Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4458/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim olunmuş sənədlərdə ata adında səhv qeyd edilmiş Ərizəçi Ədilə qızının ərizəçi – Ərizəçi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinnin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq Ərizəçi Ədilə qızına 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsində ərizəçi ev tikmişdir və yaşayır. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün axriv arayışı almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 müraciət etsə də ərizəçiyə bildirilmişdir ki, 29 fevral 2024-cu il tarixində ərizəçiyə verilmiş 2/28/2-137/2024 saylı arayışda cavab məktubunda ata adının Ədilə yazılması səbəbindən arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd edilən şəxslə eyniliyi təsdiq edən sənədin təqdim olunması tələb edilmiş və bu məqsədlə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi olmağına baxmayaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrində və Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli 096 saylı sərəncamında səhvən Ərizəçi Ədilə qızı kimi göstərilmişdir. Lakin hazırda ata adının səhv yazılması ərizəçiyə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaradır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamından görünür ki, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq Ərizəçi Ədilə qızına 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrdən çıxarışdan görünür ki, fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi Ədilə qızına 0.10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 müraciət etmiş, təqdim edilən sənədlərdə Ərizəçi qeyd olunması səbəbindən arxiv arayışının verilməsindən imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə Sədərək rayonunda anadan olmuşdur, onun atası X5, anası X3r. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrinə əsasən müəssisə işçilərinin hər birinə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı protokolu və ona əlavə edilmiş siyahıda Ərizəçi Ədilə qızına 0.10 ha torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, ərizəçinin ata adı sənədlərdə yanlışlıqla “Ədilə” olaraq yazılmışdır. Belə ki, ata adı “Adil” olmasına baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrdən çıxarışında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı protokoluna əlavə edilmiş siyahıda ərizəçinin ata adı “Ədilə” kimi yazılmışdır. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli torpağın ayrılması barədə əmri dövlət aktı olmaqla hüquqmüəyyənedici sənəd hesab olunur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli torpağın ayrılması barədə əmrdə qeyd edilən Ərizəçi Ədilə qızının Ərizəçi olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrdən çıxarışında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı protokoluna əlavə edilmiş siyahıda adı qeyd edilən Ərizəçi Ədilə qızının Ərizəçi olması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4458/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4458/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver