Məhkəmə qərarları › İş №2(011)-4340/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4340/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4340/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, onun xx.xx.1973-cü il tarixdə Ermənistanın Ararat rayonunun Yengicə kəndində doğulduğunun qeyd edildiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, xx.xx.1973-cü il tarixdə Ermənistanın Ararat rayonunun Yengicə kəndində anadan olmuşdur. Ərizəçi anadan olarkən Ermənistanda valideynləri, atası X6 və anası X2 onun üçün doğum haqqında şəhadətnamə almışdır.1988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçdü. Hal-hazırda Ərizəçi Ermənistanın Ararat rayonunun Yengicə kəndindən məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşaraq öz ailəsi ilə birlikdə yaşayır. 1988-ci ildə yaşadıqları yurdlrda çıxarkən sənədlərini evlərindən götürə bilməmişdirlər. Ərizəçi məlum səbəblərə görə doğum haqqında şəhadətnamənin sürətini ala bilmir. Ərizəçi təkrar doğum haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Xətai Rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin sənədin ərizəçiyə təqdim edilməsindən imtina edilmişdir. Ərizəçinin atası X6 29.01.2021-ci il tarixdə mərhum anası X2 isə 10.04.2003-cü ildə vəfat etmişdir. Ərizəçi mərhum atasından qalmış miras əmlakı qəbul etmək istəyir, lakin doğum haqqında şəhadətnamə olmadığından bunu edə bilmir. Ərizəçi məhkəmə iclasında məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 20.04.2021-ci il tarixli, 05/15-1271 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistanın Ararat rayonunun Yengicə kəndində doğulub və doğum faktı orada qeydə alınıb. Doğum Ermənistanda qeydiyyat alındığından doğum haqqında şəhadətnamənin şöbə tərəfindən verilməsi mümkün deyildir. İş materiallarında olan AZ-İ seriyalı, 566652 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 10.04.2003-cü il tarixində kəskin ürək damar çatışmamazlığından ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 53788 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 29.01.2021-ci il tarixində ölmüşdür. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixində, Ermənistanın, Ararat rayonunun, Yengicə kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisi qızıdır. Onlar Ermənistanın, Ararat rayonun, Yengicə kəndində yaşayırdılar. Ərizəçi 1973-cü ildə anadan olmuşdur. Ərizəçi atası Əhməddir, anası isə Qasımova Zöhrədır. Onlar 1988-ci ildə Bakıya köçmüşdülər. Köçən zaman Sevdanın və özünün sənədi itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçi onun bibisi qızıdır. Ərizəçi xx.xx.1973-cü ildə Ararat rayonunun Yengicə kəndində doğulmuşdur. Ərizəçinin anası Qasımova Zöhrə, anası isə X5r. Ərizəçi 1988-ci ildə Ermənistan rayonundan köçdüyü zaman sənədləri itmişdir. Beləliklə, ərizəçinin izahatı və işin digər materialları ilə Ərizəçi xx.xx.1973-cü il tarixində Ermənistanın Ararat rayonun, Yengicə kəndində anadan olduğu tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistanın Ararat rayonunun Yengicə kəndində anadan olduğuna dair doğumun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar