Məhkəmə qərarları › İş №2(011)-4497/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4497/2024

15.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4497/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “verilmiş intizam tənbeh tədbirinin ləğv edilməsi, cərimənin silinməsi və tutulmuş əmək haqqının geri qaytarılması” tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “verilmiş intizam tənbeh tədbirinin ləğv edilməsi, cərimənin silinməsi və tutulmuş əmək haqqının geri qaytarılması” tələbi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X13 İstismarı İdarəsinin rəisi X5 intizam tənbehinin tətbiq olunması haqqında 07 noyabr 2023-cü il tarixli № 14-2-2-12/3-1İ- 356/2023 saylı əmrinin ləğv edilməsi, hesablanmış cərimənin silinməsi, əmək haqqından tutulmuş 172 manat pulun, ödədiyi 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, cəmi 100 manat rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərziəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər SOCAR Cavabdeh İB-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin TQQ VƏ SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir, xx.xx.2023-cü il tarixindən etibarən isə qaz təssərüfatının nəzarətçisi vəzifəsində çalışır və 545 abonentə xidmət göstərir. Cavabdeh Ağsu RQİİ-nin idarə rəisinin müavini Səhrab Səfərovun xx.xx.2023-cü il tarixli 14-2-2/-3-6-2788/2023 saylı məktub əsasında Ağsu RQİİ-nin Hüquq şöbəsində aparılmış araşdırma zamanı Ağsu RQİİ-nin hüquq şöbəsinin rəisi Kənan Mustafayev barəsində düzgün və ədalətli araşdırma aparmamış, yazdığı əsaslı izahatı nəzərə alınmayaraq aylıq əmək haqqının ¼ hissəsi məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Barəsində verilmiş xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1İ-356/2023 saylı intizam tənbehinin tətbiq olunması barədə əmri əsassızdır. İlk növbədə iddiaçı xidmət etdiyi Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsində izahat yazarkən heç kimdən kömək və köçürmə etməmiş, amma Ağsu RQİİ-nin idarə rəisinin müavini Səhrab Səfərov yazdığı məktubda izahatını iş yoldaşı Alıyev Əlizadənin izahatından köçürdüyünü bildirmişdir. İddiaçı heç kimdən heç bir şey köçürməmiş, bu tamamilə yalan və uydurmadır. İkincisi xidmət etdiyi ərazidə Şamaxı şəhəri, C.Cabbarlı küçəsində yaşayan abonent Nailə Manafova təbii qazdan qeyriqanuni istifadəsi birinci deyil, 4-cü dəfədir aşkar olunur. O, problemli abonent olduğundan iddiaçı həmin abonenti daimi nəzarətdə saxlaya bilmir. Aşkar edilmiş qanunsuz xətləri dəfələrlə ləğv olunsa da, abonent Nailə Manafova dəfələrlə icazəsiz daşıyıcı küçə qaz xəttinə müdaxilə edərək qanunsuz qoşulmalar etmişdir. Bununla bağlı Cavabdeh İB həmin abonenti yüksək məbləğdə cərmələsə də, heç bir nəticə olmamışdır. Üçüncüsü Ağsu RQİİ-nin idarə rəisinin müavini Səhrab Səfərov yazdığı məktubda qeyd etmişdir ki, İddiaçı işinə vəzifə təlimatı üzrə biganə münasibət bəsləmişdir. İddiaçı bununla qəti razı deyil. Çünkü iddiaçı daima abonentləri nəzarətində saxlayaraq onları yoxlamış, hətta xx.xx.2023-cü il tarixdə 10 gün əvvəl həmin abonentə baxış keçirmiş və heç bir qeyri-qanuni müdaxilə aşkar etməmişdir. Onun xidmət etdiyi ərazidə 545 abonent var və əgər o, işinə vəzifə təlimatı üzrə biganə yanaşsaydı, həmin qeyri-qanuni qoşulmuş qaz xətti bir abonentdə deyil, bir neçə abonentdə aşkar edilərdi. 545 abonentdən birində qeyriqanuni qoşulma aşkar edilirsə, bu iddiaçının işinə tələbkar yanaşmağının nəticəsidir. İddiaçı ailəlidir və iki azyaşlı övladı var. ünvan 1 ünvanında ailəsi ilə birgə kirayədə yaşayır. Aylıq 200 manat kirayə haqqı, 300 manat ABB-na kredit ödəyir. İddiaçıya verilmiş intizam tənbehi üzrə əmək haqqından 1/4-i tutulsa, ailə vəziyyəti, maddi sosial rifahı ciddi şəkildə aşağı düşəcəkdir. İddiaçı qaza qanunsuz qoşulması ilə bağlı aidiyyatı üzrə izahatını yazıb təqdim etmişdir, lakin iddiaçıya izahatın yazılmaması əsası ilə intizam tənbehi verilmişdir və o cərimlənmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və izahatında bildirdi ki, ona verilən tənbeh tədbiri əsassızdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə sualcavab zamanı o bildirmişdir ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər SOCAR Cavabdeh İB-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin TQQ VƏ SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir, xx.xx.2023-cü il tarixindən etibarən isə qaz təssərüfatının nəzarətçisi vəzifəsində çalışır. Həmin vəzifədə 2024-cü ilin yanvar ayınadək işləmişdir. 2024-cü ilin yanvar ayından qaz təsərrüfatında qəza-bərpa işlərinin 04 dərəcəli çilingəri vəzifəsinə keçirilmişdir. Şamaxı şəhəri, C.Cabbarlı küçəsində yaşayan abonent Nailə Manafova dəfələrlə təbii qazdan qeyriqanuni istifadə etmişdir. Abonentin yaşadığı əraziyə 2015-ci ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək özü nəzarət etmişdir. Cavabdeh İB tərəfindən həmin ərazidə 2024-cü ilin 03 oktyabr tarixində keçirilmiş yoxlamadan əvvəl 23 və 26 sentyabr tarixlərində özü şəxsən həmin ərazidə olmuşdur, lakin kənar xətti aşkar etməmişdir. xx.xx.2024-cü il tarixdə yoxlama keçiriləndə özü də şəxsən iştirak etmişdir və görmüşdür ki, abonent tərəfindən kənar xətt çəkilib. Güman edir ki, kənar xətt gizli yerdə çəkildiyindən onu daha əvvəl şəxsən özü aşkar edə bilməmişdir. Daha əvvəl 2020-ci ilin oktyabr ayında N.Manafovaya aid ünvanda kənar xətt aşkar edib aktlaşdırmışdır və kənar xətti ləğv etmişdir. 2020-ci ildən 2023-cü ilin oktyabr ayınadək həmin ərazidə kənar xətt aşkar etməmişdir. Bildirir ki, abonent N.Manafova çox vaxt ona qapını açmamışdır. Sonuncunun müqavilə bağlanılması ilə bağlı məlumatlandırılması üçün dəfələrlə xidməti müraciətlər etmişdir və bildirmişdir ki, abonent qapını açmır. Lakin, nəticəsi olmamışdır. O, kənar xəttin konkret yerləşməsini görmədiyindən abonent barəsində akt tərtib etməmişdir. Daha sonra o dəqiqləşdirmişdir ki, xidməti məktubla Birliyə abonent N.Manafovanın kənar xətdən istifadə etməsi ilə bağlı deyil, sonuncunun qapını açmaması və müqavilə ilə bağlı məlumatlandırması məqsədilə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, İddiaçı xidmət etdiyi Şamaxı şəhəri, C.Cabbarlı küçəsində yaşayan abonent Nailə Manafovanın qeyriqanuni xətdən istifadə etməsi aşkar olunmuşdur. İddiaçı qazdan qeyri-qanuni istifadə olunması halı aşkar edildiyi təqdirdə akt tərtib etməklə istehlakçının qaz təminatını dayandırmalı idi. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulmasını müəyyən etmək İddiaçı vəzifəsidir. 2024-cü ilin oktyabr ayında yoxlama zamanı abonentin kənar xəttini Birliyin digər işçiləri aşkar edə bildikləri kimi iddiaçı da vaxtlı-vaxtında bu xətti müəyyən etməli, xətti ləğv etməli və aktlaşdırmalı idi. Cavabdeh İB tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş intizam tənbehinin tətbiq olunması haqqında xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1İ-356/2023 saylı əmrin surətindən görünür ki, peşə təlimatı üzrə əmək qanunvericiliyinin tələblərinə əməl etmədiklərinə, işlərinə məsuliyyətsiz yanaşdığına və əmək müqaviləsi üzrə əmək funksiyalarını layiqincə yerinə yetirmədiklərinə görə Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının nəzarətçiləri X6 və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının 1/4-i məbləğində cərimə edilmişlər. İş materiallarında olan İddiaçı Cavabdeh İB-nin X13 İstismarı İdarəsinin rəisi Vəli Sadıqova verdiyi izahatın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə o, xidmət etdiyi Şamaxı şəhər, C.Cabbarlı küçəsində onun iştirakı ilə abonent Nailə Manafovanın mənzilində digər əməkdaşlarla birlikdə qaz xətlərinə baxış keçirmiş və abonentin sayğacdan kənar qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X13 İstismarı İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 771 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X13 İstismarı İdarəsinin Şamaxı rayonu üzrə təbii qazın qəbulu və satışı xismətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan işəgötürən SOCAR Cavabdeh İB-nin X13 İstismarı İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış 771 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə sazişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən İddiaçı X13 İstismarı İdarəsinin Şamaxı rayonu üzrə təbii qazın qəbulu və satışı xismətinə 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, X3 məxsus Şamaxı şəhəri, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində abonent sayğacdan kənar boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edir. Akt Q.Mahmudov, M.Mehtiyev, İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X3 məxsus Şamaxı şəhəri, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində abonent küçə xəttinin üzərinə quraşdırılmış dirəyin işarəsindən qaz xəttinə müdaxilə edərək, məftil bərkitmiş və rezin boru birləşdirərək, sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyriqanuni istifadə edir. Akt R.Alırzayev, R.İbrahimov, T.Baxışov, Ü.Babaslı, C.Ağamalızadə tərəfindən imzalanmışdır. X1 məxsus abonentin saldosundan görünür ki, abonentə 2015-ci ilin may ayında 399,60 manat, 2020-ci ilin oktyabr ayında 540 manat, 2023-cü ilin sentyabr ayında 2.073,60 manat borc hesablanmışdır. X13 İstismarı İdarəsinin Ağsu rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5ci dərəcəli qaz təsərrüfatı nəzarətçisinin peşə təlimatının 2.14-cü bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırması, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməsi və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi üçün xidmət sahəsinə təqdim edilməsi işin xüsusiyyətlərinə aiddir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “İddiaçı başqa işə keçirilməsi haqqında” 14-2-2-12/3-1K-3/2024 saylı əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı qaz təsərrüfatında qəza-bərpa işlərinin 04 dərəcəli çilingəri vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanılmış kollektiv müqavilənin 4.12-ci maddəsinə görə işəgötürən tərəfindən əmək və icra intizamının pozulmasına görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda aylıq əmək haqqının 1/4 –i məbləğindən çox olmamaq şərtilə cərimə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh İB-nin X13 İstismarı İdarəsində 2015-ci ildən çilingər, xx.xx.2023-cü il tarixdən qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdən iddiaçı qaz təsərrüfatında qəza-bərpa işlərinin 04 dərəcəli çilingəri vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün intizam tənbehi verilmiş və maaşının ¼ hissəsi miqdarında cərimə hesablanmışdır. İntizam tənbehinin verilməsinə əsas səbəb iddiaçının nəzarətində olan ərazidə quraşdırılmış kənar xəttin İddiaçı tərəfindən aktlaşdırılaraq ləğv olunmaması olmuşdur. X1 məxsus abonentin saldosundan görünür ki, iddiaçının həmin əraziyə nəzarət etdiyi dövrdə abonentə 2020-ci ilin oktyabr ayında 540 manat, 2023-cü ilin sentyabr ayında 2.073,60 manat borc hesablanmışdır. İşin mübahisəsiz halıdır ki, həmin borclar abonentə kənar xətdən istifadə ilə bağlı hesablanmışdır. 2020-ci ilin oktyabr ayında abonentin barəsində kənar xətdən istifadə ilə bağlı aktı iddiaçı özü tərtib etmişdir. 2023-cü ilin oktyabr ayında həmin ərazidə kənar xətdən istifadə ilə bağlı akt yoxlama zamanı Birliyin digər əməkdaşları tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək növündə intizam tənbehlərindən birini verə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək növündə intizam tənbehlərindən birini verə bilər. Məhkəmə qeyd edir ki, abonent N.Manafovanın qazdan istifadə qaydalarını pozubpozmaması hazırki iddia tələbləri çərçivəsində araşdırılmır. Lakin məhkəmə hesab edir ki, abonentin yaşadığı ərazidə kənar xəttin izlərinin mövcudluğuna dəlaət edən halları (izləri) müəyyən etmək, həmin halları sənədləşdirmək iddiaçının vəzifə təlimatına uyğun olaraq sonuncunun əmək funksiyasını təşkil etmişdir. Buna baxmayaraq iddiaçı həmin vəzifəsini lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçının izahatından görünür ki, o 2015-ci ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək daimi həmin əraziyə nəzarət etmişdir və sonuncu dəfə xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə ərazidə yoxlama aparmışdır. Həmin vaxt o, kənar xəttin izlərinə dəlaət edən halları müəyyən etməmişdir. Buna baxmayaraq, iddiaçının son yoxlanışından bir neçə gün sonra, xx.xx.2024-cü il tarixli yoxlama zamanı həmin hallar Cavabdeh İB-nin digər işçiləri tərəfindən aşkarlanmışdır. (R.Alırzayev, R.İbrahimov, T.Baxışov, Ü.Babaslı, C.Ağamalızadə). İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı abonent N.Abbasovanı “daimi olaraq təbii qazdan istifadə qaydalarını pozan abonent” kimi xarakterizə edir. Məhkəmə iddiaçının uzun illər ərazidə xidmət etməsi və əvvəllər də kənar xətti şəxsən aşkar etməsi səbəbindən daha da diqqətlə ərazini yoxlamalı olması barədə cavabdehin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçı peşə təlimatı ilə müəyyənləşdirilmiş əmək funksiyasını lazımi qaydada icra etməmişdir. Belə ki, vəzifə təlimatının tələblərinə uyğun olaraq əmək funksiyasını icra edərkən İddiaçı kənar xəttin izlərini müəyyən etməli, buna dair hallara rast gəldikdə həmin halların sənədləşdirilməsini təmin etməli idi. Bununla da, İddiaçı verilmiş intizam tənbehinin əsassızlığı iş materialları ilə öz təsdiqini tapmadığından, iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə Cavabdeh İB-nin iddia müddətinin ötürülməsi barədə ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, verilmiş iddia tələbləri intizam tədbiri ilə əlaqəli olan əmlak tələblərinə aid olduğundan, iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının iddia tələbi təmin edilmədiyindən, məhkəmə hesab edir ki, mediasiya xərci nəzərə alınaraq, məhkəmə xərcinə daxil olan 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin X13 İstismarı İdarəsinin rəisi X5 intizam tənbehinin tətbiq olunması haqqında 07 noyabr 2023-cü il tarixli 14-2-2-12/3-1İ- 356/2023 saylı əmrinin ləğv edilməsi, hesablanmış cərimənin silinməsi, əmək haqqından tutulmuş 172 manat pulun, ödədiyi 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun qaytarılması barədə iddia ərizəsi təmin edilməsin. 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar