Məhkəmə qərarları › İş №2(011)-4623/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4623/2022

26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4623/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu, Evlun kəndində doğulmağı barədə doğum faktının tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu, Evlun kəndində anadan olmuşdur, doğum haqqında şəadətnamə ona Ermənistanda verilmişdir, qaçqın deyildir, evdən-evə köçən zaman doğum haqqında şəhadətnaməni itirmişdir, şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir, lakin xx.xx.2017-ci il tarixli, 1820-05/15 saylı imtina məktubu almışdır, həmin məktubda Ailə Məcəlləsinin 161-ci maddəsi əsas gətirələrək müraciətdən imtina edilmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1977-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır, ərizəçidən yaşca balacadır, atası bacısının Ermənistanda doğulduğunu danışıb, onlar Kalinin rayonu, Evlun kəndində yaşamışdırlar, ərizəçi evdən köçən zaman doğum haqqında şəhadətnaməsini itirdiyi barədə ona məlumat vermişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1968-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır, itən şəhadətnaməni evdə görüb, qayınatası rəhmətə gedəndən sonra vərəsəlik üçün sənədlər lazım olduqda, şəhadətnaməni tapa bilməyiblər. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 308629 nömrəli, “307” saylı aktla qeydə alınmış nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 və X7 xx.xx.1997-ci il tarixdə nikah bağlamışlar. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Ermənistan SSR Kalinin rayonu Evlun kəndi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİ-CЛ seriyalı, 468422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixində, Ermənistan SSR, Kalinin rayonu, Evlun kəndində anadan olmuşdur, onun atası X11, anası X1r. İş materiallarında olan Gürcüstan SSR-nin Marneuli rayonu, Şulaveri kənd soveti tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş İİ-TИ seriyalı, 329323 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1977-ci il tarixində, Gürcüstan SSR, Marneuli rayonu, Şulaveri kəndində anadan olmuşdur, onun atası X11, anası X1r. İş materiallarında olan DSİX X10 Reyeystri Xidməti adlı orqan tərəfindən verilən, **********1 saylı aktla qeydə alınmış ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1950-ci il tarixdə Gürcüstan SSR, Marneuli rayonunda anadan olmuşdur, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan PT-İ seriyalı, 128108 saylı diplomun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin H.Qurbanov adına Gəncə tibb məktəbinin tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir və Dövlət İxtisas Komissiyasının xx.xx.1992-ci il tarixli qərarı ilə 35 №-li protokol əsasında Ərizəçi tibb bacısı ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1820-05/15 saylı məktubdan görünür ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan, Kalinin rayonu, Evlun kəndində doğulmuşdur, atası X11, milliyyətcə azərbaycanlıdır, anası X1r, milliyyətcə azərbaycanlıdır, ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-cı il tarixdə anadan olması faktl müəyyən olunsun. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci ildə Ermənistan Respublikasının, Kalinin rayonunun Evlun kəndində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx xxxxxxxx 1975-ci il”, doğum yeri “Ermənistan, Kalinin rayonu, Evlun kəndi”, ata qrafasında “X11”, milliyəti “azərbaycanlı” ana qrafasında “X2”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edildin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar