Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4031/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Görədil kəndində yaşamış 04 may 1955-ci il təvəllüdlü atası X1 xx.xx.1995-ci il tarixdən itkin düşməsi və ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-cu maddəsi müəyyən edilmiş tələblərə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Göründüyü kimi Ərizəçi ərizəsinin nəticə hissəsində Abşeron rayonu, Görədil kəndində yaşamış 04 may 1955-ci il təvəllüdlü atası X1 xx.xx.1995-ci il tarixdən itkin düşməsi və ölmüş hesab edilməsini xahiş etmişdir ki, bu hissədə ərizə düzgün tərtib edilməmişdir, qeyd edilən faktlar bir icraatda deyil, əvvəlcə şəxsin itkin düşməsi, daha sonra isə şəxsin ölmüş elan edilməsi müəyyən edilməlidir, yəni eyni məhkəmə qətnaməsi ilə həm şəxsi itkin düşmüş və həm də ölmüş elan etmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152,1,1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Göstəərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4031/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4031/2022
29.06.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver