Məhkəmə qərarları › İş №2(011)-459/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-459/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-459/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə boc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış 16.01.2020-ci il tarixli 20040167 saylı müqavilə üzrə əsas borca görə 486.2 (dörd yüz səksən altı manat iyirmi qəpik) manat, cərimə borcuna görə 48.8 (qırx səkkiz manat səksən qəpik) manat olmaqla,14.03.2020-ci il tarixli 20174278 saylı müqavilə üzrə əsas borca görə 78.1 (yetmiş səkkiz manat on qəpik) manat, cərimə borcuna görə 7.9 (yeddi manat doxsan qəpik) manat olmaqla, 18.06.2020-ci il tarixli 20357685 saylı müqavilə üzrə əsas borca görə 858.2 (səkkiz yüz əlli səkkiz manat iyirmi qəpik) manat, cərimə borcuna görə 85.8 (səksən beş manat səksən qəpik) manat olmaqla, cəmi 1565 (bir min beş yüz altmış beş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 35.65 (otuz manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.01.2020-ci il, 14.03.2020-ci il, 18.06.2020-ci il tarixli müqavilələrə əsasən, LG LED televizor, İMEİ Kodu ntlekee**********a8f00 Acer Tablet, GREE Kondisioner almış və nəticədə 1565 (min beş yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat LG LED televizor üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.2 (dörd yüz səksən altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.8 (qırx səkkiz manat, səksən qəpik) manat cərimə; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 184.8 (yüz səksən dörd manat, səksən qəpik) manat İMEİ Kodu ntlekee**********a8f00 Acer Tablet üçün ümumilikdə, 86 (səksən altı) manat olmaqla ondan, 78.1 (yetmiş səkkiz manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.9 (yeddi manat, doxsan qəpik) manat cərimə; 18.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat GREE Kondisioner üçün ümumilikdə, 944 (doqquz yüz qırx dörd) manat olmaqla ondan, 858.2 (səkkiz yüz əlli səkkiz manat, iyirmi qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85.8 (səksən beş manat, səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 431.5 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16.01.2020-ci il tarixli müqavilədən görünür ki, cavabeh 18 ay müddətinə, aylıq 39 manat ödəmək şərti ilə ümumilikdə 535 manat dəyərində LG LED televizor əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 14.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabeh 12 ay müddətinə, aylıq 15.4 manat ödəmək şərti ilə ümumilikdə 184.8 manat dəyərində İMEİ Kodu ntlekee002824012a8f00 Acer Tablet əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 18.06.2020-ci il tarixli müqavilədən görünür ki, cavabeh 12 ay müddətinə, aylıq 80.6 manat ödəmək şərti ilə ümumilikdə 967.2 manat dəyərində Gree Kondisioner əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 16.01.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə sözügedən müqavilə üzrə ödənilməmiş 486.2 manat, cərimə borcu üzrə 48.8 manat, cəmi 535 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarında olan 14.03.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə sözügedən müqavilə üzrə ödənilməmiş 78.1 manat, cərimə borcu üzrə 7.9 manat, cəmi 86 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarında olan 18.06.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə sözügedən müqavilə üzrə ödənilməmiş 858.2 manat, cərimə borcu üzrə 85.8 manat, cəmi 944 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 28.09.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 35.65 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış 16.01.2020-ci il tarixli 20040167 saylı müqavilə üzrə əsas borca görə 486.2 (dörd yüz səksən altı manat iyirmi qəpik) manat, cərimə borcuna görə 48.8 (qırx səkkiz manat səksən qəpik) manat olmaqla,14.03.2020-ci il tarixli 20174278 saylı müqavilə üzrə əsas borca görə 78.1 (yetmiş səkkiz manat on qəpik) manat, cərimə borcuna görə 7.9 (yeddi manat doxsan qəpik) manat olmaqla, 18.06.2020ci il tarixli 20357685 saylı müqavilə üzrə əsas borca görə 858.2 (səkkiz yüz əlli səkkiz manat iyirmi qəpik) manat, cərimə borcuna görə 85.8 (səksən beş manat səksən qəpik) manat olmaqla, cəmi 1565 (bir min beş yüz altmış beş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 35.65 (otuz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar