Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-46/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “SOCAR” Cavabdeh İB-yə və “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:
1. İddiaçı ilk dəfə cavabdeh “SOCAR” Cavabdeh İB-nin X2 Sahəsi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 128/k nömrəli əmək müqaviləsinə əsasən QK AİB və QDX-yə 3-cü dərəcə ilə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif idarələrdə çilingər peşəsində işləmiş, X2 Sahəsinin xx.xx.2014-cü il tarixli, 409 nömrəli əmri ilə, AR ƏM-ni 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi ilə əlaqədar) əmək müqaviləinə xitam verilmişdir. Sonradan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, onunla yenidən əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin X2 Sahəsinin xx.xx.2015-ci il tarixli, 32/k saylı əmri ilə Nəsimi qaz isitismar sahəsinə sahə apartına 5-ci dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsinə işə bərpa edilmişdir.
2. Cavabdeh “SOCAR” Cavabdeh İB-nin X1 Sahəsinin xx.xx.2015-ci il tarixli, 109-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə, ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası ilə), xitam verilimiş, bir gün sonra, yəni xx.xx.2015-ci il tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanaraq o, bir il müddətinə “SOCAR” Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmiş, bu vəzifədə xx.xx.2019-cu il tarixədək işləmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə), ləğv edilmişdir.
3. İddiaçı sonuncu dəfə yenidən əmək müqaviləsi bağlanmaqla, cavabdehin Təmir Tikinti İdarəsinin xx.xx.2019-cu il tarixli əmri ilə yenidən bir il müddətinə İdarənin 104 sağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmişdir.
4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin Təmir Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmri ilə ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksliyalarını yerinə yetirə bilməməsi) xitam verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdeh “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmrinın ləğv edilməsi, onun “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin 104 sağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət xərcinə görə ödədiyi 350 manat və mediasiyaya ödədiyi 55 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2002-ci ildən başlayaraq "Azəriqaz” İBdə müxtəlif vəzifələrdə qüsursuz çalışmışdır. Davamlı olaraq eyni idarənin xx.xx.2019-cu ildən isə “SOCAR Azəriqaz” İB-nin Təmir tikinti İdarəsinin 104 Çağrı sahəsinin 2 saylı Çağrı Xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcə çilingər vəzifəsinə təyin olunmuş və işdən çıxarıldığı günə qədər də həmin vəzifədə işləmişdir. Birinci Qarabağ müharibəsində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak elmişdir. Döyüşlərdə aldığı xəsarətlərin nəticəsi olaraq İİ qrup Qarabağ Müharibəsi əlilidir. xx.xx.2023-cü ildə işlədiyi idarə heç bir qanuni əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verərək onu tutduğu vəzifədən azad etmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, əmrdə əmək müqaviləmə xitam verilməsinin əsası kimi AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar olaraq əmək funksiyasının yerinə yetirə bilməməyinə istinad olunmuşdur. Əmrin verilməsinin əsası kimi Tibbi Sosial Ekspert Komissiyasında son müayinə məlumatına istinad olunmuşdur. Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin sorğusuna cavab olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən son müayinə məlumatı olan xx.xx.2019-cu il tarixli, 3 nömrəli **********6 saylı cavab məktubunda qeyd edilmişdir ki, ikinci dərəcə əlil İddiaçı öz peşəsi üzrə işləyə bilər. Bundan başqa əmrdə əmək müqaviləsinə xitam verilməyinin əsası kimi AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar olaraq əmək funksiyasının yerinə yetirə bilinməməsinə istinad olunmuşdur. AR Əmək Məcəlləsinin 74-cü maddəsi əmək müqaviləsinə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xitam verilməsinə həsr olunmuşdur. Onlardan biri də həmin maddənin “e” bəndi, yəni qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsidir. Qeyd olunan hal baş verməmiş, işdən çıxarıldığı günə qədər davamlı olaraq əmək funksiyasını yerinə yetirmişdir. Ona ikinci qrup əlillik dərəcəsi müddətsiz olaraq müəyyən olunmuşdur. O, qeyd edilən dövlət orqanında əmək fəaliyyətimə başlayarkən də ikinci qrup əlil olmuşdur. Dəyişən hcçnə yoxdur. 3 nömrəli Tibbi Sosial Ekspert Komissiyası müayinə olunmağına dair xx.xx.2016-cı il tarixli son məlumatında öz peşəsi üzrə işləyə biləcəyi qeyd elmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, ƏƏSMN-nin Tibbi sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatında iddiaçının müddətsiz əmək qabiliyyətsiz olması səbəbindən əmək müqaviləsinə Cavabdeh İB-nin Təmir-tikinti idarəsinin 21,07.2023-cü il tarixli, 14-2-2-2/3-1K-290/2023 nömrəli əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl isə iddiaçıya kifayət qədər vaxt verilmiş və portalda əmək zəmanətinin “əmək qabiliyyətsiz" olması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu istiqamətdə heç bir iş aparılmadığından, portal məlumatları yenilənmədiyindən, əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü eləcə də işəgötürən tərəfindən işçiyə hesablanan əmək haqqının iş günü ərzində işçinin əmək funksiyasına uyğun gördüyü işlərin məcmusu olması onun işdən azad edilməsini şərtləndirmişdir. Ona görə də, Cavabdeh İB-nin Təmir-tikinti idarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1 K- 290/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı ay çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “əmək hüquqlarının mübahisələndirmə” hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Təmir-tikiniti idarəsinin 14-2-2-2/3-1 K-290/2023 nömrəli əmri ilə işdən azad olunmuş iddiaçı həmin tarixdə də əmrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələr imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada işə bərpa barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
10. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
11. Maddə 74 c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
12. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
13. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
14. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
22. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh ”Azəriqaz” İB arasında xx.xx.2002-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin tabeliyində olan İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsində çilingər vəzifəsinə işə qəbul edilmiş, müxtəlif vəzifələrdə işlədikdən sonra xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-ci maddəsinin c) bəndinə əsasən xitam verilmişdir.
23. AR ƏM-nin 74-cü maddəsinin “c” bəndinin dispozisiya şərtinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün, 1) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və bununla əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilməməsi faktı baş verməlidir.
24. İşəgötürən iddiaçının müddətsiz olaraq ikinci qrup əlil olması və bununla əlaqədar olaraq əmək funksiyalarını yerinə yetirə bilməməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin, məhkəməyə təqdim edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Tibbi Sosial Ekspert tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 812004 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı həmin tarixdə tibbi müayinədən keçmiş və xx.xx.2004-cü il tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi verilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. İddiaçı isə həmin müddətdə (xx.xx.2002-ci il tarixdə əmək müqaviləsi əsasında işə başlamışdır) QKAİB və QDX-ya 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş və uzun illər cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Qeyd edilənlərdən müəyyən olunduğu kimi iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanan zaman da iddiaçı ikinci qrup əlil olmuş və əlillik dərəcəsi müəyyən olunduqdan sonra da işləməyə davam etmişdir. Bu müddət ərzində cavabdeh qeyd edilən əsasla iddiaçı ilə əmək münasibətlərinə son verməmişdir.
25. Digər bir tərəfdən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 nömrəli Tibbi Sosial Ekspert tərəfindən Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ikinci dərəcəli əlil olan iddiaçı öz peşəsi üzrə işləyə bilər.
26. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 saylı əmri əğv edilməli, iddiaçı Cavabdeh İB-nin Təmir- Tikinti İdarəsinin 104 Çağrı sahəsinin 2 saylı Çağrı Xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə bərpa edilməlidir.
27. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur (§ 14).
28. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi yalnız Cavabdeh İB-nə aid hissədə təmin edilməlidir. Belə ki, digər Cavabdeh İB Təmir-Tikinti İdarəsi Cavabdeh İB-nin tabeliyində olan idarə olduğundan, o, hazırki iddia tələbinə cavab verməli olan şəxs deyil. Ona görə də, iddia tələbi ona aid hissədə təmin edilməməlidir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi 350 manat məbləğində hüquqi xidmət xərcinin tutulması hissəsində də əsaslıdır.
30. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mpay” ödəniş terminalından çıxarılmış qəbzdən görünür ki, iddiaçı 6 saylı Vəkil bürosuna 350 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. İddiaçının ödədiyi 350 manat hüquqi xidmət xərci pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi üçün ödənilmişdir ki, həmin xərc Mülki Məcəllənin 21ci maddəsində nəzərdə tutulmuş zərər anlayışı ilə tam əhatə olunur.
31. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı xərclərə aid edildiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-ci maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 saylı əmri ləğv edilsin və İddiaçı Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104 sağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. 55 manat mediasiya xərci və 350 manat məbləğində hüquqi xidmətin göstərilməsi üçün sərf edilmiş pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinə aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı