Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4641/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Ərizəçi ilə X6 xx.xx.1989-cu il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdurlar. X6 xx.xx.1958-ci il təvəllüdlüdür və 66 yaşı vardır.
2. Hal-hazırda X6 beynində yaranmış xəstəlik nəticəsində iflic vəziyyətdədir.
Ərizəçinin tələbi:
3. X2 fəaliyyət qabiliyyətinin məhdutlaşdırılması faktının müəyyən edilməsi və Ərizəçi X2 qəyyumu müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və X6 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi 17 oktyabr 20204-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Azərbaycan Respublikasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2386 №-li rəyinə əsasən, Nəticə hissəsi: İ Motivləşdirici hissə. Mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlirəm ki, X3 DAMAR MƏNŞƏLİ (BAŞ BEYİNİN İNFARKTİ NƏTİCƏSİNDƏ) DƏRİN DEMENSİYA (F01) qeyd olunur. Tibbi sənədlərə əsasən X1 beyin qan dövranı pozuntusu keçirmiş, bununla əlaqədar akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Posthipoksik toksiki ensefalopatiya. Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı. Vegetativ vəziyyət. Vegetativ həyat." və digər diaqnozlarla stasionar müalicədə olmuş, qəbul etdiyi müalicələrə baxmayaraq nevroloji vəziyyətinin yaxşılaşmamış və psixi funksiyaları bərpa olunmamış, TSEK-tərəfindən və ona "Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı" diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Təqdim olunmuş tibbi sənədlərin təhlili belə güman etməyə əsas verir ki, X3 oğlunda baş beynin qan dövranının pozulmasından sonra onda "vegetativ vəziyyət" -yəni həyati vacib funksiyaların saxlanılması fonunda iradi hərəkətlərin, ali beyin fəaliyyətinin tam pozulması yaanmışdır. Bu vəziyyət psixi vəziyyətin "dərin demensiya" vəziyyətinə uyğun pozulmasına müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, X4 beyin qan dövranının pozulması nəticəsində yaranmış "demensiya" onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmişdir. İİ Yekun hissəsi: Mülki işi materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir:
1. xx.xx.1958-ci il təvəllüdlü X6 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlirəm ki, X3 "Damar mənşəli (baş beyin infarktı nəticəsində) dərin demensiya" qeyd olunur.
2. xx.xx.1958-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: Təqdim olunmuş tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2024-cü il tarixdə X5 Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infaktı diaqnozu qoyularaq birici dərəcə əlillik təyin edilmişdir.
11. Digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1958-ci il təvəllüdlü X2 əridir və arvadının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
16. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı (§6), tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§9), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
17. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.1958-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1958-ci il təvəllüdlü, Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova