Məhkəmə qərarları › İş №2(011)-447/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-447/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-447/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi X1 İddiaçı İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Sərkər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı X6 qarşı cavabdehdən xx.xx.2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək əmək haqqı kartından çıxartdığı 15972,17 manat, “Albalı” kartından çıxartdığı 2000,0 manat və atasının ölüm pulundan verdiyi 500,00 manat, cəmi 21872,17 manat pulunu alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3483/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Nəcbulla oğlu arasında Bakı şəhəri Xətai Rayonu VVAQ şöbəsində xx.xx.1998-ci il tarixdə 489 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası iddiaçı Cavabdeh yanında saxlanılmaqla himayəsinə verilmiş, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Nacbulla oğlundan iddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı "xxxx" QSC X15 Donanmasında “Qaradağ-16” gəmisinin kapitanıdır. Hərbi xidmətini başa vurduqdan sonra 1997-ci ildə həmin idarəyə işə qəbul edilib və hal-hazırda da burada işləyir. Növbəli iş qrafikinə əsasən bəzən 2 ay, bəzən isə 45 gün işdə olur. Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət etdiyi bildirməmişdir. Cavabdeh bu iddia ilə məhkəməyə müraciət etdiyi vaxt və hal-hazırda da tərəflər birlikdə yaşayırlar. Həmin vaxtlar iddiaçı əmək haqqı kartı cavabdehdə olmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı, öz əmək haqqı kartını cavabdehdən tələb edərək almışdır. Yəni kart cavabdehdə olduğu müddət ərzində əmək haqqı kartında pulları cavabdeh çıxartmışdır. Nikahın pozulması haqqında qətnamədən görünüdüyü kimi, xx.xx.2020-ci il tarixdən alimentin tutulması hesablanmışdır. Eyni zamanda, iddia məhkəməyə verildikdən sonra iddiaçı tərəfindən “Albalı” kartı götürülmüş, həmin kartda olan 2000 manat pulu da cavabdeh çıxartmışdır. Həmin dövrdə iddiaçının atası vəfat etdiyinə görə dövlət tərəfindən verilmiş ümumi məbləğdən 500 manat pulu anası iddiaçıya vermiş, o, isə həmin pulları cavabdehə vermişdir. 01.06-xx.xx.2020-ci il tarixləri arasında olam müddət ərzində iddiaçının əmək haqqı kartından 15972,17 manat, “Albalı” kartından 2000,00 manat və atasının ölüm pulundan 500,00 manat pulu mənimsəmişdir. Hazırda isə təkrarən xx.xx.2020-ci il tarixdən aliment iddiaçının əmək haqqına yönəldilmişdir. “Albalı” kartı iddiaçının adına olduğunda həmin pulu hazırda iddiaçı ödəyir. Nikahın pozulması dövründə onlara 3 ay məhkəmə barışıq üçün vaxt verildiyi ərəfədə cavabdehlə razılığa gəldilər ki, 3400,00 manat faizə Zülfiyyə adlı şəxsdən borc geri götürəcək. İddiaçı, bankdan 4000,00 manat pul götürmüş və onun borcunu ödəmişdir. İyulunun 30-u 2020-ci il tarixdə cavabdeh ərizəni məhkəmədən götürməsi barədə şəkli iddiaçıya göndərdi, iddiaçı isə artıq buna inanmadı. Ancaq, sən demə, cavabdeh iddiaçını aldatmış, ərizəni geri götürməmişdir. xx.xx.2020-ci il tarixdə isə nikahları pozuldu. Hesab edir ki, həmin dövr arasında cavabdeh iddiaçıya vurduğu ümumi ziyana görə 21,872,17 manat pulu özünə qaytarmalıdır. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdən əmək kartından çıxartdığı 15972,17 manat, “Albalı” kartından çıxartdığı 2000,00 manat, natamam ölüm pulundan verdiyi 500,00 manat, bankdan götürdüyü 4000,00 manat, cəmi 22472,17 manat məbləğində pulun alınıb verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsasızdır və rədd edilməldir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2(011)-3483/2020 nömrəli Qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Nəcbulla oğlu arasında Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində xx.xx.1998-ci il tarixdə 489 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası – iddiaçı Cavabdeh yanında saxlanılmaqla onun himayəsinə verilməsi, xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Nəcbulla oğlundan iddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin mədaxil qəbzələrindən görünür ki, X4 təhsil haqqına görə 1000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 41-3558/2022 nömrəli məktubdan və məktuba əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində İddiaçı məxsus ******************** saylı bank hesabına pul vəsaitləri əmək haqqı təyinatı ilə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Həmçinin qeyd olunan dövr ərzində İddiaçı bank hesabında, 5465,42 manat məbləğində əmək haqqı mədaxil edilmiş, onun Bankın Sənaye filialında olan 4000 manat məbləğində krediti üzrə aylıq 199,70 manat olmaqla üç dəfə kredit borcuna silinmə həyata keçirilmişdir. İş materiallarında olan “X9” ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş hesabndan çıxarışdan görünür ki, İddiaçı məxsus “Albalı kartından” xx.xx.2020-ci il tarixdə 145,00 manat, xx.xx.2020-ci il tarixdə karta mədaxil edilən pul vəsaitləri transit hesaba köçürülmüşdür. Bankomatlarda məxsus gizli kamera görüntülərinin ən azı 6 ay müddətində saxlanılması təmin edilməlidir. Odur ki, bu müddətdən əvvəlki tarixlərdə həyata keçirilmiş nağdlaşdırma əməliyyatları ilə bağlı görüntülərin təqdim edilməsi mümkün deyildir. İş materiallarında xx.xx.2019-cu il tarixli 19674sAHM/19 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, bank borcalana illik 29 faiz olmaq şərtilə 84 ay müddətində (60 ay kredit xətti, 24 ay kredit) xx.xx.2026-ci il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 2000,00 manat təyin edilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 41-6217/2022 nömrəli məktubundan görünür ki, İddiaçı 4127-2081-2410-3168 saylı plastik kartı ilə yalnız xx.xx.2020-ci il tarixdə 1770 saylı bankomat vasitəsilə aparılmış nağdılaşdıra əməliyyatına dair fotogörüntülər əldə edilmiş və diskə yazılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində digər – NCR tipli, 2193 saylı, 48 saylı və 408 saylı bankomatların isə proqram təminatında və yaddaş daşıyıcısında baş vermiş texniki qüsur səbəbindən həmin bankomatlar vasitəsilə aparılmış əməliyyatlara dair foto görüntülərin təqdim edilməsi tərəfimizdən mümkün olmamış, yalnız bankomat ünvanlarına dair məlumatlar və teleskop sistemdən çıxarışlar diskə yazılmışdır. Məktuba əlavə edilmiş diskdə olan foto görüntülərdən görünür ki, bankomatdan pullar İddiaçı tərəfindən çıxarılmışdır. İş materiallarında olan “X9” ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus “Albalı kart” ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində kartdan 245 manat, məbləğində pul vəsaiti transit hesaba köçürülmüş, 544 manat məbləğində pul vəsaiti isə kreditin ödənilməsi üçün karta köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən İddiaçı məxsus "xxxx" ASC-də olan əmək haqqı kartından və “Albalı” kartından xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində bankomat vasitəsi ilə pul vəsaitlərinin nağdlaşdırılması halı öz təsdiqini tapmamışdır. Tam əksi olaraq, iddiaçı özünə məxsus əmək haqqı kartının xx.xx.2020-ci il tarixinədək iddiaçı Cavabdeh olduğunu iddia etsə də, "xxxx" ASC tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı özü Bakı şəhəri, Xətai r-nu, Zığ şossesi, Əbilov küç. 25, (X15 Donanmasının inzibati binasında yerləşən bankomat vasitəsilə kartdan pulları nağdlaşdırmışdır. Digər tərəfdən iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 500,00 manat və 4000,00 manat məbləğində pul verdiyini iddia etsə də, məhkəmə bu halı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019cu il tarixli 19674sAHM/19 nömrəli “Kredit müqaviləsi”nin surəti bu halları təsdiq etmək üçün yetərli deyil. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə yuxarıda göstərilən şərtlərin mövcud olduğu məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdən əmək kartından çıxartdığı 15972,17 manat, “Albalı” kartından çıxartdığı 2000,00 manat, natamam ölüm pulundan verdiyi 500,00 manat, bankdan götürdüyü 4000,00 manat, cəmi 22472,17 manat məbləğində pulun alınıb verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar