Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4659/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Ərizəçinin əri X8 xx.xx.1957-ci il tarixdə Əskəran rayon Daqraz kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi itmişdir. Hazırda doğum haqqında şəhadətnaməni arxiv sənədlərindən əldə etmək mümkün deyildir.
2. Ərizəçinin əri vəfat etdiyindən onun doğum haqqında şəhadətnaməsi bəzi sənədləşmə işlərinin aparılması üçün lazımdır.
Ərizəçinin tələbi:
3. Ərizəçi əri X5 xx.xx.1957-ci il tarixdə Əskəran rayonu, Daqraz kəndində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, mərhum X8 onun əridir və o, 8 may 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi öz tələbini müdafiə edərək qeyd etmişdir ki, əri vəfat etdiyindən vərəsəlik işinin açılması, eləcə də evin rəsmiləşdirilməsi və digər sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün ərinin doğum haqqında şəhadətnaməsi tələb olunur, lakin həmin sənəd itdiyindən onu təqdim etmək, müvafiq sənədləşmələri aparmaq mümkün olmur. Ərizəçinin qeyd etdiyinə görə onun qaynanasının adı İnti, qaynatasının adı isə Mahmud olmuşdur. Ərizəçi məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1218 saylı məktub ünvanlayaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. X2 izahat verərək bildirdi ki, o məhrumun bacısıdır, X8 həqiqətən xx.xx.1957-ci il tarixdə Əskəran rayonu, Daqraz kəndində doğulmuşdur. Onların ata babasının adı Löhraz, analarının adı, İnti, ana babasının adı Qəni olmuşdur. X1 1957-ci il 23 sentyabr tarixdə doğulmuş və 8 may 2023-cü il tarixdə vəfat etmişdir.
8. X3 izahat verərək bildirdi ki, o məhrumun bacısıdır, onun atasının adı Mahmud, anasının adı İnti, atasının atasının adı Löhraz, anasının atasının adı isə Qəni olmuşdur. X1 1957-ci il 23 sentyabr tarixdə doğulmuş və 8 may 2023-cü il tarixdə vəfat etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. AZE07216555 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, X5 doğulduğu yer Azərbaycan Respublikası, Əskəran rayonu, Daqraz kəndi, doğulduğu tarix isə xx.xx.1957-ci il olaraq qeyd edilmişdir.
10. İV ЖГ № 353030 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X8 və Ərizəçi xx.xx.1987-ci il tarixində nikah münasibətlərinə dail olmuşdurlar və bu barədə 35 nömrəli akt qeydi aparılmışdır.
11. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 3-16-5/8-15-İ-15- 667/23 saylı məktubuna əsasən, Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ona doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir.
12. AZ-İİ 355860 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2023-cü il tarixdə 346 nömrəli akt qeydi aparılmışdır.
13. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş X5 fərdi uçot kartoçkasının surətinə əsasən, X8 xx.xx.1957-ci il təvəllüdlü, doğulduğu yer isə Əskəran rayonu, Daqraz kəndidir.
14. P4020917 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Pasportuna əsasən, X5 doğum tarixi xx.xx.1957-ci il, doğulduğu yer isə Əskəran rayonu, Daqraz kəndi olaraq qeyd edilmişdir.
15. ******* nömrəli Hərbi biletə əsasən, X8 xx.xx.1957-ci il təvəllüdlüdür.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
19. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X5 doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir ki, X5 xx.xx.1957-ci il tarixdə Əskəran rayonu, Daqraz kəndində doğulmuşdur. X4, anası X11r.
22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də xx.xx.1957-ci il tarixdə Əskəran rayonu, Daqraz kəndində anadan olmuş, X4, anası isə X13 olmuşdur. Odur ki, ərizəçinin mərhum ərinin doğumun qeyd edilməsinə dair ərizəsi təmin edilməlidir.
23. Məhkəmə qeyde edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. X5 23 sentyabr 1957-ci il tarixdə Əskəran rayonunun Daqraz kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin.
3. X5 doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında X4, anası X6 qeyd edilsin.
4. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
5. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova