Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4317/2020 06.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X14, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Cavabdeh” X1 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 37-K saylı Əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə: xx xxxx 2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyana görə 5.000 (beş min) manat və mənəvi ziyana görə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki: iddiaçı uzunmüddətli əmək stajına malikdir. Əmək müqaviləsi bağlamaqla xx.xx.2015-ci il tarixdən “Cavabdeh” X1 İstismar İdarəsinin, Saatlı Xidmət Sahəsinin “X39 və satışı xidməti qaz avadanlıqarının istismarı və təmiri üzrə çilingər" vəzifəsində çalışmışdır. 2015-ci ildən “Cavabdeh” X1 İstismar İdarəsinin, Saatlı Xidmət Sahəsində işlədiyi müddətdə, Saatlı Rayon M.Müşfiq küçəsində 350 nəfərlik abonentə sayğacların oxunması, bildirişlərin paylanması, abonentlərə ödənişlər üzrə maarifləndirmə və sair işlərlə əlaqədar xidmət göstərmişdir. Bu vəzifədə işlədiyi illər ərzində öz vəzifə funksiyalarının öhdəsindən layiqincə gəlmiş, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, müəssisədaxili nizam-intizam qaydalarına əməl etmiş, müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında yerinə yetirmiş, iş zamanı saatından və zamanından asılı olmayaraq işin yerinə yetirilməsi üçün yeri gələndə təhlükəsizliyini, sağlamlığını, həyatını risk altına ataraq əmək funksiyalarını şərəflə yerinə yetirmişdir. “Cavabdeh” X1 İstismar İdarəsində, 2019-cu ilin oktyabr ayında boş vakant yerlərinin gizlədilməsi üçün yenidən bölgü aparıldı. Bölgüdə 655 nəfərlik abunəçisi olan 3 ildirki həmin əraziyə qaz çəkiləndən qurtarana kimi xidməti müqavilə əsasında çalışan Qüdrət Niftəliyevin ərazisi olan Məmmədabad, Əliabad, Genişkənd kəndləri nəzarət etmək (çek) üçün, hər hansı bir xidməti maşın və ya taksi xidməti ayırmadan, yaşadığı və işlədiyi ərazidən 28-30 kilometr uzaqlıqda olan ərazilər rəhbərlik tərəfindən ayda 1-2 dəfə yoxlama şərtilə ona həvalə edildi. Qeyd olunan ərazilərə 3 ildir qaz çəkilib. Qaz çəkilib sayğac quraşdırılandan sonrakı 3 ildə Qüdrət Niftəliyev və müxtəlif illərdə xidməti müqvilə ilə çalışan digər əməkdaşlar tərəfindən kəndlərdə bildirişlərin paylanması, sayğacların oxunması, sayğac problemləri, aktlaşdırma, abonentlərin ödənişə cəlb olunması işlərini icra edirdilər. Təyin olunduğu zamandan etibarən öz hesabına ayda 4-5 dəfə gedərək təlimatlandırıcı məlumatlar, bildirişlərin verilməsi, paylanması, sayğacların oxunması üzrə işçilərə tapşırıqlar verərək dəfələrlə dəstək olmuş, eyni zamanda hər ay müdaxilə olunmuş sayğacları taparaq rəhbərliyə məlumat vermişdir. “Cavabdeh” X1 İstismar İdarəsinin hər bir işçisi kimi o da hər ay əmək müqaviləsinin şərtlərinə zidd olaraq (Əmək müqaviləsində belə bir öhdəlik, vəzifə müəyyən olunmayıb) rəhbərliyin ciddi tapşırığı ilə iş saatından artıq gecə-gündüz, istisoyuq bilmədən, hər hansı bir şirkət tərəfindən əməyin təhlükəsizliyi normaları əməl edilmədən, pandemiya dövründə həyatını, ailəsini risk altına alaraq maska, spirt və sair verilmədən çalışıb hər ay yığımda 4-5-ci yerlərdə olmuşdur. 2020-ci ilin iyul ayında əraziyə baxan Qüdrət Niftalıyev işdən azad edildikdən sonra, əraziyə nəzarəti gücləndirərək yoxlama, araşdırma edib bir neçə problemləri taparaq rəhbərliyə yerindəcə məlumat vermişdir. Məruzə edildikdən sonra rəhbərlik təşəkkürünü bildirərək Metrologiya şöbəsinə prosesə uyğun addımlar atmasını tapşırdı. Lakin buna baxmayaraq xx.xx.2020-ci il tarixdə rəhbərlik bu hadisəni tam əksini bildirərək, onu görmədiyi işlərlə suçlayaraq, yuxarı ofisə qərəzli məlumat verdi. xx.xx.2020-ci ildə onu “Cavabdeh” X1 İstismar X4 dəvət etdilər. Burada keçirilən iclasda: töhmət aldığını, əmək və icra intizamını pozduğunu istehlakçılardan borcları vaxtında yığmadığını, sayğaclara müdaxilə, göstəricilərin silinməsi və həvalə olunmuş ərazidə sayğaclara nəzarət etmədiyini bildirərək işin araşdırılıb qərar veriləcəyini qeyd etdilər. O, verilən töhmətlərdən məlumatı olmadığını və sadalanan hadisələrin tam əksinin olduğunu, sözü gedən ərazinin ona yeni təhvil verildiyini bildirərək qeyd etmişdir ki, hər ay iş saatından artıq işləyərək, isti-soyuq bilmədən, idarə tərəfindən xidməti maşın verilmədən, soyuqda, 40 dərəcədən yuxarı olan istidə çox vaxt şəxsi maşını ilə və ya piyada hər küçə, hər evə gedərək işini gördüyünü, hər ay yığımda 4-5-ci yerlərdə olduğunu, həvalə olunmuş ərazisinə nəzarəti tam etdiyini bildirmişdir. Silinmə olunmuş sayğaclar isə onun yaşadığı evdən 25-29 kilometr uzaqlıqda, Saatlı rayonunun Məmmədabad, Əliabad, Genişkənd kəndlərində yerləşir. Bunlara görə Qüdrət Niftalıyev adlı digər bir işçi, xx.xx.2020-ci tarixdə həmin səbəblərlə işdən azad edilb. Bu sahələr işdən çıxarılmış Qüdrət Niftalıyevə həvalə olunmuş sahələr olub, sonradan ona həvalə olunmuş, bu sahələrdə qaz sayğaclarına müdaxiləni məhz o aşkar edərək, yazılı şəkildə dəftərxanaya məlumat vermişdir. Bu məlumatları eyni zamanda İxtiyar Abıyevə (“Cavabdeh* X1 İstismar İdarəsinin rəis müavini) şifahi olaraq bildirmişdir. Ona bildirdilər ki, son 6 ayda töhmət də almışdır, lakin onun ümumiyyətlə töhmət almağından xəbəri belə olmayıb. Əmək Məcəlləsinin tələblərinə əsasən isə töhmət verilməzdən əvvəl ondan izahat alınmalı və o bu barədə olan əmrlə tanış edilməli idi. Cavabdeh müəssisə olan “Cavabdeh” X1 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 37-K saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasə ləğv edilib. Cavabdeh” X1 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 37-K saylı Əmri o əsasdan da qanunsuzdur ki, bu Əmrdə onun hansı hallara görə işdən azad olunmağı göstərilməyib, işdən azad olunmağı əsaslandırılmayıb, konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirməməyi əsaslandırılmayıb, ümumi sözlərdən istifadə edilməklə yalnız qərar hissəsindən ibarətdir. Halbuki əmək müqaviləsinin ləğvi barədə əmr müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Eyni zamanda, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X6 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əmək müqaviləsində olmasa da və əmək funksiyalarına aid olmasa da “Cavabdeh” X1 İstismar İdarəsinin rəhbərliyi onları əhalidən sayğacların pulunu yığmağı tapşırırdı. Qeyd olunan faktı məhkəməyə təqdim etdiyi qrup daxili “Vatsap” yazışmaları da təsdiq edir. Eyni zamanda məhkəməyə təqdim etdiyi Forma 2 sənədləri də təsdiq edir ki, abonentlərdən sayğaclara görə pul yığılmasında onun fəaliyyət göstərdiyi sahənin yığımı daha yaxşı olmuşdur. Ona verilməyən, lakin şifahi olaraq deyilən töhmət əmrləri və əmək müqaviləsinin ləğvi məhz abonentlərdən pul yığılmasında olan ləngimələr olmuşdur. Onunla cavabdeh "Cavabdeh " X1 İstismar İdarəsi arasında Əmək müqaviləsi bağlanmışdır. Lakin həmin Əmək müqaviləsində əhalidən pul yığmaq kimi vəzifəsi və ya əmək funksiyası yoxdur və öz üzərinə belə bir öhdəlik götürməmişdir. Göstərilən əsaslardan da “Cavabdeh" X1 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 37-K saylı Əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh “Cavabdeh” X1 İstismar İdarəsinin rəis müavini X28 X31 ünvanladığı xx xxxx 2020-ci il tarixli “Qanuna müvafiq tədbir görülməsi barəsində" təqdimatında bildirirlir ki, guya iddiaçının fəaliyyət göstərdiyi ərazidə yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacların göstəriciləri düzgün göstərilməmiş və 15 abonentin qaz sayğacına müdaxilə edilmişdir. Bu təqdimatın qanunsuz olması aşağıdakı faktlarla da təsdiq olunur; belə ki, qeyd olunan ərazi onun sahəsi deyil, mülki müqavilə əsasında işləyən Qüdrət Niftəliyevin nəzarət eldiyi ərazi olmuşdur. Bu faktı cavabdeh “Cavabdeh” X1 İstismar İdarəsinin rəis müavini X28 X31 ünvanladığı xx xxxx 2020-ci il tarixli "İşdən azad olunma barədə” təqdimatı da təsdiq edir. Bu təqdimatda da bildirilir ki, məhz qeyd olunan ərazi onun nəzarət etdiyi ərazi deyil Qüdrət Niftəİıyevin nəzarət etdiyi ərazi olmuşdur. Təqdimatda qeyd olunan ərazidə, yəni Qüdrət Niftəliyevin nəzarət etdiyi ərazidə sayğacların göstəriciləri düzgün göstərilməmiş və 15 abonentin qaz sayğacına müdaxilə edilmişdir. Məhz bu əsasdan da Qüdrət Niftəliyevin müqaviləsi ləğv edilmişdir. Lakin sonradan ona məlum olmayan səbəblərdən 1 gün sonra x xxxx 2020-ci il tarixdə qeyd olunan nöqsanlar hansısa məqsədlərdən onun üzərinə rəsmiləşdirilmişdir. Qeyd olunan qanunsuzluqlar isə: “Cavabdeh” X1 İstismar İdarəsinin rəis müavini X28 X31 ünvanladığı xx xxxx 2020-ci il tarixli “İşdən azad olunma barədə” təqdimatı da təsdiq edir. Eyni zamanda iddiaçı xx xxxx 2020-ci il tarixli Məlumatında da bildirmişdir ki, yuxarıda qeyd olunan və digər ərazilərdə abonent sayğaclarında şübhə doğuran hallar var və təcili olaraq yoxlanılmasına ehtiyac var. Bu məlumatı o “Cavabdeh” X1 İstismar İdarəsinin rəis müavini X28 X31 ünvanladığı xx xxxx 2020-ci il tarixli “İşdən azad olunma barədə” təqdimatından ən azı 7 gün əvvəl yazmışdır. O bu barədə birbaşa rəhbərinə məlumat vermiş və məlumatı “Cavabdeh” X1 İstismar idarəsinin dəftərxanasına təqdim etmişdir. Əmrdə işdən çıxarılma əsası göstərilməsə də, bunun əsas səbəbi abonentlərdən pul yığılması ilə əlaqədar olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X25 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X23 məhkəmədə iddiaya etiraz edərək, bildirmişdir ki, X36 X16 Xidmət Sahəsi üzrə rəis müavini İxtiyar Abıyev xx.xx.2020-ci il tarixli xidməti məlumatla müraciət edərək Saatlı XS-nin TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı peşə funksiyasının icrasına səhlənkar yanaşmasını bildirmiş və barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Salyan RQİİ-nin Saatlı Xidmət Sahəsi üzrə rəis müavini İxtiyar Abıyevin xx.xx.2020-ci il tarixli xidməti məlumatında qeyd olunanlarla bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Saatlı XS-nin əməkdaşları tərəfindən İddiaçı həvalə olunmuş ərazidə Saatlı rayonu Genişkənd, Əliabad, Məmmədabad kəndlərində yaşayan abonentlərin mənzillərində istismarda olan qaz sayğaclarına baxış keçirilmiş 15 ədəd qaz sayğacına müdaxilə olunması faktı, 26 abonentin mənzilində istismarda olan qaz sayğaclarının üzərində ümumilikdə 24130 m3 qeydə alınmamış qaz sərfinin olması faktı müəyyən edilmişdir. Xidməti ərazisində aşkar olunmuş nöqsanlarla bağlı İddiaçı izahat verərək Saatlı rayonu Genişkənd, Əliabad, Məmmədabad kəndlərinin rayon mərkəzindən uzaq olduğu üçün ay ərzində 4-5 dəfə həmin kəndlərə getdiyini, həmin kəndlərdə qaz sayğaclarının göstəricilərinin oxunmasının, bildirişlərinin paylanmasının, abonentlərin ödənişə cəlb edilməsi işlərinin xidməti müqavilə əsasında fəaliyyət göstərən Qüdrət Niftalıyev tərəfindən icra olunduğunu, sayğaca müdaxilə faktları, işləmə prinsipində şübhələr olan qaz sayğacları barədə Saatlı XS-nin rəhbərliyinə məlumat verdiyini qeyd etmişdir. Lakin xidməti məlumat verməsi barədə heç bir sənəd təqdim etməmişdir. Salyan RQİİ-nin Saatlı rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı peşə funksiyasının icrasına səhlənkar yanaşaraq xidməti ərazisində abonentlərin qaz sayğacına müdaxilə edərək qazdan qanunsuz istifadə etməsinə, qaz sayğacı göstəricilərinin düzgün qeydə almamaqla, qaz sayğacları üzərində qaz sərfiyyatı saxlamaqla Salyan RQİİ-si üzrə təbii qaz itkilərinin artmasına, qaz sayğaclarına və plomblara müdaxilə edilməsinə şərait yaratmış, peşə funksiyasınının tələblərini kobud şəkildə pozmuşdur. Saatlı rayonu üzrə X39 və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı “Peşə təiimatı”nın 2.4-cü bəndinə əsasən bütün əhali və qeyri- əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılması və reyestr formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsi; Həmin təlimatın 2.5-ci bəndinə əsasən bildirişlərin vaxtlı-vaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılması; Həmin təlimatın 2.6-cı bəndinə əsasən məişətdə, sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi; Həmin təlimatın 2.8-ci bəndinə əsasən mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi və s. işin əsas xüsusiyyətidir. Bildirmişdir ki, Salyan RQİİ-nin Saatlı rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı peşə funksiyasının icrasına səhlənkarlıqla yanaşdığı üçün Salyan RQİİ-nin xx.xx.2017-ci il tarixli əmri ilə “töhmət”, xx.xx.2017-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, xx.xx.2018-ci il tarixli əmri ilə “töhmət”, xx.xx.2018-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmri ilə “aylıq əmək haqqının ¼ məbləğində cərimə, xx.xx.2020-ci il tarixli əmri ilə “töhmət”, xx.xx.2020-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri ilə cəzalandırılmışdır. Lakin İddiaçı verilən intizam tənbehlərindən nəticə çıxarmayaraq işində dönüş yaratmamış, peşə funksiyasının icrasına səhlənkar yanaşaraq xidməti ərazisində istismarda olan qaz sayğaclarının sərfiyyat göstəricilərini düzgün qeydə almayaraq 26 abonentin qaz sayğacı üzərində ümumilikdə 24130 m3 qaz sərfi saxlayaraq Salyan RQİİ-si üzrə süni şəkildə qaz itkiləri yaratmışdır. Bundan əlavə o xidməti ərazisində qaz sayğaclarının sazlığına nəzarət etməmiş, sayğaclara və plomblara müdaxilə hallarını aşkar etməmiş və bu barədə rəhbərliyə məlumat verməmişdir. Bu səbəbdən də Salyan RQİİ-nin Saatlı rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün idarənin Həmkarlar Təşkilatına müraciət edilmişdir. Salyan RQİİ-nin Həmkarlar Təşkilatı xx.xx.2020-ci il tarixli 01İR/14-1179 saylı məktubla Salyan RQİİ-nin Saatlı rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Salyan RQİİ-nin xx xxxx 2020-ci il tarixli 37-K saylı əmri ilə Salyan RQİİ-nin Saatlı rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmiş, Salyan RQİİ-nin xx xxxx 2020-ci il tarixli 37-K saylı əmrinin surəti və əmək kitabçası İddiaçı təqdim olunmuşdur. İddiaçı Salyan RQİİ-nin xx xxxx 2020ci il tarixli 37-K saylı əmri ilə tanış olmaqdan və əmək kitabçasını götürməkdən imtina etmişdir. Bu barədə Salyan RQİİ-nin nümayəndələri tərəfindən akt tərtib edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Salyan RQİİ-nin xx xxxx 2020-ci il tarixli 37-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuni olaraq xitam verilmişdir. Cavabdehin nümayəndəsi qeyd edilən hallara əsaslanaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2015-ci il tarixli 84n nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” İB-nin Salyan X29 İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilir. xx.xx.2018-ci il tarixli 92/k nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” X1 istismarı İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Salyan X29 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş Saatlı rayonu üzrə X39 və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin Peşə Təlimatına əsasən, həmin peşənin xüsusiyyətlərinə xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə’nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsinin işlədiyi xidmət sahəsinə təqdim edilməsi, bağlanmış müqavilələr əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət edilməsi, bütün əhali və qeyri-əhali abonentlərin sifarişləri əsasında növbədənkənar texniki xidmətin keçirilməsi, qaz sızması ilə əlaqədar sifarişlərin dərhai yerinə yetirilməsi, aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə çağırış vərəqələrində qeydlərin aparılması; qaz sızması aşkar edildikdə qaz cihazları və digər avadanlıqlarda təmin-bərpa işlərinin aparılması. Sızmanın qarşısının alınması mümkün olmadıqda və ya ehtiyat hissələri olmadıqda plomb və tıhac vurulmaqla qaz verilməsinin dayandırılması, akt tərtib edilməklə abonentə xəbərdarlıq edilməsi və qaz istismarı sahəsinə rəsmi məlumat verilməsi; bütün əhali və qeyri-əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılması və reyestr formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsi; idarənin rəsmi razılığı olmadan bütün əhali və qeyri-əhali abonentləri tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yem qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə; binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə və otaqlara ayrılan qaz xətlərinə vizual baxışın keçirilməsi, bağlayıcı qurğuların, qaynaq və yivli birləşmələrin müvafiq qaydada yoxlanılması, aşkar olunan nasazlıq və ya qaz sızmasını ləğv etdikdə, mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara 'müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda, təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına rast gələn zaman qaz verilməsini dayandırdıqda xidmət rəisinə və ya xidmət ustasında rəsmi məlumatın təqdim edilməsi; yeraltı və yerüstü qaz kəmərlərinə, onların üzərində olan qurğulara təsdiq olunmuş qrafik və marşrut kartlarına əsasən xüsusi cihazlardan (qazoanalizalorlardan) istifadə etməklə qaz sızmalarının aşkar edilməsi məqsədi ilə "Xarici qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin təşkili barədə təlimat’-a uyğun dövri baxışın keçirilməsi aiddir. İş materiallarında olan sifarişçi “Cavabdeh” X2 istismarı idarəsi və icraçı X8 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Xidmət müqaviləsinə əsasən bu Müqavilənin predmetini, İcraçı tərəfindən müqavilənin 3.2.1-ci maddəsində qeyd olunmuş nəzarətçiçilingər xidmətinin göstərilməsi (bundan sonra “xidmətlər”), Sifarişçi tərəfindən isə 2.2-ci bəndə qeyd olunan xidmət haqqının ikitərəfli akt əsasında ödənilməsi ilə bağlı Tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilə xx.xx.2018-ci il tarixədək qüvvədədir. İş materiallarında olan ARDNŞ-nin “Cavabdeh” X2 İstismarı İdarəsinin rəisi X26 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 41 nömrəli Əmək Müqaviləsindən görünür ki, işçi İddiaçı “Cavabdeh” İB-nin Salyan X29 İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilir. Müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədədir. İş materiallarında olan İddiaçı Salyan RQİİ-nin rəisi İxtiyar Abıyevə ünvanladığı Məlumata əsasən xidməti məlumat kimi yazıb bildirmişdir ki, Saatlı rayon M.Müşfiq, Məmmədabad, Əliabad, Genişkənd kəndində 1006 abonentə xidmət göstərir və xidməti göstəriyi ərazidə şübhə doğuran əksər sayğaclar göstəricilər sıfır olması şübhə doğurur və onların yoxlanılması üçün köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan “tədbir görülməsi barədə” xx.xx.2020-ci il tarixli məktuba əsasən Salyan RQİİ-nin rəis müavini X32 X30 İdarəsinin X31 müraciət edərək Saatlı xidməti sahəsinin X39 və Satış Xidmətinin rəisi Mirdaşqın Ağayevin xx.xx.2020-ci il tarixdə verdiyi xidməti məlumata əsasən X39 və Satışi Xidmətinin nəzarətçi çilingəri İddiaçı təbii qazdan istifadə edən borclu abonentlərin ödənişə cəlb edilməsi tapşırığı verilməsinə baxmayaraq abonentlərin ödənişə cəlb etdirilməsində zəif işləmiş və bunun nəticəsi olaraq yığım faizləri aşağı düşmüş debitor borc yığılmamışdır. Odur ki, həmin nəzarətçi çilingər barəsində qanuna müvafiq qaydada tədbir görülməsinə münasibət bildirməyini xahiş etmişdir. İş materiallarında olan “Münasibət bildirilməsi barədə” xx.xx.2020-ci il tarixli məktuba əsasən “Cavabdeh” İB-nin Hüquq şöbəsinin rəisi X3 X30 İdarəsinin X31 müraciət edərək, Salyan RQİİ-nin Saatlı XS-nin TQQ və SX-nın qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən “töhmət” intizam tənbehi verilməsini qanunamüvafiq hesab edir və qeyd olunanlara münasibət bildirməyini xahiş edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İntizam tənbehinin tətbiq olunması barədə Əmrin surətinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə Salyan RQİİ-nin Saatlı rayonu üzrə X39 və satışı xidmətinin qaz avadanlıqlarının istismar və təmin üzrə çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində, nəzərdə tutulan intizam tənbehi töhmət verilmiş; Əmrdə adı göstərilən işçinin əmrlə tanış edilməsi və tələb etdikdə əmrin bir nüsxəsinin verilməsi icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən Salyan RQİİ-nin xx.xx.2020ci il tarixli 68Ü saylı əmri ilə Saatlı XS-də TQQ və SX-nın QAİT üzrə çilingəri İddiaçı əmrlə tanış oldu lakin qeyd olan əmri imza etməkdən imtina etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İntizam tənbehi verilməsinə münasibət verilməsi barədə məktuba əsasən “Cavabdeh” İB-nin Hüquq şöbəsinin rəisi X3 X30 İdarəsinin X31 müraciət edərək Saatlı rayonu üzrə X39 və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri X19 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən “töhmət” intizam tənbehi verilməsini qanunauyğun hesab edirəm və qeyd olunanlara münasibət bildirməyini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmrə əsasən Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiklərinə görə Salyan RQİİ-nin Saatlı rayonu üzrə X39 və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərindən X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi "töhmət” verilsin; İddiaçı, X27 və X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmiş, əmrdə adı göstərilən işçilərin əmrlə tanış edilməsi və tələb etdikdə əmrin bir nüsxəsinin verilməsi İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən Salyan RQİİ-nin xx.xx.2020cı il tarixli 86Ü saylı əmri ilə Saatlı XS-də TQQ və SX-nın QAİT üzrə çilingərləri X18 və İddiaçı intizam tənbehi verilmişdir. Həmin əmrə Saatlı XS-də TQQ və SX-nın QAİT üzrə çilingərləri X18 və İddiaçı tanış oldular lakin qeyd olan əmri imza etməkdən imtina etdilər. İş materiallarında olan X36 X9 Təşkilatının idarə heyətinin xx xxxx 2020-ci il tarixli 2 nömrəli Protokoluna əsasən Salyan RQİİ-nin Salyan RQİİ-nin Saatlı rayonu üzrə X39 və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Saatlı XS-nin çilingəri İddiaçı ərazisində olan sərfiyyatı götürülməmiş abonentlərin siyahısına əsasən 26 abonent üzrə cəmi 24130 m3 sərfiyyat götürülməmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin əmrinin surətindən görünür ki, “Cavabdeh” İB-nin Salyan X29 İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər İddiaçı ilə xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 84n nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” İB-nin Salyan X29 İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli 92/k nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” X1 istismarı İdarəsinin Saatlı rayonu üzrə X39 və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir. İddiaçı peşə funksiyalarının icrasında səhlənkarlıqla yanaşaraq xidməti ərazisində abonentlərin təbii qazdan istifadəyə görə yaranmış borcların ödənilməsini təmin etməmiş, borclu abonentlərin mənzillərinin qaz təminatını dayandırmamış, Salyan RQİİ-si üzrə debitor borcun artmasına şərait yaratmışdır. Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə İddiaçı xx.xx.2020-ci il tarixdə töhmət, xx.xx.2020-ci il tarixdə şiddətli töhmət intizam tənbehi verilmişdir. İddiaçı ilə “Cavabdeh” İstehsalat Birliyi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, eyni zamanda, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmas aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini, sonuncu dəfə xx.xx.2020-ci il tarixində “töhmət”, xx.xx.2020-ci il tarixində isə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, məhkəmə belə qənaət gəlir ki, işəgötürən “Cavabdeh” İstehsalat Birliyi tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi “İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir. İddiaçı Babayev X5, Genişkənd, Əliabad kəndlərinin rəsmi olaraq onun xidməti ərazisinə daxil edilmədiyini, onun barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən daha əvvəl tətbiq edilmiş intizam tənbehi tədbirlərindən məlumatsız olduğunu bildirsə də, iddiaçının mülki iş materiallarında olan yazılı izahatları, intizam tənbehi tətbirlərinin tətbiq edilməsi ilə bağlı sənədləri bunun tam əksini təsdiq edir. Belə ki, tərəflərin izahatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının xidmət etdiyi sahələrə Məmmədabad kəndi, Genişkənd, Əliabad kəndi əlavə edilmiş, iddiaçı həmin sahələrdə müəyyən edilmiş nöqsanlarla bağlı məlumatlandırılmış, həmin hallarla bağlı işəgötürənə izahatlar vermişdir. İddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal “Cavabdeh” İstehsalat Birliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Məhkəmə iddiaçının “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 37-K nömrəli əmrin, forma və məzmun baxımından, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyi ilə bağlı dəlilini qiymətləndirərək, qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Həmin Məcəllənin 84cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər aşağıdakı məlumatlar göstərilir: Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Mülki iş materiallarında olan “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” “Cavabdeh” İstehsalat Birliyinin 37/K, xx.xx.2020-ci il tarixli Əmrinin təsdiq edilmiş surətindən görünür ki, əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsində göstərilən məlumatlar qeyd edilməklə sadə formada tərtib edilmiş, işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir Məhkəmə iddiaya məcburi işburaxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair tələbi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində müəyyən edilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı olan işçi İddiaçı əmək vəzifələrinin yerinə yetirmədiyinə görə dəfələrdə intizam məsuliyyətinə cəlb edildyi, işəgötürən “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əmək müqaviləsinin ləğvi ilə bağlı qanunvericiliyin müddəalarına əməl edildiyi, işəgötürən tərəfindən tətbiq edilmiş əmək müqavilənin ləğvi formasında intizam tənbehinin tətbiqi üçün kifayət gədər hüquqi əsası olduğu məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, məcburi işburaxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın ödənilmməsinə dair iddia tələbinin təmin edilməsi üçün əsas mövcud deyil. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğudan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdeh “Cavabdeh” X1 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 37-K Əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində pulun tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4317/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4317/2020
06.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver