Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4370/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzilə Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzildə qeydiyyatdadır və orada yaşayır, sözügedən mənzil 2002-2017-ci illərdə mərhum həyat yoldaşı X1 xüsusi mülkiyyətində olmuş, 2017-ci ildə onun vəfatından sonra həmin mənzil vərəsəlik hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına rəsmi qeydiyyata alınmış və bu barədə 13.09.2017-ci il tarixdə çıxarış verilmişdir, hazırda mənzil onun adınadır, Cavabdeh onun mərhum həyat yoldaşının qardaşıdır, o, əvvəllər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 ünvanında formal qeydiyyatda olmuşdur, sonradan həmin mənzil satıldığından onun həmin mənzildən istifadə hüququ itirilmişdir, bu səbəbdən həyat yoldaşı 2002-ci ildə cavabdehin formal da olsa mübahisəli mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir, lakin Cavabdeh bu mənzildə ümumiyyətlə yaşamayıb, sadəcə formal qeydiyyatda olmuşdur, eşitdiyi məlumatlara görə cavabdeh Xətai rayonu, General Mehmandarov küçəsində həyat yoldaşına məxsus mənzildə ailəsi ilə birgə yaşayır, cavabdehin formal olaraq mənzildə qeydiyyada olması onun üçün bir sıra hüquqi çətinliklər törədir, onun mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsində məhdudiyyət yaradır, əlavə mənzil xərclərin yaranmasına səbəb olur, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 12.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində çıxış edən X5 bildirdi ki, cavabdeh onun dayısıdır və iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzillə heç bir əlaqəsi yoxdur, orada qeydiyyatda olsa da, faktiki yaşamamışdır və hazırda da yaşamır, hazırda onun harda yaşadığı barədə dəqiq məlumatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26.04.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, mənzil 79-da qeydiyyatda olan digər şəxslər X3, X4, Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 28.08.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, 05.02.2017-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.05.2002-ci il tarixdə X2 verilmiş 30/9633 qeydəalma nömrəsi ilə 121ÖZ nömrəli kitabın 18062-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ibarətdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzili tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, mənzilə pay hüququ 28.08.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı məxsusdur, həmin mənzil DƏDRX-də dövlət reyestrində qeydiyyatda alınmışdır, cavabdeh həmin ünvanda rəsmi qeydiyyatda olmasına baxmayaraq, orda yaşamır, mənzildən istifadə etmir və iddiaçının ailə üzvü deyildir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 58, 79 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4370/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4370/2021
12.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver