Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-450/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Tağızadə Pərviz Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 900 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin iyun avında evinə mətbəx mebeli almaq istəmiş, bu məqsədilə mebel istehsalçı və satıcıları barədə araşdırma apararkən “İnstaqram” sosial şəbəkəsində “Zəhra Mebel” adlı mebel istehsalçısı və satıcısı kimi təqdim olunan təşkilatın direktoru Cavabdeh ilə telefon əlaqəsi yaradaraq ona mətbəx mebeli lazım olduğunu bildirmişdir. 12 may 2021-ci il tarixdə Cavabdeh ilə Oğuz şəhərində görüşərək mebel sifarişi xidmətlərinin göstərilməsi barədə müqavilə bağlayıb imzalamışdır. Cavabdeh müqaviləni və müqaviləyə əlavə olunmuş “Zəhra Mebel” başlıqlı qaimə-blankı əlavə qeydlərlə birlikdə tərtib edərək, imzalayıb, möhürləyib bir nüsxəsini iddiaçıya vermiş, bir nüsxəsini isə özü götürmüşdür. Müqaviləyə əsasən o “Zəhra Mebel”in direktoru Cavabdeh "xxxx" ASC-dəki ******************** nömrəli hesabına 1800 manat pul ödəməli olmuş, 13 may 2021-ci il tarixdə həmin məbləğdən 900 manat pul ödəmişdir. Müqaviləyə və razılıqlarına əsasən iddiaçı qalan məbləği də mebel təhvil verilərkən ödəməli idi. Müqaviləyə əsasən həm də mebel bir ay müddətində ona təhvil verilməli idi. Müddət bitməyə bir neçə gün qalmış iddiaçı Cavabdehla telefon vasitəsilə əlaqə saxlamış. O, mebelin bir neçə gün gecikmə ilə hazır olacağını bildirmişdir. İddiaçı Cavabdeh dediyi tarixədək də gözləyərək yenidən onunla əlaqə saxlamış, lakin Cavabdeh nə müqavilədə nəzərdə tutulan tarixdə, nə də sonradan söz verdiyi tarixlərdə mebeli hazırlayıb iddiaçıya təhvil verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçı aldadıldığını, ümumiyyətlə Cavabdeh ona mebel vermək fikrində olmadığını, onunla formal olaraq müqavilə imzalayaraq vəsaitini əsassız olaraq ələ keçirdiyini anlamışdır. Bundan sonra, Cavabdeh qeyd edilən hərəkəti barədə Oğuz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin təşkilatdan ona bu işin mülki xarakterli olduğu, iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə biləcəyi bildirildi. Cavabdeh yuxarıda qeyd edilən hərəkəti nəticəsində iddiaçıya 900 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12.05.2021-ci il tarixli “Mebel sifarişi xidmətlərinin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” İddiaçı xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış, xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada mətbəx mebeli xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2. bəndində göstərilən müddət (1 ay) ərzində həyata keçirilir. Müqaviləyə əlavə olunmuş “Zəhra Mebel” başlıqlı qaimə-blankdan görünür ki, müqavilə üzrə məbləğ 1800 manat təşkil edir, ilkin ödəniş 900 manat, qalıq borc 900 manat məbləğindədir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına 900 manat pul ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıya mal(lar) satmaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında iddiaçıdan müqavilədə nəzərdə tutulmuş ödənişin yarısı almış, lakin həmin mal(lar)ın təhvil verilməsinə dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil verilməmiş mal(ların) dəyəri üzrə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, tərəflər arasında bağlanılmış müqavilə üzrə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-450/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-450/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver