Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4495/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 19.03.2015-ci ildə anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə vətəndaş qrafasında “X5”, doğum tarixi “19.03.2015-ci il”, doğum yeri “Rusiya Federasiyası Tula şəhəri”, atası qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə birgə nikahlarından 19.03.2015-ci il tarixdə X5 doğulmuşdur. Hal hazırda ailə üzvləri ilə birgə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 44, mənzil 25-də yaşayır. Orta ümumtəhsil məktəbinə getmək ərəfəsində olan X2 doğum haqqında şəhadətnaməsini hələ də əldə edə bilməmişdir. Bu səbəbdən də bəzi sənədləşmə işlərində Z.C.Məmmədovaya aid doğum haqqında şəhadətnaməni təqdim edə bilmir. Hazırda doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq şəxsiyyət vəsiqəsinin alınmasına, müvafiq orta ümumtəhsil məktəbində təhsil almasına maneçilik törədir. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X11 ifadə verərək ərizəçinin ərizədə göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Bakı şəhəri Xətai rayon 98 saylı MKİS-nin 28.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 216025 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında nikah 20.042.2018-ci il tarixdə bağlanmış və 27 nömrə ilə qeyd olunmuşdur. RF Tula şəhər Proletar rayon VVAQ şöbəsi tərəfindən 31.03.2015-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 19.03.2015-ci il tarixdə Rusiyanın Tula şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Bakı şəhəri Maraqlı şəxs 05/15-1454 saylı, 04.05.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi X2 doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, X2 doğum haqqında şəhadətnaməsinin Rusiya Federasiyasında alındığı, növbəti dəfə ona Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamə verilməsi və ya doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən yolverilməz olduğu göstərilərək imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi qızı, X2 19.03.2015-ci ildə anadan olması faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X2 19.03.2015-ci ildə anadan olması faktı müəyyən edilsin. X3 vətəndaş qrafasında “X5”, doğum tarixi “19.03.2015-ci il”, doğum yeri “Rusiya Federasiyası Tula şəhəri”, atası qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4495/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4495/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver