Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-448/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılması üçün iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Emil Abbasov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarıxli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahli Quvvələnndə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"yə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mulki işçilərin) himayəsində olan şəxslər) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Yuxarıda qeyd olunanlarla əlaqədar ehtiyatda olan baş miçman X8 12 fevral 2006-cı il tarixdə ünvan 2 ünvanında Mudafiə Nazirliyinin mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 fevral 2020-ci tarixli 023 gm nömrəli əmri ilə Cavabdeh2 "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Cavabdeh2 Mudafiə Nazirliyinin Bakı Qarnızonu Mənzil-İstismar hissəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Mudafiə Nazrlıyının mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsinın ondan təhvil alınmasını xahış etmişdir. Lakin hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov kuçəsi 21, Hərbi yataqxana, otaq №N ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsində məskunlaşmış X1 həyat yoldaşı X2 ünvandakı xidməti yaşayış sahəsini Müdafıə Nazırliyının mənzil fonduna təhvil verməsi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Sonda iddiaçının nümayəndəsi Emil Abbasov iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə ötən məhkəmə iclaslarında iddiaçıya (nümayəndəsinə) mülkiyyət hüquqverici sənədlər təqdim etməsi və e-məhkəmə sisteminə daxil edilməsi təklif edildiyini, lakin bu günədək heç bir sənəd e-məhkəmə sisteminə daxil edilmədiyindən təyin edilmiş məhkəmə iclasının təxirə salınması və ya işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Cavabdeh2 izahat verərək bildirdi ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində xx.xx.2006-cı ildə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 21 ünvanında yerləşən “Niva” yataqxanasında xidməti yaşayış sahəsi (otaq №4) ilə təmin olunmuş, hazırda ehtiyata buraxıldığı üçün ünvan 5 ünvanındakı mənzili təhvil vermək istəyir, həmin evdə birinci ailəsi yaşadığına görə evi təhvil verə bilmir, onlar boşanmışdır və boşanma ərəfəsində birinci ailəsini ünvan 6 ünvanında yerləşən evlə təmin etmişdir, Cavabdeh1 boşanma zamanı indiki P.Həşimov küçəsi 21, ev N ünvanındakı mənzilə yığışmışdır və evi təhvil verməyinə maneçilik törədir, özü mənzili təhvil vermək istəyir, lakin cavabdeh buna mane olur, mənzilin təhvil verilməsi ilə bağlı hətta müvafiq quruma ərizə ilə müraciət edərək xidməti yaşayış sahəsinin ondan geri alınmasını xahiş etmişdir. Sonda Cavabdeh2 qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh2, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 21 ünvanında yerləşən “Niva” yataqxanasında xidməti yaşayış sahəsi (otaq №4) ilə təmin olunduğunu bildirərək, xidməti yaşayış sahəsinin geri alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh2 bildirmişdir ki, xx.xx.2006-cı ildə xidməti evlə təmin olunduğunu, hazırda ehtiyyata buraxıldığı üçün ünvan 5 ünvanındakı mənzili təhvil vermək istəyir, həmin evdə birinci ailəsi yaşadığına görə evi təhvil verə bilmir, onlar boşanmışdır və boşanma ərəfəsində birinci ailəsini ünvan 6 ünvanında yerləşən evlə təmin etmişdir, Cavabdeh1 boşanma zamanı indiki Naximov 21, ev 4-ə yığışmışdır və evi təhvil verməyinə maneçilik törədir, özü mənzili təhvil vermək istəyir. İş materiallarında olan “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron Arayışdan görünür ki, baş miçman Cavabdeh2 Fərhad oğlu, həqiqətən, xx.xx.1999xx.xx.2000 və xx.xx.2000-xx.xx.2020 tarixlərində həqiqi hərbi xidmət keçmişdir, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İş materiallarında olan məktublardan görünür ki, 6 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən ünvan 7 ünvanında yaşayan sakinə xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məktub ünvanlanaraq MN Bakı Qarnizonu MİH-nin, 6 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan, hal-hazırda yaşadığı mənzilin açarlarını 1 ay müddətində 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2347/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Fərhad oğlu ilə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə 248 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları Cavabdeh1 yanında qalması, 18 iyun 2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh2 Fərhad oğlundan tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan AZ-İ№372996 saylı Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 101№ ilə qeyd aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Razılaşma Müqaviləsinin surətindən görünür ki, birinci tərəf Cavabdeh2 ikinci tərəf Cavabdeh1 birgə nikah dövründə əldə olunan ünvan 9 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15732.07 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ona ödəyir, ikinci tərəf həmin məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə tam almışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 6 saylı Mənzil İstismar sahəsininin Bakı Qarnizonu MİH-nə ünvanlanan xx.xx.2023-cü il tarixli 156 saylı arayışından görünür ki, ünvan 11 ünvanında Cavabdeh1 və X10 yaşayırlar. İş materiallarında olan məxaric qəbzlərindən görünür ki, Bakı Qarnizonu 6 saylı MİS tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində Cavabdeh1 məktub göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 6 saylı Mənzil İstismar sahəsininin Bakı Qarnizonu MİH-nə ünvanlanan xx.xx.2023-cü il tarixli 175 saylı arayışından görünür ki, ünvan 12 ünvanında N saylı hərbi hissənin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən Cavabdeh2 müvəqqəti yaşayır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu, P.Həşimov (keçmiş Naximov) küçəsi ev 21, 4 saylı mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən müvəqqəti yaşamaq üçün Cavabdeh2 kirayəyə verilmişdir, həmin mənzilin yerləşdiyi bina Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin balansındadır, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə Cavabdeh2 xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh2 ilə Cavabdeh1 arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, nikaha xitam verildikdən sonra tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 9 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15732.07 manat məbləğin Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilməsi barədə onlar arasında razılaşma müqaviləsi bağlanmışdır. Ehtiyatda olan Cavabdeh2 Müdafiə Nazirliyinin Bakı Qarnizonu MİS-nə ərizə ilə müraciət edərək ünvan 13 ünvanında yerləşən Müdafiə Nazirliyinin mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsinin ondan təhvil almasını xahiş etmişdir, lakin adıçəkilən mənzildə məskunlaşmış Cavabdeh2 keçmiş həyat yoldaşı və iş üzrə Cavabdeh1 mənzilin təhvil verilməsi ilə bağlı ona göndərilən xəbərdarlıqlara baxmayaraq həmin xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməmiş və oradan çıxmamışdır. Bununla belə, Cavabdeh1 iddiaçıya məxsus xidməti yaşayış sahəsindən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi həqiqi hərbi xidmətdə olan və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulduğundan, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılan Cavabdeh2 adıçəkilən xidməti yaşayış sahəsinin ondan təhvil alınması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyindən, Cavabdeh1 Müdafiə Nazirliyi ilə əmək münasibətləri olmadığından və həmin xidməti yaşayış sahəsinə heç bir mülkiyyət hüququ əldə etmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməqdə haqlı olmuşdur, bu da cavabdehin ünvan 13 ünvanında yerləşən xidməti yaşayış sahəsindən çıxarılması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən, dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar —SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti sahəsindən çıxarılsın. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-448/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-448/2024
10.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver