Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4334/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mənzilə köçürmə barəsində verilən məhkəmə qətnaməsinin icrası mümkün olmadığından tələbkara məhkəmə qətnaməsi verilənə qədər qanunda nəzərdə tutulan qaydada yaşadığı ərazidə 2 illik kirayə pulunun ödənilməsi yaxud tələbkara 2 illik kirayə pulu ödənilməklə kirayə mənzillə təmin etməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-556/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi; əks təqdirdə iddiaçının qardaşına məxsus qanunsuz olaraq mübahisə predmetinə çevrilmiş mənzilin qanuna müvafiq surətdə satılması və həmin mənzildə tələbkar da daxil olmaqla yaşamaq hüququ olan 15+1 nəfərin arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı: 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.
14. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
17. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Mülki iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdehə qarşı heç bir tələbi yoxdur. Lakin məhkəməyə iddia ərizəsinin geri qaytarılması barədə yazılı müraciət etməkdən imtina etmişdir. Növbəti hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir.
6. Məhkəmə iddiaçının hərəkətlərinə hüquqi qiymət verərək, o cümlədən cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı digər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova