Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4353/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aralarında bağlanmış müqavilənin 3-cü bəndinin 3.1 və 3.2 maddələrinə uyğun olaraq 2019-2023, 2024-2025-ci illər və əvvəlki məhkəmə qətnaməsindən 300 manat, Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1197 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini azaldaraq məhkəmədən Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 2021-ci il üçün 69 manat, 2022-ci il üçün 276 manat, 2023-cü il üçün 276 manat, 2024-cü il üçün 272,29 manat, ümumilikdə 893,29 manat tutulmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər “Sərhədçi-2015" MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci ildə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu gününə qədər mülkiyyətçilərə mənzil-kommunal xidməti göstərməkdədir. Bir çox sakinlər və mülkiyyətçilər dəfələrlə şifahi, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək bu günə qədər mənzil-kommunal xidməti haqqını ödəməkdən yayınırlar ki, bu da son nəticədə müəssisənin fəaliyyətinə çox mənfi təsir göstərir. Mülkiyyətçi Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçisi olduğu, ünvan 1 ünvanında yerləşən mənzilin mənzil-kommunal xidməti barədə müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 3-cü bölmünün 3.1 bəndində göstərildiyi kimi, 2.1 maddəsində nəzərdə tutulmuş öhdəliklərin xidməti müəssisəsi tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-i tarixindən gec olmayaraq 23 manat məbləğində icraçı müəssisəyə nəğd və ya köçürmə yolu ilə ödəməli idi. Lakin, mülkiyyətçi Orucov qardaşları müqavilənin 2.2 və 2.3 maddələrinə əməl etməyərək mənzil-kommunal xidməti ödəməmişdir. Beləki, 2021-ci ildə 69 manat, 2022-ci ildə 276 manat, 2023-cü ildə 276 manat, 2024-cü ildə 276 manat, ümumilikdə 897 manat mülkiyyətçisi olduğu bina 99 , mərtəbə 4, mənzil 6 ünvanında kommunal borcu mövcuddur. Bağlanmış müqavilənin 3-cü bölmünün 3.1 bəndində göstərildiyi kimi, 2.1 maddəsində nəzərdə tutulmuş öhdəliklərin İddiaçı MMC tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-i tarixindən gec olmayaraq 23.00 manat məbləği icraçı İddiaçı MMC -yə nəğd və ya köçürmə yolu ilə ödəmə öhdəliyi götürmüşdür. xx.xx.2022-ci ildə Xətai rayon Məhkəməsi İddiaçı MMC xeyrinə 1192 manat pulu xx.xx.2022-ci ildə Xətai rayon Məhkəməsi bizim iddiamıza baxaraq İddiaçı MMC-ni xeyrinə 1192 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq 1192 manat pulun müəssisənin xeyrinə qətnamə çıxarmışdır. Lakin həmin məbləğin 300 manatı bu günə qədər ödənilməmiş qalır. Cavabdehlərin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı MTK ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində bağlanmış “Mənzilkommunal xidməti haqqında” müqaviləyə əsasən Cavabdeh1 tapşırığı ilə İddiaçı MTK öz üzərinə ev 99, M4, m6 yaşayış kompleksində yerləşən sahədən və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil (sahə) – kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılaması, abad saxlanması və mühafizə öhdəliyini götürür. İddiaçı MTK-nın götürdüyü öhdəliklərin layiqli yerinə yetirilməsi müqabilində Cavabdeh1 bu Müqavilə ilə müəyyən olunan aylıq ödəniş məbləğini İddiaçı MTK-ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh1 bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin İddiaçı MTK tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-i tarixindən gec olmayaraq 30 manat məbləği İddiaçı MTK-ya ödəyir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən, Cavabdeh2 1192,00 (bir min yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 tam payla xüsusi mülkiyyətindədir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən X1. xx.xx.2025-ci il tarixli, DKM/026N15A04303125 saylı “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən ünvan 2 ünvanında yerləşən mənzil X4 tərəfindən X2. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 135.3. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinə müəyyən edilmiş qaydada vətəndaşlar köçürülənədək, yaşayış sahələrinin saxlanmasına və kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq dövlət orqanları və bələdiyyələr çəkir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair mənzil-kommunal xidməti haqqında müqavilə Cavabdeh1 ilə bağlanılmış olsa da, həmin mənzilə dair mülkiyyət hüququ 2018-ci ildən Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 99 nömrəli binada yaşayış sahəsinə malik Cavabdeh2 binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, idarəedici təşkilat olan İddiaçı MMC-yə bununla bağlı hər hansı ödəniş etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə 2021-ci ilin 3 ayı üçün 69 manat, 2022-ci il üçün 276 manat, 2023-cü il üçün 276 manat, 2024-cü il üçün 272,29 manat, ümumilikdə 893,29 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh2 kommunal xidmət haqqı üzrə 893.29 (səkkiz yüz doxsan üçün manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova