Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4510/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, İlkin iddia tələbi üzrə Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 106 saylı binanın mülkiyyət hüququ əsasında ona məxsus ümumi sahəsi 51.93 kv.m olan 1 saylı mənzilindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 saylı evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizələri əsasında 2(011)-4565/22 saylı və 2(011)-4510/22 saylı mülki işlərin icraatı başlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4565/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair 2(011)-4565/2022 saylı mülki işin və eyni tərəflər arasında eyni iddia predmeti ilə bağlı 2(011)-4510/2022 saylı mülki işin bir icraatda birləşdirilərək 2(011)-4565/22 saylı mülki iş kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhəmməd Hadi küçəsində yerləşən 106 saylı binanın ümumi sahəsi 51.54 kv.metr olan 2 otaqdan ibarət 1 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1995-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus olub onun şəxsi mülkiyyətindədir. Mübahisəli mənzildə ondan başqa oğlu üç nəfər ailə üzvləri ilə yaşayır. Cavabdeh1 oğlu Cavabdeh2 ilə ailə qurduqdan sonra ona məxsus yuxarıda göstərilən mənzilə qetdiyyata düşərək mənzildə yaşayırlar. Oğlu ilə həyat yoldaşı arasında mütəmadi dava-dalaş olduğundan evdə söz-söhbət yaranır. Artıq dəfələrlə belə hallar baş verdiyindən Cavabdeh1 ilə birlikdə yaşamaq mümkün deyil. Özü yaşlı adam olduğundan və səhhətində müəyyən problemlər olduğundan cavabdehin davadalaş və təhqirlərinə dözə bilmir. Cavabdehlər ona şəxsi mülkiyyəti olan yuxarıda göstərilən mənzilində normal yaşamağa imkan vermirlər. Hər dəfə belə hallardan sonra onun təzyiqi qalxır, vəziyyəti pisləşir. O, artıq cavabdehlərin dava-dalaş və hədəqorxularına tab gətirə bilmir. Cavabdehlərə dəfələrlə bildirmişdir ki, ona məxsus mənzildən çıxsınlar, qoca vaxtında rahat yaşasın. Lakin cavabdeh çıxmaq istəmir. Cavabdehlərlə aralarında olan mübahisənin başqa qaydada həlli mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, o, 15 yanvar 2014-cü ildə Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsində 910652 N-li reyestr qeydi ilə rəsmiləşən nikahla cavabdehin oğlu Cavabdeh2 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü Banu adlı və xx.xx.2020-ci il təvəllüdlü Duyğu adlı qızları dünyaya gəlmişdir. Nikahdan sonra qaynatası X1 mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçərək orada yaşamış və pasport qeydiyyatına alınmışdır. Uzun müddət həmin mənzildə yaşadığından onun və uşaqlarının istifadə hüququnun tanınması və evin bir otağına köçürülmələrini cavabdehdən tələb edir. O, ünvan 1 ünvanında uşaqları ilə bərabər pasport qeydiyyatında olsa da, mənzildən istifadəyə dair süni maneələrlə qarşılaşır. Bu səbəbdən məhkəməyə müraciət edərək mənzilin 1 otağında onun istifadə hüququnun tanınması ilə mənzilə köçürülməsinə dair müvafiq qətnamənin çıxarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini müdafiə etməklə yanaşı, onun təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, Cavabdeh1 mənzilə köçürülmə tələbini qoysa da, faktiki həmin mənzildə yaşayır və ordan çıxmadığı üçün o, bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilkin iddia tələbinə etiraz etməklə yanaşı, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan 12 sentyabr 1995-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 qızı ilə X3 arasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 106, 1 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi 11 oktyabr 1995-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Banu və xx.xx.2020-ci il təvəllüdlü Duyğu adlı qızları dünyaya gəlmişdir. Mübahisənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzil X4 qızı ilə X3 arasında bağlanmış 12 sentyabr 1995-ci il tarixli mənzilin alqısatqı müqaviləsinə əsasən X3 tərəfindən alınmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, hal-hazırda ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh2 iki azyaşlı uşağı ilə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 106, 1 saylı mənzildən çıxarılmasını tələb etsə də, Cavabdeh2 onun oğlu olduğu və həmin mənzidən iki azyaşlı uşağı ilə istifadə hüququna malik olduğu üçün onun iki azyaşlı uşağı ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi yaxud mənzildən çıxarılması yalnız kompensasiya verilməklə mümkündür. İddiaçı tərəfindən isə kompensasiya təklif edilmədiyinə görə iddia tələbi onlara qarşı təmin edilməməlidir. Cavabdeh1 münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, tərəflərin izahatları və işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 1 saylı mənzilə 15 yanvar 2014-cü ildə cavabdehin oğlu Cavabdeh2 ilə ailə qurduqdan sonra köçmüşdür, nikahda onların iki övladı doğulmuşdur, hazırda ailə birlikdə mübahisəli mənzildə yaşayır. Mülki məcəllənin tələbərinə görə Cavabdeh1 köçərkən mübahisəli mənzil onun qayınatası X2 məxsus olduğundan, mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə alıb belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmasa da, onun ailə üzvləri olan əri və iki azyaşlı övladının həmin mənzildən istifadə hüquqları mövcud olduğundan, onunla Cavabdeh2 arasında nikaha xitam verilmədiyindən, onlara qarşı ilkin iddia tələbi təmin edilmədiyindən Cavabdeh1 həmin mənzildən çıxarılması ailənin parçalanmasına, iki azyaşlı uşağın analarından məhrum edilməsinə səbəb ola bilər. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 1.2-ci maddəsinə görə Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Eyni Məcəllənin 1.3-cü maddəsinə görə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2-ci maddəsinəgörə ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, işin hazırki faktiki halları çərçivəsində Cavabdeh1 mübahisəli mənzildən çıxarılması ədalətsiz olduğundan və onun ailəsindən məhrum olacağı ilə nəticələnə biləcəyindən ilkin iddia tələbi Cavabdeh1 mübahisəli mənzildən çıxarılması hissəsində təmin edilməməlidir. Cavabdeh1 hal-hazırda faktiki mübahisəli mənzildə yaşadığından qarşılıqlı iddia tələbi onun mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4510/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4510/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver