Məhkəmə qərarları › İş №2(011)-4601/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4601/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4601/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh, onun nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 99M/1 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 ilə 2011-ci ildə ünvan 1 ünvanda yerləşən 99M/1 saylı torpaq sahəsini əldə edərək, 2016-2017-ci illər ərzində iki mərtəbəli fərdi yaşayış evini inşa etdirmişlər və ora köçmək niyyətində olsalar da, səhhətində yaranan problemlər imkan vermımişdir. Həmin dövrdə həyat yoldaşı X16 rayon 90 saylı MKİSnin rəisi vəzifəsində işləyirdi. Cavabdeh həmin MKİS-də süpürgəçi vəzifəsində işləyirdi. Onun yaşayış yeri onların evinə yaxın olduğu üçün, evə baxılması və təmizlənməsi məqsədilə açarların bir nüsxəsini həyat yoldaşı ona vermişdi. 06.01.2021-ci il tarixdə həyat yoldaşı COVİD xəstəliyindən dünyasını dəyişdi. Bu ərəfələrdə başı dəfn mərasiminə qarışdığı bir vaxtda fürsətdən istifadə edərək cavabdeh tərəfindən evi zəbt edilmişdir. Qapının kilidi dəyişdirildiyi üçün evinə daxil ola bilmir. 2021-ci ilin aprel ayında evə gələrək onunla danışmaq istədiyini bildirsə də qapını açmayıb, dəfələrlə oğlanlarının evi təhvil verməsi tələbinə məhəl qoymayıb. 17.02.2021-ci il tarixdə oğlu X11 zəbt faktı ilə əlaqədar Xətai rayon 36-cı PB-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Polis Bölməsində müvafiq araşdırma aparıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh evini zəbt etməsi nəticəsində əmlakından istifadə və sahublik hüququndan məhrum olmuş və pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunmasını mümkün hesab edir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının ümumiyyətlə məhkəmədə cavabdehə qarşı belə bir iddia qaldırmaq hüququ yaranmır. Belə ki, iddiaçının iddia ərizəsində yazdıqları heç bir sübut, sənəd və faktlara istinad edilmir. Mübahisə edilən evin tikintisi 2000-ci ildən başlanmış və 2016-cı ildə başa çatmışdır. İddiaçı isə heç bir əsas olmadan məntiqdən kənar qeyd edir ki, guya ev 2016-2017-ci illər ərzində onun mərhum həyat yoldaşı tərəfindən inşa edilmiş və məlum olmayan xəstəlik səbəbindən bu ilədək həmin evə köçə bilməmişlər. X21 vəfat edən kimi buna əsas olmadığı halda İddiaçı bu məsələni qaldırıb iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni mübahisəli fərdi-yaşayış sahəsinə yaşayış yeri kimi “zəbt edilmiş yaşayış evindən çıxarılmasını” tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, hazırki tələbin baxışının predmeti olan iddiaçının iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəf mübahisəli ev və yaxud torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, tikilinin iddiaçıya məxsus olması, tərəfindən istifadə edilməsinə dair hər hansı bir sənəd təqdim etməmiş, torpaq sahəsinə dair hər hansı bir şəxslə müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun (iddiaçının) qanuni istifadəsinə verilməmişdir. Şərh olunanları nəzərə alaraq, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən evin sahibi Elxan Xakiyevin göstərişi ilə həmin evdə fəhlə kimi işləmiş və həmin şəxs onun əmək haqqını vaxında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onunla birlikqə qonşuluqda yaşayan və hazırda dünyasını dəyişən Elxan Xakiyevin cox yaxşı insan olduğunu və hər zaman insanların hörmətini saxlamasını E.Xakiyev ünvan 2 ünvanında yerləşən evini təmir etdirən zaman şahidi olmuşdur. Bundan əlavə olaraq orada işləyən ustaların pulunu onlara verən zaman özü görmüşdür. Həmin ünvanın Elxan Xakiyevə məxsus olmasını təsdiq edir. Məhkəmə tərəflərin çıxışlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu 27 saylı MKİS-nin 12.02.2019-cu il tarixli, 191 saylı arayışından görünür ki, MKİS-nin ərazisində, məhəllə 2944 ünvanda yerləşən 99 saylı fərdi yaşayış evinin sahibi Cavabdehdır. Paylayıcı “Azəriqaz” İB ilə istehlakçı 27 saylı MKİS 2944 məhəllədə yaşayan Cavabdeh arasında bağlanmış 2812 2019 -ci il tarixli, AKX-0196714/12-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 23.01.2015-ci il tarixli çatdırılma qaiməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 99F saylı fərdi yaşayış evinə “Bosh” markalı paltaryuyan maşın sifariş edilmişdir. Bakı şəhəri Xətai RPl-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Samir Ağayevin 23.01.2015-ci il tarixli arayışından görünür ki, vət.X17 oglu - atası 06.01.2021 -ci il tarixdə Covid xəstəliyindən dünyasını dəyişmiş və dünyasını dəyişməmişdən öncə ünvan 3əhəllə ev- 99 m ünvanında yerləşən evini təmizlik işləri görməsi üçün 90 saylı MKİS-nin işçisi olan X1 vermişdir. Hazırda həmin şəxs qeyd edilən ünvanın kilidini dəyişərək həmin evin onun olduğunu bildirməsi və onu içəri buraxmaması barədə 17.02.2021-ci il tarixdə Xətai RPl-nin 36-cı PB-nə yazmış olduğu ərizəsi ilə bağlı X18 oğlunun izahat alınmış və o ərizədə yazmış olduğlarını izahatında bir daha təsdiq etmişdir. Ərizənin icrası ilə əlaqədar araşdırma aparılarkən Xətai rayonu İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət olunmuş və 17 saylı 21.04.2021-ci il tarixli cavab məktubunda ünvan 3əhəllə ev- 99 ünvanında yerləşən evə aid heç bir rəsmi sənədin olmadığı məlum olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar X6 aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Həmçinin, Azərbaycan Respublikasımn MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla ünvan 1 ünvanda yerləşən 99M/1 saylı fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin olmaması, cavabdehin həmin evdə yaşaması təsdiq edilmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən 99M/1 saylı fərdi yaşayış evinin özü və mərhum əri tərəfindən tikilməsini iddia etsə də, iddia ərizəsinə buna dair heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı hazırki tələblə Cavabdeh qarşı iddia irəli sürmək heüuüu yartanmadığından, bu səbəbdən də, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 99M/1 saylı fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar