Məhkəmə qərarları › İş №2(011)-4330/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4330/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4330/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının maraqlı şəxs qismində cəlb etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin “Sosmədəntikinti” 11 nömrəli Trestin Tikinti sahəsi 15-də 2-ci dərəcəli usta peşəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, əmək kitabçasına möhür vurulmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, habelə iştirak etməmələrinin səbıbləri barədə məhkəməyə məlumat verməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci ildən Bakı Baş Tikinti İdarəsinin “Sosmədəntikinti” 11 nömrəli Trestin Tikinti sahəsi -15-də 2-ci dərəcəli usta kimi işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixində 3-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində elektrik qaynaqçısının 4-cü dərəcəsi verilmiş, xx.xx.1987-ci ildə işçilərin yenidən taarifləşdirilməsi haqqında protokola əsasən elektrik qaynaqçısının 4-cü dərəcəsi saxlanılmış, xx.xx.1993-cü ildə işçilərin yenidən taarifləşdirilməsi haqqında protokola əsasən elektrik qaynaqçısının beçinci dərəcəsi verilmiş, xx.xx.2002-ci ildə isə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən öz xahişi ilə azad edilmişdir. Hazırda ərzəçi Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin “Sosmədəntikinti” 11 nömrəli Trestin Tikinti sahəsi 15-də 2-ci dərəcəli usta peşəsində işləməsi faktının müəyyən olunmasını xahiş edir. Ərizəsini isə onunla əsaslandırır ki, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əmək kitabçasında onun əmək pensiyasını hesablayarkən onun ildən Bakı Baş Tikinti İdarəsinin “Sosmədəntikinti” 11 nömrəli Trestin Tikinti sahəsi -15-də 2-ci dərəcəli usta peşəsində işlədiyinin qeyd edilməmişdir. Halbuki, ərizəçiyə məxsus əmək kitabçası ilə onun Bakı Baş Tikinti İdarəsinin “Sosmədəntikinti” 11 nömrəli Trestin Tikinti sahəsi -15-də 2-ci dərəcəli usta peşəsinə işə qəbul olunması təsdiq edildiyindən, həmin faktın yenidən məhkəmə tərəfindən müəyyən edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və ərizəçiyə maraqlı şəxsin hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar