Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4346/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması tələbinə dair” mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayonu, S.Vurğun küçəsi, 69 ünvanında yerləşən 78,2 kv/m qeyri-yaşayış sahəsinə görə ödədiyi 50301,22 manat pulun 25%-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, qalan 75%-nin isə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə"nin 2.0.2-ci və 3.0.13-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzi tərəfindən Bakı Şəhər İcra hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsrrüfatı Birliyinin 6 mərtəbəli binasının bir hissəsinin 78,2 kv/m alınması üçün 17.04.2018-ci il tarixdə keçirilən auksionda iştirak edərək qeyd edilən ünvanı hərrac yolu ilə almışdır. Hərracın keçirilməsi barədə məlumatı o vaxtkı əmlak komitəsinin internet saytından əldə etmişdir. 02.04.2018-ci il tarixdə hərracda iştiak etmək üçün 5000 AZN pul daxil etmişdir. 18.04.2018-ci il tarixdə obyektə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 17.04.2018-ci il tarixdə keçirilən hərracda 14/02 saylı protokola əsasən ünvan 1 ünvanında yerləşən 78,2 kv/m qeyri-yaşayış sahəsini dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Resyestri tərəfindən 06.07.2018-ci il tarixdə ********* qeydiyyat nömrə ilə qeyd edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli kitabının 20295 nömrəli vərəqində qeydiyyata alınmaqla seriya № ******* Çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən 78,2 kv/m qeyriyaşayış sahəsinə görə 45.000 AZN və 265,22 AZN, 36 AZN bank köçürmə faizi isə çıxarış və texniki pasport üçün ümumilikdə 50301,22 AZN ödəniş etmişdir. “xxxx” MMC cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsi və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsitərllndən İddiaçı adına verilmiş ******* saylı, 06.07.2018-ci il tarixli çıxarışın və eyni tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunun və göstərilən sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 3 il davam edən məhkəmə çəkişməsindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(102)-1939/2021 saylı qərarı ilə onun adına verilmiş çıxarış və eyni tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunun və göstərilən sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin etibarsız hesab edilmişdir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödədiyi pulun qaytarılması ilə bağlı müraciət etmiş, lakin 21.04.2021-ci il tarixdə **********8 saylı cavab məktubunda göstərilmişdir ki, qeyri- yaşayış sahəsinin özəlləşdirilməsi ləğv edilsə də, həmin əmlaka görə dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması qərara alınmamışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, tələb əsaslı olmadığından rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddədən də aydın görünür ki, söhbət tərəflərdən gedir ki, burada da tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin iddia ərizəsinə təkcə müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X2 iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli, 2(102)-1939/2021 saylı qərarının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7369/2018 saylı, 22.11.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 17.04.2018-ci il tarixli 14/01 saylı hərrac protokolu və hərracın nəticələrinin, o cümlədən qeyriyaşayış sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş 06.07.2018-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2019 saylı, 25.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7369/2018 saylı, 22.11.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7899/2019 saylı, 24.12.2019-cu il tarixli qərarı ilə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-5262/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3488/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(011)- 7369/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Nəsimi rayonu, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə Bakı şəhər İcra Hakimiyyəti başçısının 06 mart 2018-ci il tarixli sərəncamı ilə “xxxx” MMC-yə icazə verilmiş və həmin sərəncama əsasən MMC tərəfindən söküntü işlərinə başlanmışdır. Buna baxmayaraq Səməd Vurğun küçəsi 69-da yerləşən binanın zirzəmisinin bir hissəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılaraq 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Müəyyən olunmuşdur ki, həmin mübahisəli qeyri-yaşayış sahəsi zirzəmi olmaqla əvvəllər heç zaman qeyri-yaşayış sahəsi kimi istifadə olunmamış və qeydiyyatda olmamışdır. Cavabdehin özünün izahatı əsasında məlum olmuşdur ki, zirzəmi ona satılarkən bir tərəfi sökülmüş vəziyyətdə olmuş və onun tərəfindən bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilmişdir. Göstərilən vəziyyətdə zirzəminin qeyri-yaşayış sahəsi kimi hərracda cavabdeh İddiaçı satılmasını qanunsuz sayan apellyasiya instansiyası məhkəməsi hərracın nəticələrinin etibarsız sayılmasını qanuni və əsaslı saymışdır. Həmin qərardan Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı 21.04.2021-ci il tarixli, **********18 saylı məktubundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı ilə ləğv edildiyindən, həmin əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödədiyi 50301,22 manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair iddiaçının müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncam ləğv edilsə də, qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş pul vəsaitinin ona qaytarılması məhkəmə qərarında qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olması bildirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edllmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumlann ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalardaxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmiakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinln ödənilməsl məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövİət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsində müəyyən ediimişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsini (zirzəmini) İddiaçı satılmışdır. Qanuni qüvvəyə minmiş nəhkəmə aktları ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 17.04.2018-ci il tarixli 14/01 saylı hərrac protokolu və hərracın nəticələri, o cümlədən qeyri-yaşayış sahəsinin alqısatqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun adına verilmiş 06.07.2018-ci il tarixli Dövlət Reyestrindən Çıxarış ləğv olunmuşdur. Qeyd edilməlidir ki, iş üzrə İddiaçı iiə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş 18.04.2018-ci il tarixli alqı-satqı müqavifəsinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin təiəblərinə əsasən həmin əqddən əldə olunən vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respubiikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxsiər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respubiikasının səlahiyyətlərini onun hüquqi şəxsiər olmayan orqanları həyata keçirirlər. Bu baxımdan konkret əqd üzrə hüquq münasibətlərində dövlətin səlahiyyətlərini hansı orqanının həyata keçirilməsindən asılı oimayaraq, etibarsız əqd üzrə dövlət büdcəsinə ödənilmiş vəsait həmin pulu ödəmiş şəxsə qaytarılmalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlərə restitusiyanın tətbiqi tərəflərin hər hansı təqsirli hərəkətərinin olub-olmamasından asılı edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsini (zirzəmini) İddiaçı satılmasına dair 17.04.2018-ci il tarixli 14/01 saylı hərrac protokolu və hərracın nəticələri, o cümlədən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunması işin araşdırılmış halları ilə təsdiq olunduğundan iddia tələbi ödənilmiş pul məbləğinin qaytarılması hissəsində təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 50.000 manat məbləğində pulun 25 %-i cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş 301,22 manat pulun tutulması hissəsində münasibətdə qeyd edir ki, çəkilmiş xərclərlə bağlı həmin pul məbləği dövlət büdcəsinə ödənildiyindən, həmin məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 50.000 (əlli min) manatın 25 %-i, yəni, 12500 (on iki min beş yüz) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni, 37500 (otuz yeddi min beş yüz) manatı və 301,22 (üç yüz bir manat 22 qəpik) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılsın. Cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4346/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4346/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver