Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6940/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdaifə Nazirliyinə, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə və Maraqlı şəxs4nə qarşı “hərbi əməliyyatlar zamanı hərbi qulluqçunun xəbərsiz itkin düşmüş hesab edilməsi və onun ölmüş hesab edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X1 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməlidir. AR “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, ərizəçi məhkəməyə müraciət edərək, X2 xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, ərizəçinin qeyd etdiyi hər iki tələbə eyni anda baxıla bilməz. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi, yaxud dövlət rüsmunu ödəməkdən azad edilmə barədə sənəd əlavə edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–nin 155, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(011)-6940/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6940/2022
24.10.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver