Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-758/2023 13.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X5 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi nümayəndəsi (vəkili) X1N məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, NN aprel 1996-cı il tarixdə Şəki rayonunun Baş Göynük kəndində doğulmuş X5 məhkəmə qaydasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbinin dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək göstərdi ki, X9 NN aprel 1996-cı il tarixdə Şəki rayonunun Baş Göynük kəndində doğulmuşdur. N sentyabr N0N0-ci il tarixdə AR SNXÇDX-nin Şəki rayon şöbəsindən qismən səfərbərliklə toplanışa çağırılmışdır. xx.xx.N0N0-ci il tarixdə xidmət keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N sentyabr N0N0-ci il tarixdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda, onunla 10 oktyabr N0N0-ci il tarixədək digər şəxslərin telefonu vasitəsilə əlaqə saxlayırdı. Oğlu ilə sonuncu telefon əlaqəsi 10 oktyabr N0N0-ci il tarixdə oldu, harada olduğunu bildirməmişdir. 14 oktyabr N0N0-ci il tarixdə X4 zəng etdiyi (070)-311-09-09 nömrəli telefona zəng etmiş, onların qabağa getdiyi bildirilmişdir. Bundan sonra Ərizəçi oğlu ilə əlaqə saxlaması mümkün olmamış və barəsində hər hansı bir məlumat öyrənə bilməmişdir. N0N0-ci ilin oktyabr ayının axırlarından bu günədək Ərizəçi oğlu Qorxmazın tapılması üçün Gədəbəy rayonunda olmuş, Goranboy rayonunda N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə görüşmüş, lakin Ərizəçi oğlu Qorxmaz Salamov barəsində dəqiq məlumat öyrənə bilməmişdır. Ərizəçi oğlunun düşmən nəzarətində olan ərazidə qalmasını güman edir. Ayrı-ayrı dövlət qurumlarına müraciət etsə də, axtarışların nəticəsi olmamışdır. Hazırki ərizəylə məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi Maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Hərbi prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Maraqlı şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti məhkəməyə göndərdiyi N8 mart N0N3-cü il tarixli məktubunda, müdafiə nazirliyi isə 10 aprel N0N3-cü il tarixli ərizəsində ərizəinin təmin edilməsinə etirazlarının olmadığını bildirsələr də, digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatlarını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-165/813-779/N0N3 saylı arayışdan görünür ki, 04 aprel 1997-ci il tarixli 69 nömrəli akt qeydində NN aprel 1996-cı ildə doğulmuş X5 atası Ərizəçi, anası isə X6r. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilmiş N4 oktyabr N0NN-ci il tarixli 461 saylı arayışdan görünür ki, xx.xx.N014-cü il tarixdən xx.xx.N015-ci il tarixədək hərbi xidmət keçmiş X9 xx.xx.N0N0-ci il tarixdə Səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş “N” saylı hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N88 nömrəli əmrindən görünür ki, əsgər X9 N oktyabr N0N0-ci il tarixdən həmin hərbi hissənin 1-ci tabor, birinci bölük, N-ci taqım 1-ci manqada şəxsi heyətin siyanısına, bütün növ təminatlara daxil edilmiş və qumbaraatan vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş “N” saylı hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N96 nömrəli əmrindən görünür ki, X9 həmin hərbi hissənin 1-ci tabor, birinci bölük, Nci taqım, 1-ci manqada vətənin azadlığı uğurunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşdüyü üçün hərbi hissənin itkin düşənlərin siyahısına əlavə olunmuş və bütün növ təminatlar dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş “N” saylı hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 359 nömrəli əmrindən görünür ki, X9 həmin hərbi hissənin 1-ci tabor, birinci bölük, Nci taqım, 1-ci manqada qumbaraatan vəzifəsindən azad edilərək hərbi hissə komandirinin sərəncamına verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin N9 mart N0N3-cü il tarixli 3-4355/N-347/N0N3 saylı məktubdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini 1996-cı il təvəllüdlü X9 Azərbaycan Respublikası Prezdentinin xx.xx.N0N0-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən xx.xx.N0N0-ci il tarixdə qismən səfərbərliklə cəlb edilmiş və N81 saylı hərbi hissəyə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin N8 mart N0N3cü il tarixli 3-39-N3/N-N71/N0N3 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü əsgər X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət keçmişdir. Vətən müharibəsi zamanı xx.xx.N0N0-ci il tarixdə Tərtər rayonu Suqovuşan qəsəbəsi istiqamatəndə gedən döyüşlərdə naməlum şəraitdə itkin düşmüş şəxs kimi Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Dövlət Komissiyasında qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin 09 dekabr N0NN-ci il tarixli 5389 saylı məktubdan və ona əlavə edilmiş Vətən müharibəsində tikin düşmüş Azərbaycan hərbiçilərinin Siyahısından görünür ki, Şəki rayonunda doğulmuş, xx.xx.1996-cı il təvəllüdlü əsgər XN müharibəsi zamanı gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Dövlət Komissiyasında qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş görov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 06 aprel N0N3-cü il tarixli DK/1N7 saylı məktubdan görünür ki, X9 xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən səfərbərlik əsasında hərbi xidmətə çağırılaraq 05-xx.xx.N0N0-ci il tarixləri arasında Müdafiə Nazirliyinin (MN) N81 nömrəli hərbi hissəsində xidmət etmiş, daha sonra MN-nin “N” saylı hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyündə qumbaraatan vəzifəsinə təyin olunmuşdur. Tabor xx.xx.N0N0-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yerləşən “503.9” yüksəkliyi istiqamətində baş tutmuş döyüş əməliyyatına cəlb edildiyi üçün Qorxmaz Salamovun məhz həmin gün itkin düşməsi ehtimal olunduğundan onun taleyinə aydınlıq gətirilməsi qeyd olunan əraizdə axtarışlar aparılmış, lakin hal hazıradək müsbət nəticə əldə olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, hərbi əməliyyatda iştirak etdiyi dövrdə Qorxmaz Salamovun manqa komandiri-xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan, səfərbərlik əsasında çağırılaraq 05.10-xx.xx.N0N0-ci il tarixləri arasında qeyd olunan vəzifədə xidmət etmiş əsgər X19, taqım komandiri-böyük komandir vəzifəsinin icraçısı xx.xx.1994-cü il təvəllüdlü, İmişli rayonunun aranlı kəndində qeydiyyatda olan baş leytenant X13 (hazırda N nömrəli hərbi hissədə xidmət edir), tabor komandiri isə xx.xx.N0NN-ci il tarixdə şəhid olmuş mayor X14 olmuşdur. Eyni zamanda Qorxmaz Salamovla birlikdə sözügedən döyüşdə iştirak etmiş müddətli hərbi qulluqçular-ünvan N ünvanında qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü X10 (xx.xx.N019-xx.xx.N0N1-ci il tarixləri arasında xidmət etmişdir), Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan xx.xx.N001-ci il təvəllüdlü X16 (xx.xx.N019-xx.xx.N0N1-ci tarixləri arasında xidmət etmişdir), eləcə də səfərbərlik əsasında çağırılmış-ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.N000-ci il təvəllüdlü X8 (xx.xx.N0N0-xx.xx.N0N1-ci tarixləri arasında xidmətdə olmuşdur) və Şəki rayonu Əliyar kəndində qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü X11 (xx.xx.N0N0xx.xx.N0N0-ci tarixləri arasında xidmətdə olmuşdur) ilə ötən müddət ərzində aparılmış söhbətlər zamanı onlar Qorxmaz Salamovun “530.9” yüksəkliyi istiqamətində döyüşdə müşahidə etdiklərini, lakin yaralanması və şəhid olmasının şahidi olmadıqlarını, həmçinin sonrakı dövrdə onu görmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 41.1 və 41.N-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, Ərizəçi oğlu XN0 xx.xx.N0N0-cı ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası ordusu sıralarına çağırılmış və xx.xx.N0N0-ci il tarixdə Tərtər rayonu Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə naməlum şəraitdə itkin düşmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Şəki rayonu Baş Göynük kəndində yaşamış X9 ölmüş elan edilməlidir. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyinə görə 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin N16-N17, N19-NN0, NN7, N33, 31N-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Şəki rayonu Baş Göynük kəndində yaşamış xx.xx.1996-cı il təvəllüdlü X9 ölmüş elan edilsin. Onun ölüm günü həlakının güman edildiyi xx.xx.N0N0-ci il tarixi hesab edilsin. Ərizəçi dövlətə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-758/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-758/2023
13.04.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver