Məhkəmə qərarları › İş №2(011)-466/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-466/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-466/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi və dəlilləri Ərizəçi onun xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmağı, anasının X7, atasının X8 olması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydi aparılaraq, müvafiq məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə Bakı şəhərində Səhiyyə Nazirliyi Respublika Doğum evində (hazırki Respublika Perinatal Mərkəzi PHŞ) doğulmuşdur və həmin vaxtdan daimi olaraq Bakı şəhərində yaşayır. Doqulduğu vaxt ata və anası Azərbaycan Respublikası vətəndaşı olmadıqlarından valideyinlərinə onun doğulmasıyla bağlı doğulduğu xəstəxanadan heç bir sənəd verilməmişdir. Bu isə 2000-ci ildən hazırki vaxtadək sənədsiz (şəxsiyyət vəsiqəsi) yaşamağıma səbəb olmuşdur. Bundan əlavə hazırda ailəli olmağına baxmayaraq nə nikah bağlaya bilmir, nə də birgə nikahdan doğulmuş övladına sənəd ala bilmir. İllərdir ki, heç bir sənədi olmadan yaşayır. Hazırda qız övladı da onun aqibətini yaşamaq üzrədir. Odur ki, bu hala son qoyulması üçün özünə məxsus sənədləri gec olsa da, nizamlamaq qərarına gəlmişdir. X3 müraciət etməyinin nəticə vermədiyini görüb doğum faktının müəyyən edilməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin həm atası, həm anası sağdır və məhkəmə iclası zamanı onun göstərdikləri şahid qismində dindiridikləri halda təsdiq edəcəklər. Yuxarıda göstərdiklərni nəzərə alaraq ərizəçinin (Ərizəçi) xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmağı, anasının X7, atasının X8 olması faktının müəyyən edilməsini və doğum haqqında akt qeydi aparılaraq, müvafiq məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları “Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyi” X20 “Respublika Perinatal Mərkəzi” X19 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 Nazirliyi “Respublika Doğum Evində” (indiki “Respublika Perinatal Mərkəzi” PHŞ-də) xx.xx.2000-ci il tarixdə çəkisi 3300 qr, boyu-49 sm, cinsi qadın olan uşaq doğmuşdur. Ana və uşaq xx.xx.2000-ci il tarixində qadın məsləhətxanasının nəzarəti altında evə yazılmışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisənin sənədi və şəxsiyyəti təsdiq edən sənəd olmadığına görə Ərizəçi doğum faktının qeydiyyat şöbəsi tərəfindən qeydiyyatı mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinə sasən ekspertizaya təqdim edilmiş Ərizəçi müəyyən edilmiş sümük yaşı 23 yaş ilə uyğun gəlir, X1 Yetər Nəbi qızının anası, X10 isə Ərizəçi atası olması inkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirmişdir ki, ərizəçi onun qızıdır. O xx.xx.2000-ci il tarixdə dünyaya gəlib. Dünyaya gəldiyi xəstəxanada ona sənəd veriblər, lakin həyat yoldaşı həmin sənədi itirib. Ona görədə qızına sənəd ala bilməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirmişdir ki, ərizəçi onun qızıdır. O xx.xx.2000-ci il tarixdə Bakı şəhərində dünyaya gəlib. Dünaya gəldiyi xəstəxanada ona sənəd veriblər, lakin sənədi qardaşının həyat yoldaşına verib, o da sənədi gizlədib verməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. O xx.xx.2000-ci il tarixdə, Bakı şəhərində dünyaya gəlib. Dünyaya gəldiyi xəstəxanada ona sənəd veriblər, lakin anası həmin sənədi qardaşının yoldaşına verib, o da sənədi gizlədib, verməyib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi onun Azərbaycan Respublikası vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.2000-ci il tarixində Bakı şəhərində doğulması, atasının X8, anasının isə X4 olduğu şahidlərinin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2000-ci ildə Bakı şəhərində doğulduğuna dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında - X8, ana qrafasında - X4 qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar