Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4684/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulmuş və ona Ermənistan Respublikası tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra erməni işğalı dövründə ərizəçinin doğum haqqında şəhadətnaməsi itmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı rəsmi müraciət edilsə də onun bərpa edilməsi mümkün olmamışdır. Hazırda vərəsəlik işinin açılması üçün doğum haqqında şəhadətnamə lazım olsa da, doğum haqqında şəhadətnamə mövcud olmadığından ərizəçi öz hüquqlarını həyata keçirə bilmir.
Ərizəçinin tələbi:
2. Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini və doğum akt qeydinin ad, soyad, ata adı Ərizəçi, ata qrafasında X5, ana qrafasında isə X3 göstərilməklə yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında qeyd etmişdir ki, 1966-cı il mart ayının 18-də Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulmuşdur. Atasının adı X5, anasının adı X2r, hər ikisi 1928-ci il təvəllüdlüdür. Məhkəmədən doğum haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şahid X6 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ərizəçi onun əmisi oğludur, o, 1966-cı il tarixdə mart ayının 18-də Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsini görmüşdür, daha sonra hansı şəraitdə itirilməsini bilmir. Ərizəçinin atasının adı X5, anasının adı X2r.
7. Şahid1 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı 1966-cı il tarixdə mart ayının 18-də Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğulmuşdur. Bacısı ilə əkiz olmuşdurlar. Bacısı sağlamlığı ilə əlaqədar məhkəmə iclasında şahid qismində iştirak edə bilməmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsini o vaxtlar görmüşdür. Onların atasının adı X5, anasının adı X3 olmuşdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. AZE ******** seriya nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi doğulduğu yer Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Elpin kəndi, doğulduğu tarix isə xx.xx.1966-cı il olaraq qeyd edilmişdir.
9. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli məktuba əsasən Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayon üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
10. AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavaba əsasən xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanı üzrə sənədləşdirilərək AZE-02313051 nömrəli və xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən AZE ******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
11. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Ərizəçi fərdi uçot kartoçkasının surətinə əsasən, Ərizəçi xx xxxx 1966-cı ildə anadan olmuş, doğulduğu yer Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndi, valideynləri X5 və X2r.
12. AZ 147904 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X5 20 avqust 2002-ci il tarixdə 74 yaşında kəskin ürək qan damar çatmamazlığından vəfat etmişdir.
13. AZ-İ 473098 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X3 27 mart 2011-ci il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmişdir.
14. AT-V ******* №li Əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən Ərizəçi xx.xx.1966-cı il təvəllüdlüdür.
15. НЗ ******* №li Hərbi biletin surətinə əsasən Ərizəçi xx.xx.1966-cı il təvəllüdlüdür və Ermənistan, Yexeqnadzor rayonunda doğulmuşdur.
16. İ-ЗЖ 379040 №li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə edilmiş surətinə əsasən Şahid1 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulmuşdur. Valideynləri- atası- X5, anası X2r. Bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat kitabında xx.xx.1960-cı il tarixdə №81 akt qeydi aparılmışdır.
17. İ-ЗЖ 898339 №li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə edilmiş surətinə əsasən X4 xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulmuşdur. Valideynləri- atası- X5, anası X2r. Bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat kitabında xx.xx.1966-cı il tarixdə №15 akt qeydi aparılmışdır.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
21. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində doğulmuş, atası X5, anası isə X2r.
24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində anadan olması, atasının X5, anasının isə X3 olması faktı təsdiq edilməlidir.
25. Ərizəçinin digər tələbi olan ad, soyad, ata adı Ərizəçi, ata qrafasında X5, ana qrafasında isə X3 göstərilməklə yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi hissəsində də məhkəmə ərizəni əsaslı hesab edir.
26. Belə ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Yelpin kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin.
3. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi təmin edilsin.
4. Ərizəçi doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında atası X5, anası X1 qeyd edilsin.
5. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
6. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova