Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4726/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə yaşayış və həmin mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etmiş və 15.04.2021-ci il tarixində mənzil üzrə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh1 iddiaçının bacısı qızıdır. Digər cavabdehləri isə iddiaçı tanımır. Belə ki, həmin şəxslər yaşayış yeri üzrə qeydiyyatda olduqları mənzildə yaşamırlar. Hal-hazırda mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir, bu isə ona əlavə maddi ziyan yetirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etid. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin keçmiş sakinləridir. Cavabdeh1 isə iddiaçının bacısı qızıdır. İddiaçı bir müddət əvvəl mənzili bacısı qızına bağışlamışdır, lakin sonradan həmin müqaviləni tərəflər ləğv etmişdirlər. Belə ki, Cavabdeh1 iddiaçı ilə razılaşdığı kimi, iddiaçıya baxmamış, onun qayğısına qalmamışdır. Cavabdeh1 artıq uzun müddətdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzildə yaşamır. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, ona münasibətdə iddianın rədd edilməsini xahiş etdi. O, iclasda verdiyi izahatında göstərdi ki, o uzun vaxt ərzində xalası İddiaçı baxmışdır. Sonradan xalası ünvan 2 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında onun adına keçirmişdir. Lakin, ailə arası yaranan mübahisələrə görə o, mənzildən çıxıb getmiş və daha sonra xalası ilə arasında olan müqaviləni tərəflər notarial qaydada ləğv etmişdirlər. O, 2020-ci ilin sentyabr ayından mübahisəli mənzildə yaşamır. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh3 onun anasıdır. Onlar iddiaçını tanımırlar və iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzildə yaşamamışdırlar. Hal-hazırda o və anası Cavabdeh3 ünvan 3 ünvanında yaşayırlar. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyəti kimi 15.04.2021-ci il tarixində qeydiyyatdan keçmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron çıxarış). Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 17.06.2021-ci il tarixli 475 saylı Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində qeydiyyatda təkdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14.06.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışın surətindən görünür k, Cavabdeh3 və Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Mülki iş materiallarında olan 09.04.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı Bakı şəhəri, 2 saylı “ASAN Xidmət” Mərkəzinin notariusu tərəfindən 08.09.2018-ci il tarixində 4Ə-1806 nömrəli reyestrlə təsdiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev ünvanında yerləşən 7 saylı mənzilə dair bağışlama müqaviləsi barədə razılığa gəlmişdirlər. İddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində müəyyən edilmiş şəxslərin dairəsinə daxil olmadığından onların mənzildən istifadə hüququ ümumiyyətcə yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Cavanşir küçəsi, ev 4, mənzil 7 ünvanında yerləşən mənzildə istifadə hüququnun itirilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4726/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4726/2021
18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver