən müharibəsində həlak olub, anası 1907-ci il təvəllüdlü X6 Cəlilabad şəhərində yaşamışdır. Bacısı X15 xx.xx.2014-cü ildə kəskin ürək damar çatmamazlığı diaqnozu ilə vəfat etmişdir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, 50 saylı mənzil bacısına məxsus olmuşdur. O, 2009-2014-cü illərdə bacısı ilə birlikəd həmin mənzildə yaşamış və bacısı yaşlı olduğundan, əri və uşaqları olmadığından o ona kömək etmişdir. Təxminən 1979-cu illərdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Bacısının yeganə varisi olaraq, mənzili öz adına keçirməsi üçün doğum haqqında şəhadətnamə almaq lazımdır. Doğum haqqında şəhadətnaməni almaq üçün 6 Asan Xidmətə və Cəlilabad Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin hər iki təşkilat doğum haqqında akt qeydi aşkar olunmadığından arayışın verilməsi mümkün olmadığını bildirərək rədd cavabı vermişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X10 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərdi ki, Ərizəçi onun doğma dayısıdır. Pyotr isə babasıdır. Ərizədə göstərilənləri təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin bacısı qızı Lyudmila ilə 2001-ci ildə ailə qurmuşdur. Ərizəçi Lyudmilanın doğma dayısıdır. Cəlilabadda anadan olmuşdur. və ərizədə göstərilənləri təsdiq etdilər. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci ildə Cəlilabad rayonunun Petrovka kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 01/53 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı Şin zavodunda xx.xx.1963-cü il (Əmr № 288-k, xx.xx.1963) tarixindən xx.xx.1968-ci il tarixinədək Yığma sexində 5-ci dərəcəli çıxarıcı asıcı, xx.xx.1968-cı il (Əmr № 170-k, xx.xx.1968) tarixindən xx.xx.1999-cu il (əmr № 04-k, xx.xx.1999) tarixinədək Nəzarət ölçü cihazları və Avtomatika sexində 4, 5, 6-cı dərəcəli elektrik cilingəri işləmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Ərizəyə əlavə olunmuş, ərizəçiyə məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi, doğum tarixi xx.xx.1941-ci il kimi göstərilmişdir. Cəlilabad rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 ünvanladığı xx.xx.2022-ci il tarixli 05/01-280 nömrəli məktubundan görünür ki, şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli sorğuya əsasən bildirilmişdir ki, Ərizəçi doğumu ilə bağlı Cəlilabad rayon Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadığından arayışın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-00678-2022 nömrəli məktubundan görünür ki, Bakı 6 saylı “Asan Xidmət" Mərkəzindən daxil olan xx.xx.2022-d il tarixli ərizəyə cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sonədlerində 1941-d ile dair CeiHabad rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında Komikov losif Petroviçin təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, Cəlilabad rayonu Petrovka kendi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. AZE seriyalı, 271018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 40 saylı Notariat Ofisinin Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 ünvanladığı xx.xx.2022-ci il tarixli X-316 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci i! tarixli, 277 saylı məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 adına vərəsəlik işi acılmamışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Xətai RPİ tərəfindən təqdim olunmuş Ərizəçi adına sənədləşdirilmiş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1941-ci ildə Cəlilabad rayonunun Petrovka kəndində anadan olmuşdur, atası X13, anası isə X3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1941ci il tarixdə Cəlilabad rayonunun Petrovka kəndində anadan olması, atasının 1900-cü il təvəllüdlü X9ması, anasının 1907-ci il təvəllüdlü X4ması, ərizəçinin doğum haqqında akt qeydi barədə müvafiq dövlət orqanlarının arxivində məlumatların aşkar edilməməsi faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx.xx.1941-ci il tarixdə Cəlilabad rayonunun Petrovka kəndində anadan olması, atasının 1900-cü il təvəllüdlü X13 və anasının 1907-ci il təvəllüdlü X4ması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar