Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4685/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “doğum faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olması, onun atasının X3, anasının isə X5 olması, həmin doğum faktının qeydə alınmasının Xətai rayonu Qeydiyyat şöbəsinə həvalə olunmasına dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Abovyan şəhərində (hazırda həmin şəhər Ellər adlanır) anadan olmuşdur. O, 1988-ci ildə qaçqın düşmüşdür, Azərbaycan Respublikasına pənah gətirmişdir və bu günə kimi hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşayır. Hazırda müəyyən olunmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamə, habelə digər şəxsi sənədlər naməlum şəraitdə itmişdilər. Lakin doğum haqqında şəhadətnamə ona lazım olduğundan onun dublikatının alınması məqsədilə Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs 10 oktyabr 2023-cü il tarixli məktubu ilə belə bir dublikatın verilməsi mümkün olmadığından Xətai rayon məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Həmçinin, bu faktın müəyyən ediləcəyi nəticəsində hüquqa dair mübahisə yoxdur. Ərizəçi sonradan məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhər Xətai rayonu qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir, əvvəllər onun babası və nənəsi ilə qonşu olmuşdur. Ərizəçi valideynləri Ermənistan Respublikası, Krasnoselo rayonu, Ardanış kəndindən 1960-cı illərin əvvəlində kömüşlər. Ərizəçi 1961-ci ildə anadan olmuşdur. Onun anası Azərbaycan Respublikasında rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. O, Ərizəçi doğulduğundan bəri tanıyır. Lakin onun dəqiq doğum tarixini unudub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı oluduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan Ərizəçi məxsus əmək kitabçasının surətində sonuncunun doğum tarixi xx.xx.1961 kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi məxsus hərbi biletin surətində sonuncunun doğum tarixi xx.xx.1961 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ İ № 467458 saylı, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il 291 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Ellər rayonunda anadan olmuşdur, atası X3, anası isə X6 olmuşdur. Odur ki, ərizəçinin doğumun və doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında atası X3, anası X1 qeyd edilməsinə dair ərizəsi təmin edilməlidir. Məhkəmə həmçinin “həmin doğum faktının qeydə alınmasının Xətai rayonu Qeydiyyat şöbəsinə həvalə olunması” barədə hissəsinə baxaraq, müəyyən edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Odur ki, məhkəmə qətnaməsi ilə Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikası Ellər rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edildiyindən və həmin qətnamə müvafiq qeydəalınma üçün əsas olduğundan, qeydəalınmanın qeydiyyat şöbəsinə müstəqil qaydada həvalə olunmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikası Ellər rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında atası X3, anası X1 qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4685/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4685/2024
12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver