Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4437/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçunun itkin düşmüş və ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X4 xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Corlu kəndində doğulmuşdur. Ərizəçi X1 atasıdır. Səfərəli Xəqani xx.xx.2020-ci il tarixdə səfərbərlik əsasında hərbi xidmətə çağırılmış və Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması və işğal altında olan ərizilərimizin azad olunması uğrunda 44 günlük Vətən müharibəsində iştirak etmişdir.
2. X4 xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində itkin kimi kimi qeydiyyata alınmışdır.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
3. Ərizəçi X1 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi ərizəsində qeyd etmişdir ki, oğlu Xəqani Səfərəli 2020-ci ilin sentyabr ayının 29-da SHXÇDX-nin Xətai rayon idarəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağırılmış və xidmət keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda Xəqani ilə telefon əlaqə saxlayırdılar. Sonuncu dəfə oğlu ilə 04 oktyabr 2020-ci il tarixdə telefon əlaqəsi saxladıqda, bildirdi ki, təlimə aparırlar danışa bilməsə narahat olmasınlar. Sonradan oğlunun zəng etdiyi telefon nömrələri ilə əlaqə saxlasa da, bildirmişlər ki, onlar ayrılıblar, başqa-başqa yerlərdədirlər, Xəqani barəsində məlumatları yoxdur. Müharibədən bir müddət sonra “Xalqlar dostluğu” ərazisində yeləşən maşın bazarında işlədiyi sexin yaxınlığında yerləşən dükandan al-ver edən tanımadığı şəxs bildirmişdir ki, onun oğlunu seçib götürüblər. Bu günədək oğlu Xəqani barədə heç bir məlumat ala bilməmişdir.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
5. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
8. Maddə 41.2 Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
9. Maddə 41.3 Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
10. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.
12. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə X2 başlaması ilə əlaqədar olaraq X4 xx.xx.2020-ci il tarixdə səfərbərlik əsasında hərbi xidmətə çağırılmışdır. Ərizəçi oğlu ilə son dəfə xx.xx.2020-ci il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlaya bilsə də, sonradan ondan heç bir xəbər almadığını bildirmişdir
13. İş materiallarında olan Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissə üzrə itkin kimi qeydiyyata allnmışdır. Xəqani Səfərəlinin müvafiq uçotlarda Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində 530.9 yüksəklikləri arasında Suqovuşan-Yeznaqumer- Gödəkburun istiqamətində şəhid olması ehtimal edilsə də, şəhid olduğu və ya yaralandığı şəraitə dair əlavə məlumat əldə edilməmiş, fotoşəklinin bir neçə dəfə hərbi hissənin şəxsi heyətinə təqdim olunması nəticəsiz qalmışdır. xx.xx.2021-cü il tarixdə 530.9 yüksəklikliyinin sağ və sol cinahlarında aparılmış son axtarışlar da onun taleyinə aydınlıq gətirməmişdir.
14. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə şəxsin ölmüş elan edilməsi barədə müddəalardan fərqli olaraq, hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ölmüş elan edilməsi ilə bağlı xüsusi müddəa qanunvericiliyə əlavə edilmişdir. Qeyd edilən müddəadan da göründüyü kimi xəbərsiz itkin düşmüş hərbi qulluqçu hərbi əməliyyatların qurtardığı gündən azı iki il sonra məhkəmə qaydasında xəbərsiz itkin düşmüş elan oluna bilər. Məhkəmə Xəqani Səfərəlinin itkin düşməsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xəqani Səfərəli sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ailə üzvləri ilə əlaqə saxlamış, lakin sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdən isə N nömrəli hərbi hissə üzrə itkin düşmüş kimi qeydiyyata alınmışdır. Fotoşəklinin hərbi hissənin şəxsi heyətinə təqdim edilməsi, eləcə də, aparılmış axtarışlar da heç bir nəticə verməmiş və hal-hazıradək də X4 barədə heç bir yeni məlumat əldə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə həlak olmasını güman etməyə əsas verir.
15. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1991-ci il təvəllüdlü X4 ölmüş elan edilməlidir.
16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi, xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması və işğal altında olan ərizilərimizin azad olunması zamanı Tərtər ayonunun Suqovuşan qəsəbəsi ərazisində Suqovuşan-Yeznaqumer-Gödəkburun istiqamətində gedən döyüşdə itkin düşmüş, xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Corlu kəndində doğulmuş X4 xx.xx.2020-ci il tarixdə ölmüş elan edilsin. X3 ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı