Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4508/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış, qeyri-yaşayış sahələrinin təhvil verilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ******* (bir milyon altı yüz əlli min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Nobel (hazırkı 8 Noyabr) prospekti 13 A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (hazırkı 8 Noyabr) 13 ünvanında "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli 2(011)-4508/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh Müseyıb qızına qarşı iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq "xxxx" MMC-nin qanunsuz hərəkətlərinin dayandırılması və qeyd olunan yaşayış, qeyri-yaşayış sahələrinin onun istifadəsinə təhvil verilməsi, 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 manat kirayə haqqının və 419 manat dövlət rüsumunun "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən verilmiş eyni presedent üzrə eyni məzmunlu iddia tələbinə dair qüvvəyə minmiş yekun məhkəmə aktları var və o, hesab edir ki , AR qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi üzrə icraata xitam verilməlidir. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edirsə, 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin-qərar adı olarsa iş üzrə icraata xitam verilir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilə olmuşdur. Tərəflər arasında 08 mart 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3 - cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətimə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri yaşayış sahəsi ilkin iddia üzrə iddiaçıya təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq. İnşaat Konstruksiyaları MMC tərəfindən Cavabdeh ödənilməsinə dair öhdəlik götürmüşdür. İlk olaraq cavabdeh İnşaat Konstruksiyaları MMC kirayə haqqı olaraq ödəməli olduğu 8600 manatı ödəmədiyindən borca dair tələb irəli sürülmüşdür. Müqavilə üzrə iddiaçıya təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi və ümumiyyətlə bina tam inşa olunduğundan mülkiyyətinə, istifadə və sahibliyinə təhvil verilərək, iddiaçının mənzilə köçürülməsinə dair ikinci tələb irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarxli qətnaməsi ləğv edilmiş, Cavabdeh iddia tələbi qismən-15 fevral 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, "İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 206 430 manat pulun alınaraq Cavabdeh qızma verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)- 1998/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı ilə İnşaat Konstruksiyaları MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirib nədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə aktları ilə İnşaat Konstruksiyaları MMC tərəfindən 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqı tululmuşdur. Lakin həmin tarixdən bu günə kimi MMC tərəfindən 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmir, o cümlədən hər ay ödəməli olduğu 8600 manat icarə haqqını ödəməkdən imtina edir. Belə ki, MMC müqavilə üzrə Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsini (lift və pilləkən qəfəs: ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyini icra etməkdən imtina edir. Baxmayaraq bina yalnız sonuncu mərtəbə istisna olmaqla tam inşa olunmuşdır və sonuncu mərtəbəni də bilərəkdən inşası dayandırılıb ki, binada olan yaşayış və qeyriyaşayış sahələrinin təhvil verilməsinin qarşısı alınsın. 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə kimi olan müddət ərzində İnşaat Konstruksiyaları MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı 129.000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: birinci hissə kirayə haqqı tələbi ilə bağlı, ikinci hissə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməklə əmlakın təhvil verilməsinə aiddir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq "xxxx" MMC tərəfindən Cavabdeh ödənilməsinə dair öhdəlik götürülmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-199/2021 saylı qətnaməsi ilə Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı “08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməyən "xxxx" MMC-dən 219,142 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 60.000 manat, bank uçot dərəcəsinə görə 12.000 manat olmaqla ümumilikdə 291,142 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 5 manatın cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qarşılıqlı iddia tələbi təmin edilərək tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə ləğv edilməklə "xxxx" MMC tərəfindən Cavabdeh 1.600.000 manat məbləğində pul ödənilməklə Cavabdeh Bakı şəhəri, Nobel prospekti 13A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi qismən 15 fevral 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi hissəsində təmin edilməklə "xxxx" MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 206,430 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə ilkin iddia qalan hissədə təmin edilməmiş və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1998/2022 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndindən görünür ki, Cavabdeh öz mülkiyyətində olan qeyri-yaşayış sahəsini təhvil verdiyi andan yeni binanın tikintisi başa çatanadək "xxxx" MMC tərəfindən ona aylıq 8600 manat pul ödənilməlidir. Belə ki, iş materiallarında olar qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 15 fevral 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi təmin edilmişdir. Hazırkı mərhələdə isə tərəflər arasındakı sözügedən müqavilənin mövcud şərtini nəzərə alaraq məhkəmə 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək olan müddət ərzində ödənilməli olan kirayə haqqını da əsaslı hesab edir. Belə ki, müqavilədən irəli gələn bu öhdəlik də "xxxx" MMC tərəfindən icra edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 manat kirayə haqqı cavabdeh İnşaat Konstruksiyaları MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq müqavilələrlə bağlıdır. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli tarixli müqavilənin 2.2.2-ci maddəsinə əsasən "xxxx" MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdırmaqla Cavabdeh qeyri-yaşayış sahəsini təhvil vermək öhdəliyini götürmüşdür. Məhkəmə ilkin olaraq sözügedən müqavilənin hüquqi təbiətini müəyyən edərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə özündə podrat müqaviləsinin ünsürlərini daşıyır. Odur ki, məhkəmə hazırkı iş üzrə podrat müqaviləsi ilə bağlı qanunvericilik normalarını nəzərdən keçirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh podrat müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirsə də, "xxxx" MMC tərəfindən bu öhdəlik yerinə yetirilməmişdir. Bu səbəbdən də Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzil iddiaçıya müqavilədə istinad edilən vaxt ərzində təhvil verilməmiş, cavabdeh "xxxx" MMC məhkəmələrdə müxtəlif iddialar qaldırmaqla təhvil vermə prosesini ləngitmiş, bununla da müqavilədən irəli gələn öhdəliklərin icrasını gecikdirmişdir. Hal-hazırda həmin qeyriyaşayış və yaşayış sahələri tam hazır olduğundan onlar iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzil iddiaçının istifadəsinə təhvil verilməli, 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 manat kirayə haqqı İnşaat Konstruksiyaları MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 419 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən cavabdeh 419 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzil iddiaçı Cavabdeh istifadəsinə təhvil verilsin və 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 (bir yüz iyirmi doqquz min) manat kirayə haqqı cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilsin. Cavabdehdən 419 (dörd yüz on doqquz) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4508/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4508/2022
28.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver