Məhkəmə qərarları › İş №2(011)-4316/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4316/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4316/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvafiq kompensasiya ödənilmədən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 32 saylı evin 8 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 32, 8 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.05.2019-cu il tarixdə ona çıxarış təqdim olunmuşdur, cavabdeh A.Cəfərlə heç bir qohumluq münasibəti yoxdur, cavabdeh Türkiyədə təhsil alır, hazırda həmin mənzildə formal qeydiyyatdadır, lakin faktiki olaraq başqa ünvanda yaşayır, cavabdehin formal olaraq mənzildə qeydiyyatda olması onun üçün bir sıra hüquqi çətinliklər törədir, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, belə ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması və qeydiyyatdan çıxmaması onun mənzili satmaq niyyətini həyata keçirməyə imkan vermir, bu səbəbdən A.Cəfərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini istəyir. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 32, mənzil 8 tam mülkiyyət hüququ üzrə İddiaçı adına 07.05.2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 21.04.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Gen. Şıxlinski küçəsi, ev 32, mənzil 8-də qeydiyyatda olan digər şəxslər Cavabdehdur. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin satılmasına, bağışlanmasına və ya ipotekaya (girov) qoymasına etiraz etmir və razıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanan 30.06.2021-ci il tarixli **********59 nömrəli məktubuna əlavə olunmuş 85 saylı MKİS-nin 01.02.2019-cu il tarixli 105 saylı arayışdan görünür ki, Xəlilov X1 Şıxlinski küçəsi, ev 32, mənzil 8 ünvanında yaşayır, həmin mənzildə daimi qeydiyyatda olanlar İddiaçı, X3, X2r. İş materiallarında olan həmin məktuba əlavə olunmuş 037829 Orderin surətindən görünür ki, İddiaçı ünvan 1, 8 saylı mənzildə yaşamaq hüququ verilmişdir, ailə tərkibi 3 nəfərdən ibarətdir: İddiaçıS., Xəlilov T.P., Xəlilov T.P. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 32, 8 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh iddiaçının ailə üzvü deyil, hal-hazırda həmin ünvanda rəsmi qeydiyyatda olmasına baxmayaraq orda yaşamır və mənzildən istifadə etmir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 32, 8 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 32, 8 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar