Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-835/2022 15.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublı̇ kası Dövlət Təhlükəsı̇ zlı̇ yi Xı̇ dmətı̇ nin nümayəndəsi Nümayəndə Tofiq oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “hərbi əməliyyatlar zamanı hərbi qulluqçunun xəbərsiz itkin düşmüş hesab edilməsi və onun ölmüş elan edilməsi tələbi barədə” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində oğlu X4 11 iyun 1998-ci il tarixdə Şərur rayonunun Vərməziyar kəndində doğulduğunu, Heydər Əliyev adına Hərbi Liseyi N015-ci ildə bitirdiyini, N019-cu ildə Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı ixtisası üzrə bitirdiyini, Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsində N nömrəli hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsinə təyin edildiyini, N7 sentyabr N0N0-ci il tarixdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda onunla əlaqə saxladıqlarını (telefon nömrəsi-***-***-**-**), bundan sonra nə qədər zəng vursa da oğlu İbrahimə N7 sentyabr N0N0-ci il tarixdə zəg çatmadığını və onunla əlaqə saxlaya bilmədiklərini, “Whatsapp” vasitəsilə ona mesaj yazdığını, mesajın telefona daxil olduğunu göstərək iki işarənin göründüyünü, lakin oxunmadığını, 10 noyabr N0N0-ci il tarixdə döyüş əməliyyatları bitəndən sonra onunla birlikdə xidmət edən, Kamal adlı şəxs, Qurbanəli, Quliyev Elvin və Cavidan adlı şəxslərin ona N7 sentyabr N0N0-ci il tarixdə Murovdağ istiqamətində “Elşən” postunda döyüş vaxt düşmən tərəfindən pulemyot silahından açılan atəş nəticəsində və yanına minaatan mərmisi düşərək yaralandığını bildirdiklərini, oğlu İbrahimə məxsus olan əmlak (zirehli gödəkçə, pulkart, isimliklər, PM tapançası və AKM) tapıldığını və həmin əşyaların video çəkilişlərinin onda olduğunu, orduda İbrahimlə xidmət edən bütün şəxslər onun rəşadət və şücaətlə döyüşdüyünü bildirdiklərini, bu isə o deməkdir ki qətnamə çıxarılandan sonra ona şəhid statutsu adının verilməsinə nail olmaqla, Bakı və Naxçıvan şəhərində büstlərin qoyulması üçün müraciət edə biləcəyini, bunlar üçün də məhkəmədən onun barəsində qərarın qəbul edilməsinin tələb olunduğunu qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublı̇ kası Dövlət Təhlükəsı̇ zlı̇ yi Xı̇ dmətı̇ nin nümayəndəsi Nümayəndə Tofiq oğlu izahatında iddiaçının iddia tələbinə etirazının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə hər hnsı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə müvafiq olaraq məhkəmə baxışı iclasının maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 01 avqust N015-ci il tarixli 14 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X3 Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumuşdur; - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin N4 iyun N019-cu il tarixli 155 nömrəli əmrindən görünür ki, N019-cu il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş X5 NN iyun N019-cu il tarixli 0511 nömrəli əmri ilə ilkin “LEYTENANT” hərbi rütbəsi verilmiş və X1 N №-li hərbi hissənin motoatıcı bölüyünün (BMP-3) atəş dəstək taqımının komandiri vəzifəsinə təyin olunmuşdur; - N №-li hərbi hissənin N iyul N019-cu il tarixli N09 nömrəli əmrindən görünür ki, X8 N №-li hərbi hissənin 1-ci motoatıcı bölüyünün (BMP-3) atəş dəstək taqımının komandiri vəzifəsinə təyin olunmuşdur; - N №-li hərbi hissənin N dekabr N019-cu il tarixli 374 nömrəli əmrindən görünür ki, X1 N №-li hərbi hissənin 1-ci motoatıcı bölüyünün (BMP-3) atəş dəstək taqımının komandiri vəzifəsindən 3-cü motoatıcı bölüyünün (MT-LB) 3-cü motoatıcı taqımının komandiri vəzifəsin təyin olunmuşdur; - N №-li hərbi hissənin N oktyabr N0N1-ci il tarixli N nömrəli əmrindən görünür ki, X1 N №-li hərbi hissə komandirinin N8 avqust N0N1-ci il tarixli 01N nömrəli əmri ilə N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; - N №-li hərbi hissənin komandirinin N oktyabr N0N1-ci il tarixli N88 nömrəli əmri ilə N7 sentyabr N0N0-ci il tarixdən 08 noyabr N0N0-ci il tarixədək N-ci Qarabağ döyüşləri zamanı Kəlbəcər rayonunun azadlığı uğurunda itkin düşmüş X1, N nömrəli hərbi hissədən 3-cü Ordu Korpusu komandirinin xx.xx.N0N1-ci il tarixli 01N nömrəli əmri ilə N №-li hərbi hissə komandirinin sərəncamına verilmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli N515 nömrəli arayışda qeyd olunmuşdur ki, N saylı hərbi hissənin hərbi qulluqçusu X1 Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Aparılan axtarış tədbirləri nəticəsiz qalmış, N9 sentyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissənin itkinlər siyahısına daxil edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçinin 11 iyun 1998-ci il tarixdə Şərur rayonu, Vərməziyar kəndində doğulan oğlu X8 xx.xx.N0N0-ci il tarixdə Murovdağ-Kəlbəcər istiqamətində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı itkin düşmüş, aparılan axtarış tədbirləri nəticəsiz qalmış, N9 sentyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissənin itkinlər siyahısına daxil edilmişdir. X8 ölüm təhlükəsi törədən hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyündən onun harada olması barədə məlumatın olmaması və geri qayıtmaması onun həlak olmasını güman etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; - 41.N-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər; - 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; - 41.4-ci maddəsinə əsasən isə bu Məcəllənin 41.1 və 41.N-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; - 31N-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir; - 315.N-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, X4 hərbi əməliyyatların qutardığı 10 noyabr N0NN-ci il tarixdən sonra harada olması barədə iki ildən artıq bir müddətdə məlumatın olmaması, geri qayıtmaması onun hərbi əməliyyatllar zamanı həlak olmasını güman etməyə əsas verdiyindən ərizə təmin edilərək 11 iyun 1998-ci il tarixdə Şərur rayonu, Vərməziyar kəndində doğulan X8 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.N0N0-ci il tarixdə itkin düşdüyündən ölmüş elan edilməli və onun həlak olduğu güman edilən xx.xx.N0N0-ci il tarix onun ölüm günü sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.N.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - N17.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki qətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparmaq üçün əsasdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin N16-NN0-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 iyun 1998-ci il tarixdə Şərur rayonu, Vərməziyar kəndində doğulan X8 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.N0N0-ci il tarixdə itkin düşdüyündən ölmüş elan edilsin. X4 həlak olduğu güman edilən xx.xx.N0N0-ci il tarix onun ölüm günü sayılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeyd aparmaq üçün əsasdır. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-835/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-835/2022
15.12.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver