Məhkəmə qərarları › İş №2(011)-4632/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4632/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4632/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı2 vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” ilkin, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 32, 56 saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında onların hər birinə məxsus olan 1/3 hissələrinin naturadan ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küşəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında mərhum ataları X6 məxsus olmuş, o rəhmətə gedəndən sonra, həmin mənzil birinci dərəçəli vərəsələr arasında bölünərək, hər birinin 1/3 hissədə adlarına keçmiş, lakin 1-ci dərəcəli vərəsə Cavabdeh miras payı faktiki laraq qəbul edərək həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, miras payı adına rəsmiləşdirməmiş, həmin hissədəə açıq qalmlşdır. Paylar müəyyən olunsa da, real bölgü olmadığından mənzil ümumi birgə istifadədə qalmışdır. Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka dövlət reyestrindən 22.04.2015-ci il tarixli və 21.05.2018-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 32 saylı evin 56 saylı mənzilin 1/3 hissəsinin İddiaçı1, 1/3 hissəsinin İddiaçı2 məxsus olması və 1/3 hissəinin Cavabdeh münasibətdə açıq qalması səbəbindən, mənzildə paylar müəyyən olunsa da, paylar real olaraq bölünməmiş və bu səbəbdən mənzildən sərbəst surətdə, istədikləri kimi istifadə edə bilmirlər. Prosesin gedişində Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 17.04.2015-ci il tarixli 28154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 verilmiş RX seriyalı ******* nömrəli və İddiaçı1 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 2003-cü ildən ünvan 1 ünvanında yaşayır. Mənzil mərhum atası X5 mülkiyyətində olmuş, lakin sonuncu 2012-ci ildən orada yaşamamışdır. X1 22.07.2014-cü il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən miras əmlaka sahiblik etmiş və miras əmlakı idarə etmişdir. Cavabdehlər ataları öldükdən sonra bircə dəfə də olsun mübahisə predmeti olan mənzilə gəlməyiblər. Lakin onun xəbəri olmadan cavabdeh İddiaçı2 Kamal qızı 22.01.2015-ci il tarixdə və İddiaçı1 18.01.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzinin notariat kontoruna müraciət edərək 17.04.2015-ci il tarixli 28154 nömrəli ‘Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişlər. Eyni zamanda İddiaçı2 Kamal qızı mübahisə predmeti olan mənzilə dair pay hüququnu 21.05.2018ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı), İddiaçı1 isə mübahisə predmeti olan mənzilə dair pay hüququnu 22.04.2015-ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bu xüsusatlardan 10.03.2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, qardaşı qızı Nazilə 17.12.2021-ci il tarixli məktubla ona müraciət edərək ünvan 1 ünvanında yerləşən və 1/3 hissədə paylı mülkiyyətində olan hissəni 15000 manata satdığını bildirmişdir. Bundan sonra tərəfindən vəkillə müqavilə imzalanmış və vəkil tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət olunaraq mübahisə predmeti olan mənzilə dair 2V-185 nömrəli notariat işi əldə olunmuşdur. Həmin notariat işi öyrənilərkən məlum olmuşdur ki, cavabdehlər İddiaçı2 Kamal qızı və İddiaçı1 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət edərək 17.04.2015-ci il tarixli 28154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddənin də tələbindən məlum olduğu kimi, hazırkı mübahisəyə münasibətdə cavabdehlər 22.07.2014-cü il tarixdən 3 ay müddətinə yəni 22.10.2014-cü il tarixdək mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməli idilər. Lakin cavabdehlər qeyd olunan müddəti itiriblər, notarius isə müddətin itirilməsinə məhəl qoymayaraq, eləcə də cavabdehlərin əmlaka sahiblik edib-etməməsini və ya əmlakı idarə edib etməməsini araşdırmadan cavabdehləri Cavabdeh vərəsəsi kimi tanımış və mübahisə predmeti olan mənzildən onlara 1/3 hissədə pay ayırmışdır. Qeyd olunan hal onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı2 vəkili X8 ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək təmin olunmasını, ilkin iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış qarşılıqlı iddia üzrə cavabdehlər, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin və Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunaraq reyestrdə 2V-185 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında işdə olan: MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 X5 adına tam mülkiyyət hüququ üzrə 31.01.2007-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 694794 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22.07.2014-cü ildə vəfat etmişdir. İddiaçı1 18.01.2015-ci il tarixdə və İddiaçı2 Kamal qızı 22.01.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzinin notariat kontoruna ərizə ilə müraciət edərək, ataları X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 32, 56 saylı mənzilə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdir. Vərəsələrin siyahısında Cavabdeh adı qeyd edilmişdir. 17.04.2015-ci il tarixli 28154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 22.07.2014-cü ildə vəfat etmiş X5 vərəsələri ünvan 2 ünvanında yaşayan qızı- İddiaçı1 və ünvan 3 ünvanında yaşayan nəvəsi- İddiaçı2 Kamal qızıdır və onlardan hər biri miras əmlakdan aşağıdakı hissələrdə irs almalıdır:

1. İddiaçı1-1/3 hissə;

2. İddiaçı2 Kamal qızı-1/3 hissə;

3. 1/3 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət ryestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş. 31,01,2007-ci ıl tarixli, ********* Cydiyyat nömrəli, **********66-05101-093011 reyestrli ‘‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi- 29.01 kv.m. iki otaqlı mənzildən ibarətdir. iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 32, 56 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 Kamal qızının adlarına qeydiyyata alınmış, 1/3 hissə açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3833 saylı rəyindən görünür ki, aparılmış tədqiqatla, ünvan 5 ünvanında yerləşən 56 №-li mənzilin mülkiyyətçilər arasında naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışı zamanı ünvan 5 ünvanında yerləşən 56 saylı mənzilində ilkin iddia üzrə iddiaçılara və cavabdehə məxsus 1/3 hissə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.11-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən normaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, normadakı göstərişin müəyyənlik dərəcəsinə görə hüquq normalarının iki növü fərqləndirilir:

1. Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur).

2. İmperativ normalar (belə normalarda vahid davranış qaydası müəyyən olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir). Bu aspekdən yanaşdıqda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin yalnız 2-ci hissəsi, yəni miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsinə dair göstəriş imperativ xarakter daşyır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Miras qoyanın öldüyü gün təqvim tarixi etibarı ilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə qarşılıqlı iddia tələblərinə münasibətdə hesab edir ki, məhkəmə araşdrılmaları ilə qarşılıqlı iddia üzrə cavabdehlərin mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etmələri müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilməlidir.. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 06.10.2021-ci il tarixli, 10/3833 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat ilkin iddia üzrə iddiaçılardan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” ilkin iddiası təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlət nəfinə tutulsun. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar