Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4579/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1-də qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır və orda qeydiyyatdadır, həmin mənzil order əsasında ona məxsusdur, həmin ünvan əvvəl Profsoyuznaya küçəsi, Əhmədli qəsəbəsi, məhəllə 2942 A, ev 11b, mənzil 43 idi, hazırda isə Xətai rayonu, M.Hadi küçəsi, ev 97, mənzil 43 ünvanıdır, cavabdeh İddiaçı onun qızıdır və həmin ünvanda rəsmi qeydiyyatdadır, lakin orada yaşamır və faktiki olaraq mənzildən istifadə etmir, onun qeydiyyatı formal xarakter daşıyır, mənzil 2 otaqdan ibarətdir, həmin mənzildə qeydiyyatda olan digər övladları qeydiyyatdan çıxmaq barədə razılıqlarını bildirmişlər, cavabdeh ailə həyatı qurduqdan sonra Türkiyəyə köçmüşdür, 19 ilə yaxındır ki, Türkiyədə yaşayır, cavabdehin həmin mənzildə qeydiyyatda olması ona həmin mənzil üzərində sərəncam hüququnu həyata keçirməkdə mane olur, həmçinin qızının həmin mənzildə qeydiyyatda olması ona mənzil və kommunal xidmətləri və digər baxımdam müxtəlif çətinliklər yaradır, hesab edir ki, cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamadığından onun istifadə hüququna xitam verilməlidir. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 09.07.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.04.2021-ci il tarixli 371 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Xətai rayonu, M.Hadi küçəsi, ev 97, mənzil 43-də yaşayır və qeydiyyatdadır, yuxarıda göstərilən ünvan orderdəki Profsoyuznaya küçəsi, Əhmədli qəsəbəsi, məhəllə 2942 A, ev 11b, mənzil 43-dür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 03.05.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, arayış İddiaçı verilmişdir, o, 20.02.2003-cü ildən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 97, 43 saylı mənzildə qeydiyyatdadır, həmin ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh, X3, X5, X6, X1, X2r. İş materiallarında olan 13.07.1984-cü il tarixli 188918 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və onun Cavabdeh ibarət ailə üzvü Profsoyuznaya küçəsi, Əhmədli qəsəbəsi, məhəllə 2942 A, ev 11b, 43 saylı mənzilə istifadə hüququ əldə edir. İş materiallarında olan 09.07.2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ünvanlanmış 33/2287 nömrəli məktubdan görünür ki, Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 order əsasında İddiaçı məxsusdur, cavabdeh iddiaçının ailə üzvüdür, onun həmin mənzilə dair istifadə hüququ 13.07.1984-cü il tarixdən yaranmışdır, o, həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq altı ay çox olmaqla, orada yaşamır və mənzildən istifadə etmir. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən, o cümlədən daşınmaz əmlakdan cavabdehin mənzil hüququnun yeganə təminat vasitəsi kimi istifadə olunmasını şərtləndirən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mənzildən istifadə edilməsinə əsas olan order 13.07.1984-cü ildə verildiyindən tərəflər arasındakı mübahisə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalar əsasında həll edilməli, hazırkı mülki iş üzrə mübahisənin həllinin maddi hüquqi əsası kimi 1982-2009-cu illərdə qüvvədə olan Azərbaycan SSR-nin Mənzil Məcəlləsi əsas götürülməlidir. 08.07.1982-ci il tarixli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin qeydiyyatda olduğu ünvan 1-dən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1-dən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbuledildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4579/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4579/2021
09.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver