Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4569/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçi xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşamaqdadır.
2. Ərizəçi 1989-cu il tarixində Ermənsitan Respublikasından məcbur köçürülən zaman doğum haqqında şəhadətnaməsini itirmişdir. Sənədi yenidən almaq üçün 6 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona imtina gəlmişdir. Məlum səbəblərə görə,ərizəçi ErmənistanmRespublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndinə gedə bilmir və bu səbəbdən də, doğum haqqında şəhadətnamənin surətini ala bilmir. Ərizəçinin mərhum atası X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olub hal-hazırda ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdadır.
Ərizəçinin tələbi:
3. Ərizəçi xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası, Kalinin rayonu, Qızıl Şəfəq kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizəçi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, özünün xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olduğuna dair doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında doğum haqqında şəhadətnaməsi itirdiyini, onun yenidən bərpasını istədiyini bildirmişdir. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. X2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Ərizəçi onun bacısı qızıdır. O, 1984-cü il tarixində Ermənistan Respublikasında anadan olmuşdur. Şəhadətnaməni Ermənistan Respublikasında alınmışdır. Şəhadətnaməni alan zaman atası, anası və onun özü orda olmuşdur. Babasının adı Şəmşəddindir.
9. X3 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Ərizəçi qızımdır və doğum şəhadətnaməsini itirmişdir. Şəhadətnaməni Ermənistan Respublikasında Qızıl Şəfəqdən yoldaşı ilə birgə götürdüyünü qeyd etmişdir. Bacısının yanında olub-olmaması yadında deyildir. Babasının adı Şəmşəddindir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. AR Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-H-1096/2024 №-li cavab məktubuna əsasən, Ərizəçi doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir.
11. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-1445 №-li cavab məktubuna əsasən, Ərizəçi şəxsiyyət vəsiqəsini almasına əsas olmuş hüquqmüəyyənedici sənədlər şöbənin arxivində saxlanılmır.
12. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X7 tərəfindən AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin rəis müavini polis polkovniki Anar Əliyevə göndərilən cavab məktubuna əsasən, Xətai Rayon Məhkəməsindən Vətəndaşlıq X7nə daxil olmuş xx.xx.2025-ci il tarixli 2(011)-4569/2025 nömrəli məktubla Ərizəçi şəxsiyyət vəsiqəsini almasına əsas olmuş sənədlərin surəti istənilmişdir.Həmin məktub aiddiyyəti üzrə baxılması eləcə də nəticəsi barədə məlumatın Xətai Rayon Məhkəməsinə təqdim edilməsi üçün Anar Əliyevə göndərilmişdir.
13. İV-СЛ 430542 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi X1, atası X4r. Doğulduğu yer Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndidir.
14. AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-18475 nömrəli sorğuya cavab məktuba əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi verilmiş şəxsiyyət vəsiqələrinin alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.
15. AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-18675 nömrəli sorğuya cavab məktuba əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi verilmiş şəxsiyyət vəsiqələrinin alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.
16. AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-17753/25 nömrəli sorğuya cavab məktuba əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi verilmiş şəxsiyyət vəsiqələrinin alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. 17.Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1390 №-li cavab məktubuna əsasən, xx.xx.1984-cü il təvəllüdlü vətəndaş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vətəndaş Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir.
18. AR Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktuba əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi adına sənədləşən fərdi uçot kartoçkasının surəti. 19.AZ-İİ 185828 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1221 № ilə qeyd edilmişdir.
20. Digər sənədlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
24. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçini, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
26. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur.
27. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, Ərizəçi xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olması faktı təsdiq edilməlidir.
28. Belə ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi xx xxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. 3.Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova